Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"


O yanda Rum şahı qurdu ordunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə42/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   38   39   40   41   42   43   44   45   ...   121

O yanda Rum şahı qurdu ordunu, 

Sanki bal ansı şan etdi mumu.

Silah istəyənə payladı silah,

Kömək istəyənə payladı pənah. 

Sağ-solu bəzədi qılınc və qalxan. 

Necə ki, canlanır çəmən buluddan. 

Dağtək möhkəmlətdi önü, arxam, 

Göydə səyyarətək qurdu meydam. 

Elə ki, hər tərəf sazladı ordu, 

igidlər döyüşə çox hazır durdu. 

Qılınclar boyunla oynarkən artıq, 

Dünyamn gözündən çəkildi işıq. 

Çuxurlar qan ilə dolub daşaraq. 

Qırmızı kükürdtək qızardı torpağ. 

Əyri qılınclann əjdahasından 

Əjdaha yuvası olmuşdu meydan. 

Oxlann nəhəngi yay pusqusundan 

Bir yerdə durmayır, şığıyır hər an. 

Qıvnm kəmənd olmuş bir ilan yenə, 

Ağzım açmışdır tutsun xəzinə. 

Coşduqca fillərin sərxoş nərəsi, 

Tıxandı ərlərin kəskin nəfəsi. 

Qılınclar o qədər boyun üzdülər, 

Qalmadı boynunu dik tutan bir ər. 

Ata öz oğluna bəslər ədavət,

Oğul da ataya etməz məhəbbət.

Az qaldı bayrağı qərq eyləsin qan, 

Nicat çadırını yığdı dünyadan. 

Yaylarda o qədər dartıldı oxlar, 

Yay çəkən əllərdə kəsildi qabar. 

Döyüşdən o qədər qızışdı meydan, 

Qığılcım sıçradı at nallanndan. 

Ordu mərkəzində Daranın qəlbi 

Darıldı bir aslan ürəyi kimi. 

Kükrəyir, dağıdır sağ və solunu, 

Hər yana işlədir Bəhmən qolunu. 

Sarsılmaz qolunu atsa hər yana,

146


Düşür düşmən başı ayaq alüna.

Hər cana çatırsa verməyir aman,

Hər başa vurursa qopanr haman. 

Rumlann qədərsiz töküldü qam, 

Torpağa sərildi min pəhləvanı.

Bu yanda qılıncla igid İskəndər 

Qaldırdı dünyada qanlı bir məhşər, 

iki əl qan tökər, çalışır, durmaz,

Hər əldə bir qılınc - kəsərli almaz, 

iki əl qılıncı elə əridir 

Düşmən öz canına hayıf deməyir.

Bir qılınc vurunca hər fil başına, 

Salardı başım ayaq altına.

Kinini dənizə töksəydi, şəksiz,

Hər yana atəşlər saçardı dəniz. 

Ağzından sanki bir aslan od saçır, 

Aslan qarşısından madyanlar qaçır. 

Daraya dedilər: "Bu qızmış aslan 

Çox adlı igidi saldı atından.

Padşahın qəlbinə kin dolsun gərək, 

Belə filgövdədən qurtulsun gərək. 

Orduya əmr ver, dolaraq kinə 

Hər yandan yürüşlə axsın üstünə". 

Bu fikri Dara da gördü məsləhət, 

Ordular dəniztək etsin hərəkət, 

Hamısı sel kimi bir səmtə axsın, 

İskəndər üstünə cilov buraxsın. 

Daranın əmriylə ordu yer-yerdən 

Qaynayıb irəli atıldı birdən.

Cilovlar parladı edərkən həmlə, 

Qılınca sanldı iki əliylə.

İskəndər görüncə elə divam 

Atdı düşmən kimi şərmi, həyam,

Əmr etdi yerindən tərpənsin dəniz, 

Hər kəs öz camm tutmasın əziz. 

Düşmənin yolunu tutsun hər yandan, 

Keçirsin qılıncdan, verməsin aman.

