İskəndər ağladı: "Aman, tacidar,
Nökərin İskəndər mənəm, şəhriyar!
istəməzdim görüm torpaqda səni,
Öz qanına qəltan olan bədəni.
Nə etmək, bir işdir olmuş dünyada
Təəssüf verərmi bu işdə fayda?
Başım yemdən qaldırsan əgər,
Kiçiklik edərdi sənə İskəndər.
Heyhat, mən qocaman dənizlər aşdım,
Köksümə qədər al qana bulaşdım.
Təəssüf, azmadım bu yollarda mən,
Atımın dırnağı qopmadı nədən?
Bu ağır günləri görməyəydim mən,
Ah, eşitməyəydim Dara inlərkən.
And olsun hər qəlbi bilən sərrafa.
Daraya ürəkdən istərəm şəfa.
Bir şüşə daş ilə qınlsa naçar,
Çarə qapısına tapılmaz açar.
Əfsus, isfəndiyar nəslindən sansız
Mülkün yadigarı sən idin yalmz.
Nə olur, mənə də ölüm qoşaydı,
İskəndər və Dara qucaqlaşaydı.
Nə etmək, istəklə gəlməyir əcəl,
Məzara girilməz ölümdən əvvəl.
Padşahın bir tükü gözümdə, inan,
Daha qiymətlidir yüzlərcə tacdan.
Bu dərin yaraya bilsəydim çara,
Edərdim, sağalsın deyə bu yara.
Nəyə lazım bu taxt, bu tac, bu şöhrət,
Darasız qaldı bu möhtəşəm dövlət.
Mən bu taxta, taca ağlayaram qan,
Ayırmış Daram təxtü tacından.
Yox olsun dünyadan elə gülüstan,
Bağbanı xəstədir, acı tikandan.
Daram öldürən dünyaya nifrət,
Gündüzkən öldürür, verməyir fürsət.
Bir çarə etməyə imkan yox məndə,
158
Bu gənc sərvə gərək ağlayam mən də.
Anlat ki, istəyin, tədbirin nədir?
Qorxunuz kimdəndir, ümid kimdədir?
Söylə ki, hər sözün mənə bir fərman,
itaət etməyə bağlaram peyman”.
Dara hiss edincə bu dost nəfəsi,
Açdı gözlərim, şahanə səsi
Şəfqətlə ucaldı: ”Ey uca baxüm,
Tək sənə yaraşır bu tacım, taxtım.
Sorma bir ölüyə mən indi nəyəm?
Xəzanə tutulmuş ölgün çiçəyəm!
Hər kəsin şərbəti buzla duruldu,
Mənim şərbətimsə yalnrz buz oldu.
Varlığım qərq olmuş qan dənizinə,
içərim susuzdan alışır yenə.
Buluddan şığıyan bir şimşəyəm mən,
Dodağım qumdur, sudadır bədən.
Bu kuzə yamndan sımqsa bir az,
Mumla, yapışqanla sağaltmaq olmaz.
Bu dünya eyləyir qarət hər yeri,
Birisi gətirir, alır o biri.
Nə bu gün yaşayan bu gün əmindir
Nə köçüb qurtulan, heyhat, çətindir!
Gör mənim günümü, haqqa doğru qal,
Qorx belə bir gündən, məndən ibrət al!
Sözlərimi amb dinləsən məni,
Mənim kimi etməz bu fələk səni.
Bəhməndən mən igid deyiləm daha,
Bir aman vermədi ona əndaha.
Ya da igidəmmi isfəndiyardan?
Dünya zərbəsindən qurtarmadı can.
Nəslimə əzəldən ölümdür qismət.
Öldürən bu əmrə verir şəhadət.
Olsun yeni taxtin qoy səninçin xoş,
Mənimsə balınam qalacaqdır boş.
Mənimçin ağlamaq lazım gəlirkən
Sorarsan qəlbimin istəyim sən.
159
Könlümdə sevimli üç istəyim var:
Üçü də şahanə bəxtinə yarar:
Birinci - günahsız ölümə görə
Rəftar etməlisən ədalət üzrə,
ikinci - sən Kəyan taxtım alsan
Ona heç bir zaman yetirmə ziyan.
Bu kinin toxmunu iranda əkmə,
Kəyamn nəslinə xatimə çəkmə!
Üçüncü - toxunma hərəmxanəmə,
Saxla hörmətim, təhqir eyləmə!
Rövşənək qızımdır, olduqca göyçək,
Əlimdə bəslənmiş bu gözəl mələk.
Öz süfrə yoldaşın etməklə ucalt,
Süfrəyə incilər verir şən həyat,
Könlünü çevirmə Rövşənəyimdən,
Təbii, işıqla günəş olur şən”
153
.
İskəndər söz verdi, Dara qaş çatdı,
Söz verən qalxarkən söyləyən yatdı.
Gecənin gözünə qaranlıq axdı,
Bağdadı Kaxsız və Kərxsiz buraxdı
154
.
Kəyamn ağacı düşdü meyvədən,
Oldu isfəndiyar zirehi kəfən.
Dünyadan al günəş qanad çəkincə
Yaqut içdi, şəvə daldı sevincə
155
.
Böyük Dara üçün böyük İskəndər
Ağladı axşamdan sabaha qədər.
Özünə ağlardı görürkən onu,
Bilirdi belə bir ölümdür sonu.
Əbləq atlı səhər gəlib üfüqdən
Axum çəməndə yerləşdirirkən
İskəndər əmr etdi: Daram artıq,
Daxmaya qoymaqçın olsun hazırlıq!
Günbədi daş qala, taxtı qızıldan
Qaynldı ona bir müəyyən məkan.
Türbəsi bitincə bitdi hər zəhmət,
Dara zəhmətindən oldular rahət.
Bədən qəfəsində nə qədər can var,
160
Dostları ilə paylaş: |