Padşahın əmriylə gəldi Ərəstu,
Durmadan at çapsın Yunana doğru.
Rövşənək xanımı alsın bərabər,
Götürsün xəzinə, kitab və dəftər,
iranı tərk etdi şahın əmriylə
Yunanın yolunu keçirdi ələ.
Rövşənək padşahdan hamilə olmuş,
Sədəfin qoynuna inci qoyulmuş.
Yunana yetişdi dəbdəbə, əskər,
Yükdən inləyirdi o nazlı gövhər.
Doqquz ay olunca, gövhər mədəni
Dünyaya bəxş etdi öz gövhərim.
Beşiyi öpərək oldular dilşad,
Uşağa qoydular İskəndərüs ad.
Ərəstu vəkildi şahdan, həm vəzir
Padşahlıq işində tökürdü tədbir.
Yeməkdə, içməkdə o şahzadayə
Verirdi can kimi gözəl tərbiyə.
Cismini bəslərdi nazla, nemətlə,
Körpə qəlbim də şüur, hikmətlə.
Yüzlərcə gəlmişdir belə gözəllər,
Onu torpaq yemiş, qalmamış əsər.
İSKƏNDƏRIN ƏRƏBİSTANA
GETMƏSİ VƏ KƏBƏNİ
ZİYARƏT ETMƏSİ
Ey saqi, əl uzat qəm qovan meyə,
Durma, ver mən kimi qəlbi dərdliyə.
Rahatlıq ətriylə dirçəlsin bu can,
Qurtulum kədərdən, qəmdən bir zaman.
Yaxşıdır hər falı xeyr işə yormaq,
"Rux"u yox, oyunda "şahrux"u vurmaq
180
,
Alçalırkən belə uca görünmək,
Sarsılıb durarkən yenə öyünmək,
Şam kimi bağnmn içindən yanmaq,
201
Zahirdə sevinclə nura boyanmaq.
Hər işdə bir miskin aciz qalınca,
Qaçar acizlikdən falçı dalınca.
Əlinə keçirir daş, qumdan açar,
Daş, qumdan çox zaman dəmir də çıxar.
Bir qapı qeybdən yox olsa hərgah,
Kimsə aça bilməz, açar bir allah.
Xeyrə vur falım, faydan ondadır,
Çünki xoş fal vurmaq uğur yaradır,
inləmə "xəstəyəm" deyə, ey filan,
Desən ki: "sağlamam" sağlam olarsan.
Hər işdə bizdən bir qürə atmaqdır,
işləri sazlayan yalmz o haqdır,
insaf bu pərdədə bizə məhəkdir,
Tərs pərdə çıxarmaq nəyə gərəkdir.
Könül, pərdə dardır, sən mənə yar ol!
Pərdə yırtanlardan sən pərdədar ol!
Bu parlaq beytləri hekayət edən,
Mənim ziynətimə yaraşıq verən
Nəql edir: dünyada olunca yiyə,
İskəndər xeyməni vurunca göyə,
Şahın fərmamyla hər nə dövlət var,
Yunana daşıdı mətin adamlar.
Dünya hiyləsindən olunca İraq,
Dolaşmaq fikrinə sarıldı qıvraq.
Ədlindən mündələr alınca dövran,
Bir qətrə içmədi onu anmadan.
İskəndər uğurlu şah olduğundan
işində ayıqdı hər an, hər zaman.
Dünyamn sazım əlinə aldı,
Ancaq şəfqət deyə xoş hava çaldı.
Kəməndi ahına girincə dünya,
Uymadı ürəyə yatmaz havaya.
Böyük kimsələrə vermədi ziyan,
Asayiş ahında yaşadı hər yan.
Dikbaşlıq edəni öldürürdüsə,
202
Yerinə qoyurdu ən yaxşı kimsə.
Ölkədə bir şəhər yıxsaydı əgər,
Qurardı ondan da gözəl bir şəhər.
Bu dünya belədir, bu vaxta qədər
Birini yıxarsa, birini tikər.
İskəndər başladı abad etməyə,
Oldu hardan-hara İskəndəriyyə.
Çindən Qeyruvana yol var nə qədər
Uca dərgahına axdı qasidlər.
Hər padşah vəsiqə alırdı ondan,
Ölkələr sığındı ona hər yandan.
Dəyərli töhfələr gəldi hər yerdən,
Adma yaraşan zərdən, zivərdən.
İskəndər əmr etdi, cavab olaraq
Məktublar müşk ilə yazılsın ancaq
181
.
Bir zaman ötmüşdü bu qərar üzrə,
Göylər dəfələrlə baş vurdu yerə.
Padişah dünyam gəzməkçin yenə,
Hazırlıqla düşdü səfər qəsdinə.
Oxumuş ərəbdən gələn məktubu,
illərcə qəlbində qalmış arizu.
istədi büsatı iranda qursun,
Ərəb də bu yolda ona baş vursun
182
.
Kəbəni ziyarət etsin bir zaman,
Sevinsin mübarək fallı naxışdan.
Hökmüran olunca bütün irana,
Xeyməni köçürdü Ərəbistana.
Xəzinə topladı bir neçə xalvar,
Biyaban yolunu tutdu şəhriyar.
Ərəb başlarım onun baxşışı
Əydirdi büsbütün əmrinə qarşı.
Görüncə əmrinə ram olmuş zəfər,
Hökmünə baş əydi dikbaş ərəblər.
Yel kimi at sürdü Ərəbistana,
Ərəblər düşmədi ondan ziyana.
Hər yerdə atım edincə rahət,
Həm bəxşiş saçdılar, həm hədsiz nemət.
203
Hər çeşid lüzumlu yeməkdən başqa,
Bəslənmiş sürülər verməkdən başqa,
Gücləri çatdıqca şahın önünə
Hər yerdən çəkdilər ağır xəzinə.
Səhralar dolaşan görkəmli atlar,
Zəhərdən su içmiş parlaq qılınc var.
Boyu otuz ərəş, üstü çox parlaq,
Nizələr, qan ilə bəslənmiş mizraq.
Yüyənsiz dəvələr, löklər hər yandan,
Toz, torpaq içində yel kimi uçan.
Bunlardan başqa çox bəxşişlər daşdı,
Yüklənən gön, dəri, nəfis daş-qaşdı.
Ona hörmət üçün hey zaman-zaman
Hər yerdən çəkildi yüklənmiş karvan.
İskəndər xəzinə ağzım açdı,
Qızılı, zinəti xalvarla saçdı.
Atlazdan səhraya fərşlər açaraq,
Yaqutlar altında gizləndi torpaq.
Yanaşdı Kəbəyə şən bir üz ilə,
Həccin amalını öyrəndi belə.
Dünyamn ııafiııə basmışdı ayaq
Aləmin nafindən ənbər açaraq.
Çarxın pərgantək mərkəz nöqtəm
Dolaşdı, ziyarət etdi Kəbəni.
Təvafı olduğu kimi bitirdi,
Kəbə halqasım ələ gətirdi.
Öpərkən Kəbənin qapılarım
Ürəkdən andı o, böyük tanrım.
Başım mübarək qapıya vurdu,
Xəzinə saçaraq yoxsul doyurdu.
Qızılı su kimi edərdi rəvan,
Dəvə bağışladı o karvan-karvan.
Doğrular evində tutunca qərar
Tanrıya pərəstiş etdi tacidar.
Kəbəni xəzinə-gövhərə tutdu,
Damları müşk ilə ənbərə tutdu.
Təvaf işlərindən azad olaraq,
204
Dostları ilə paylaş: |