Onu görməsəydi dözməzdi bir an,
Aynlmazdı onun bir an yanından.
O behişt ölkədə şad bir ürəklə
Yaşadı cənnətdən gələn mələklə.
Səhər çöhrəsindən pərdə atarkən
Həbəşə bac üçün dağ çəkdi Xütən
175
.
Getdikcə köpürür xoruzlu bardaq,
"Nuş olsun, iç” deyir xoruz coşaraq.
O tovuz dodaqlı kuzə ağzından,
Küplərdən camlara tökərdi al qan.
O məclis, o şərab, o çalğı, o çəng
Dünyamn üzünə verdi başqa rəng..
Yeddi ölkə şahı Kəyan rəsmiylə
Yeddi çeşmə kəmər bağlamış belə.
Günəştək taxüna oturdu səhər,
Fələk xidmətinə bağladı kəmər.
Yemdən bir içki məclisi qurdu,
Görənin başından ağlı uçurdu.
Məclisə düzüldü yararlı kəslər,
Hər gələn yer tutdu hünəri qədər.
Mütrüblər, çalğılar saçardı fərəh,
Saqi ruh verirdi əlində qədəh.
Coşduqca kamança və sazın səsi,
Çay kimi silirdi başqa həvəsi.
İskəndər yemdən açdı xəzinə,
Öz səxavətinə başladı yenə.
Çox hədiyyə aldı iran əsgəri,
Başım parlatdı öz ətəkləri.
Hər kəsə payladı şahanə xələt,
Verdi bu dünyaya başqa bir zinət.
Uca bir günəştək verərkən ziya
Nurundan çox fayda alırdı dünya.
Günəş xəzinəsi daima axar,
Şimşək nuru isə bir kərə çaxar.
Səxavətli olsun gərək cahandır,
Şahlığın xisləti, bax, belə yaşar!
190
İSKƏNDƏRİN İSTƏXRDƏ
TAXTA OTURMASI
Muğlar çırağım, saqi durmadan
Mənə ver, qəlbimdən qoparma fəğan!
Gözlərə aydınlıq verər bu çıraq,
Qəlbimin çırağı ondan alır yağ.
Söylə, ey söz, nədir sənin kimiyan?
Kimdir bu sikkənə kimiya vuran?
Səndən ki alınır bu qədər bəzək,
Hələ əskilməmiş bir hərfin gerçək.
Evimdən çıxdınsa, üz qoydun hara?
Qapımdan uzaşdın hansı diyara?
Bizdən baş verərkən bizdən uzaqsan.
Naxışlar vurarkən gözdən uzaqsan.
Qəlbimin iş evi fərmamndadır.
Dil xidmətçi kimi divamndadır,
Bilmirəm nə quşsan, gözəlsən, şənsən,
Bizdən ən dəyərli yadigar sənsən.
Söz ki var, ucadır hər bir ucadan.
Mətahın qıtlığa düşməsin bir an.
Dəyərli bir mətah olurmu kəsad?
Olursa, həsəddən doğar bu fəsad.
Ey sözün ustası, durma, söz gətir,
Şerin büsaüm yerinə yetir.
Ad-sanla kim yatıb - onlardan söz aç,
Heyrət edənlərə söylə, əfsun saç.
Keçmişi nəql edən ravilər belə
incə bir düşüncə, doğra rəy ilə
Nəql edir: Elə ki, uca şəhriyar
İsfahan şəhrində oldu bəxtiyar,
Firuzə fələyin səadətindən
İsfahan şəhrində etmədi məskən.
Tac qoymaq üçün o, Istəxrə köçdü,
Kəyumərs, Keyqubad yerinə keçdi.
Onunla böyüdü, bəzəndi iran,
191
igidlər arxası bərkidi ondan.
Başçılar dedi: "Eşq olsun, tacidar!"
O böyük baş ilə ucaldı başlar.
Töhfələr verdilər taxtına layiq,
Padşahın oyanan baxtına layiq.
Nilin mənbəindən ta Kəngə qədər,
Çin dənizlərindən ta Zəngə qədər
Elçilər axışdı xərac verməyə,
Taxtına, tacına alqışlar deyə.
Taxtına basınca ayaq şəhriyar
Söz xəzinəsindən açdı tunc hasar:
"Eşq olsun, eşq olsun, ulu yaradan
Xalqım yaratmış haqqa inanan.
Torpaqdan başım bir mən kiminin
Ucaltdı, ulduzla etdi həmnişin.
irana gətirdi Rumdan çəkərək,
Əmriylə daşlan yumşaltdı mumtək.
Başımı o qədər ucaltdı zaman,
Yüklü gəcavəmi daşıyır dövran.
Öyrəndim o adil, ulu tanndan,
Ədalət yolundan dönmərəm bir an.
Yoxsula, məzluma olaram kömək,
Qaranlıq gecəyə parlayan şimşək.
Ağlımla düşüncəm olmuş mənə yar,
Bu dünya himayəm altında yaşar.
Doğru bir yol ilə bu gün getməli,
Sabahkı günümsə bəllidir, bəlli.
Qorxaram bəhanə tapmaq günündən,
Pəhrizə çalışdım varlığımla mən.
Nə aciz qannca, nə də güclü fil
Əlimdən bir zərər görməz, onu bil.
Ovcumun içində olsa da, yenə
Dikmərəm gözümü özgə mülkünə.
Xalq mənə versə də əziyyət, kədər,
Qıymaram incisin məndən bir nəfər.
Kənd ocaqlarından alıram xərac,
Şəhərdən nə vergi istərəm, nə bac.
192
Əlimə keçsə bir xəzinə, sərvət,
Hər kəsə verərəm, layiq bir qismət.
Məndən sənət alar hər bir sənətkar.
Əlinə dövlətdən verərəm açar.
Qaldırram hər kimin varsa hünəri,
Zəncirə çəkərəm divanələri.
Düşkünlər, dilsizlər tapacaq aman,
Qurtulmaz əlimdən boş yeyib yatan.
Vücudu sağlamlar bunu bilməli,
Sənətdən gərək boş qalmasın əli.
Görsəm ki, bir nəfər çəkir çox zəhmət,
Qazancı xərcim ödəmir əlbət,
Elə möhtaclara, söz verirəm mən,
Köməklik edərəm öz xəzinəmdən.
Din ilə, ağılla tutaram işi,
Yoluna qoyaram alış-verişi.
Bir işdə kimsədən qorxum yox mənim,
Qorxanlar önündə titrər bədənim.
Dəyirman yemidir fayda verməyən,
Əfvə layiqləri bağışlaram mən.
Dünyaya bəxşişlə vurmuşam bəzək,
Əlaçıq kimsəyə edərəm kömək.
İskəndər kimsəyə verməz əziyyət,
Zalımı qəhr edər, məzluma hörmət.
Hər bir yaxşılığa bu şah yüz verər,
Bir yamanlıq edən bir cəza görər.
Kim günah işləsə cəzaya çatar,
Peşiman olursa, ədlim bağışlar.
Əlimdə məhv olur başı dik düşmən,
Peşiman olursa, bağışlaram mən.
Mənəm yaxşılığı öncə başlayan,
Yamanlıq başlayan düşmandır, düşman.
Mən ələk kinliyəm, ələrəm torpaq,
Dəyərsiz qalığı ataram ancaq.
Bir dolam, quyudan suyu çəkərəm,
Bu başdan alıb o başa tökərəm.
Qılıncla hər nə ki, keçirsəm ələ,
193
Dostları ilə paylaş: |