|
Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"Düşmənin köksünə nizələr sancar
Düşmənin köksünə nizələr sancar,
Zirehdə, geyimdə pəncərə açar.
O qədər yaylım ox yağdı hər yandan
Bulud yağmurunu atdı başından,
indi o yaylım ox düşsə zəminə
Bulud qan yağdırar yağış yerinə,
Naylardan qopan o müdhiş gurultu
Eşidən kimsəyə verirdi qorxu.
Qarışıq səslərlə hayqırdıqca can
Çaxmaq daşından da çıxarırdı qan.
iki qan dənizi çalxandı birdən,
Atəş dalğalan yüksəldi yerdən.
Bürüdü hər yeri tufan atəşi,
Ucalan toz-torpaq tutdu günəşi.
Yaylann bir daha qaşı çatıldı,
Oxlar ilan kimi coşub atıldı.
Civətək parlayan polad qılıncdan
Civətək qaçırdı hər yerdə insan.
Gövdələr əridən polad ox ilə
Dağlann gövdəsi titrədi belə.
Nizələr ucundan dövr edən fələk
Seyrindən qalaraq oldu topaltək.
Toppuzlar o qədər çaxmışdı təpik
Yerin cəmdəyində qalmadı gəmik.
O qədər sancılmış boğazlara ox,
Artıq boğazlarda nəfəs yolu yox.
Ox oxun içinə girmiş tikantək,
Qalxandan bəzənib yer gülüstantək.
Qaçanlar üzünə qiyamət qopmuş,
Nə yol var qaçmağa, nə də qurtuluş.
Atlılar ataraq sonuncu oxu,
Atmışdır kamam, oxu, oxluğu.
Bir sallaxxanadır qanlı bucaqlar,
Cəmdəklə yan-yana ucalmış dağlar.
Yalnız öz canının hayında hər kəs,
Ölən yoldaşım yada gətirməz.
Meydanda yox idi matəm saxlayan,
154
Nə bir qara geyən, nə bir ağlayan.
Hər sözü ustası gözəl toxuyur:
"El ilə qara gün bayramdır, toydur*.
Əcəl pəncəsində ölsə bir nəfər
Gözündən yaş tökər ona bir şəhər.
Bütün bir şəhərçin saxlayaraq yas
Ondan uzaqlara kimsə ağlamaz,
insan cəmdəyilə dolmuşdur sağ-sol,
Döyüşçülər üçün qapanmışdı yol.
O qan Dəcləsini günəş almışdı,
Suya neylufərtək qayıq salmışdı.
Həmin vuruşmada böyük İskəndər
Günəş çeşməsində saçmışdı zəfər.
Daranın qılıncı saldıqca şölə
Qızırdı daşların ürəyi belə.
Elə ki soxuldu ordu orduya
Məhşəri gözüylə gördü bu dünya.
Dava meydamna yayıldı əsgər,
Daranın canına var idi xətər.
Ordular döyüşə girdiyi zaman
Olduqca genəldi dansqal meydan.
Yanında kimsə yox, yalmzdı Dara,
Onunla etməyir kimsə müdara.
iki sərxoş sərdar fil kimi coşdu,
Filbədən Daranın üstünə qoşdu, -
Böyründən bir yara vurdular ona,
Laləzar oldu yer, boyandı qana.
Tacidar yıxıldı dərin yaradan,
Sanki bir qiyamət kəsildi cahan.
Bir ağac yıxıldı Kəyan bağından
Yaralı bədəni qanına qəltan.
Dərdə tab gətirməz incə olanlar,
Yel ilə çırağın nə dostluğu var?
O iki qantökən, o iki xain
Qaçdılar yanına tez İskəndərin.
Dedilər: "Atəşə yaxdıq düşmam,
Taleyin uğrunda töküldü qam.
155
işini bitirdik, vurduq bir yara,
Gözündə cahanı eylədik qara,
istərsən gözünlə gəl gör bu halı.
Qanıyla boyansın atının nalı.
Hünərlə öldürdük sizin düşməni,
indi sən yerinə yetir və dəni.
Bizə vəd etmişdin ağır xəzinə,
Doğm qal, vəfa et indi əhdinə.”
İskəndər bildi ki, bu iki sərdar
Şah qam tökməyə olmuş həvəskar.
Verdiyi peymana oldu peşiman
Həyadan bir şölə çıxdı canından.
Adamın yaşıdı ölən zamanda
Həyat ümidindən iz qalmaz onda.
Dedi: "Harda batmış qanatacidar,
Kəyan dövlətim bəzəyən sərdar?"
Hər iki qantökən düşərək önə,
Yol göstərdilər öz azğın zülmünə.
Daranın düşdüyü yerə gəldilər,
Yanında dostlardan yoxdu bir nəfər.
Vücudu bulaşmış torpağa, qana,
O Kəyan külahı düşmüş bir yana.
Olmuş qarıncaya Süleyman əsir,
Tikanlı bir an bir fili yeyir.
Bəhmənin qoluna sanlmış ilan,
Düşmüş isfəndiyar tunc çardağından
151
.
Firidun bahan, Cəmin bağçası
Xəzana uğramış, başlanmış yası.
Keyqubad nəslinin vücudunu, bax,
Gör necə dağıdır yel yarpaq-yarpaq.
İskəndər tələsik endi aündan,
Daranın önündə durdu pərişan.
Əmr etdi o xain sərkərdələri,
Xaricə meyl edən iki rəhbəri
Möhkəm saxlasınlar, soma İskəndər
Yerindən tərpəndi üzündə kədər.
Sürətlə yanaşdı xəstəyə san,
156
Kəyan geyimindən açdı bağlan.
Başım şahanə dizinə qoydu,
Gecəni işıqlı gündüzə qoydu.
Yuxudan gözünü açdığı zaman
Dedi: "Qalx bu qara qanlı torpaqdan!
Burax ki, solmada qurtuluş bağım.
Qaralmaq üzrədir işıq - çırağım,
Böyrümü, bax, necə yırtmış bu dövran!
Bağnmın altında böyrümdür pünhan.
Pəhləvan, ey başım üstünə gələn!
Qom öz böyrünü mənim böyrümdən.
Bu böyrüm buludtək sökülsə belə,
Qılıncın acısı getməmiş hələ.
Padşahlar başım burax, qaldırma,
Bu dövran qırmışdır məni, sən qırma!
O hansı əldir ki, uzanır mənə,
Kəyamn tacıyla oynayır yenə.
Əl saxla, qarşında Daradır duran,
Günəşdən aydındır bu, deyil pünhan.
Günəşim saralıb düşüncə dərdə,
Üzümə çəkərsən lacivərd pərdə,
Sərvi başaşağı görmə şərməndə,
Elə bir padişah, belə bir bəndə!
Xəstəyəm, zəhmətdən qıl məni azad,
Haqqın rəhmətiylə məni eylə yad.
Dünyamn taxtında mənəm tacidar,
Yerimdən tərpətsən məni, yer sarsar.
Dadlı bir yuxum var. toxunma, burax,
Odumu göy alsın, suyumu torpaq!
Taxündan çevirmə yatan bir başı,
inlətmə, bu dünya tökər göz yaşı!
Əcəlim yetişmək üzrədir, dayan!
Məni öz halıma burax bir zaman!
Fikrin tac çalmaqsa mənim başımdan,
Azacıq aman ver, qoy çıxsın bu can!
Bu dünya mülkündən açınca kəmər
Başım da, tacım da getsə, yox zərər".
157
Dostları ilə paylaş: |
|
|