147


Qannca, çibintək qaynadı meydan,

Girdi bir-birinə hər iki cahan.

O qədər ki, qılınc, ox yağdırdı qol, 

Qannca tapmadı keçməyə bir yol.

Gilə ansıtək çəkdilər neştər,

Göylərdə oxlan oxa tikdilər.

İskəndərsə haman qorxulu anda

Bir kötüktək möhkəm durdu meydanda.

Bir igid yanaşdı o filpeykərə,

Əl atdı Əhrimən kimi xəncərə,

Dərindən bir yara açdı pəhləvan,

O gənc sərv titrədi müdhiş yaradan. 

Zirehi dələrək kaftandan keçdi, 

işə bax, ipəyi polad nə biçdi.

Parlayan günəşin qolu dönmədi,

O qüvvət altında bir an inlədi,

Ağndan azacıq dincəldi cam,

Qılıncla torpağa sərdi düşmam. 

Düşmənin gücünü ölçmək istərkən 

Bundan təkan yedi qorxusuz düşmən. 

Düşündü meydandan çəksin yüyəni, 

Nizədən dincəlsin yorğun bədəni, 

yemdən bəxt ilə olaraq həmdəm,

Durdu öz yerində möhkəmdən möhkəm. 

Bu falda bir zəfər, səadət gördü, 

Qolunda düşməndən çox qüvvət gördü. 

Bütün qüvvətim alaraq ələ 

Döyüşə qalxdı öz həmçəkisilə. 

Həmlədən-həmləyə keçirdi ordu,

Su deyil, sanki qan içirdi ordu.

Döyüşdə sınanmış iranlı birdən 

Rumlann yolunu kəsdi hər yerdən. 

Meydanda zəiflik göstərdi rumlar, 

Onlan edirdi əcəl giriftar.

Yemdən mərdliklə namusa doldu,

Dağ kimi yerindən tərpənməz oldu. 

Himmətlə tutdular əldə bayrağı,

148


Qənimət almasın amansız yağı.

Zənci öz tacma düzüncə gövhər 

Çin şahı taxtından düşdü dərbədər

149

. 

Gecənin köksündən ay doğdu parlaq 

Şəfəqli güzgütək işıq saçaraq.

Bir çöldə yığıldı hər iki ordu,

Hər iki cəbhəm düşmənlik yordu. 

Döyüşdən əl çəkib döndülər geri, 

Yudular yaram; tozu, qan-təri. 

Hamım almışdı kədər, düşüncə 

Nə zühur edəcək şəfəq sönüncə?

Saf, təmiz portağal o səhər erkən 

Bir dəstə gül kimi güldü üfüqdən 

Üz-üzə dayandı hər iki ordu. 

Pəhləvanlar qalxıb şikargah qurdu 

Qılınc, ox, kamanla uzun bir zaman 

Qol gücü göstərdi uca asiman. 

Yorulan ordunun saraldı rəngi.

Əl cilov itirdi, ayaq üzəngi,

Daranın iki baş sərdan vardı.

Üzdə dost, ürəkdən çox kin tutardı. 

Daranın kinindən yorulmuşdular. 

Ortada bir ürək incikliyi var.

Şahı öldürməkçin oldular əlbir,

Kin ilə oturub tökdülər tədbir. 

Bəzəmək istərkən qanlı bir bazar. 

Gedib İskəndərə sığındı onlar: 

"Daranın bizə çox etimadı var.

Tək bizə inamr qoca tacidar. 

Zülmündən yanaraq etmişik tədbir, 

Öldürmək fikrində olmuşuq əlbir.

Biz sabah bir həmlə edərik, bəlkə 

Zülmdən qurtulsun bu məzlum ölkə. 

Yerində möhkəm dur, dayan bu gecə, 

Düşmənin bu səhər dönəcək heçə.

Bu səhər bayraqla çıxarkən hərbə 

Qılıncdan yeyəcək böyrü bir zərbə.

149


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə