|
Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"Oxuyub çalanlar, şərab və qədəh
Oxuyub çalanlar, şərab və qədəh
O gözəl məclisə verirdi fərəh.
Nüşabə naz ilə hey qədəh alar.
Ortada gəlinlər qol-qola oynar.
Məclisdə Feyləqus oğlu İskəndər
O pəri qızlara salmadı nəzər.
Birinci, nəfsim oda salmazdı.
İkinci, hərəmdə ov ovlamazdı.
Başçılar məclisdə ağır oturdu,
Padşaha hörmətçin mərd kimi durdu.
Göy soyuq, günəşin xeyməsi ocaq,
Yer qum, Cəmşidin yasüğı yumşaq
192
.
Günəş Dəlv bürcündən çıxdı qırağa,
Girdi Hut bürcünə balıq tutmağa
193
.
Pul-puldur dağlann ətəyi, qəlbi
Buzlanmış balığın arxası kimi.
Qurd gözlü qasırğa kəsir nəfəsi,
Kürkçünün zəhmətə artmış həvəsi.
Maralın kök budu buzdan qorxaraq,
Aslan sağnsım etmişdi sığnaq.
Buzlamış ceyramn kabablıq budu
Sulann bağnna hey duz vururdu
194
.
Buludlar o qədər sıx kafur saçmış,
Çinann qolları ağ çiçək açmış
195
.
Bənövşə qönçəsi tumurcuq ikən
Bahar yarpağıtək qar gəlir göydən.
Olmuş gül ağacı yeldən hamilə,
Qamım doldurmuş çiçəklər ilə.
Ağzım açmadan buzlu nəhrlər,
Otların dodağı süd ətri verər.
Yadlardan gül üzə pərdə çəkəli,
Bülbülün təblim yırtmış dan yeli.
Bülbültək bardaqlar gəlmiş fərəhə,
Kəkliktək ağzından düşməz qəhqəhə.
İçənlərin üzü meydən alıb rəng
Qızarmış, tərləmiş gül yarpağıtək.
İskəndər əmr etdi: "Şənlik eşqinə
229
Məclisdə bir alov parlasın yenə.”
Yenidən yaraşıq, bəzək vuruldu,
Cənnətə bənzər bir məclis quruldu.
Məclisdə gül kimi bir atəş yamr,
Qibtədən güllərin qəlbi dağlanır.
Odlu tikan tutmuş əldə san gül,
Bu, Zərdüşt odunun tikanı deyil.
O müşkin kömürdən axan şölələr
Daşlara əks edən gövhərə bənzər.
Qara rəng kömürlər ki, alovlamr
Xəzinə üstündə yatan ilandır.
Ya qoca insafsız, rəhmsiz məcus
Əmr etmiş həbəşi qarət etsin rus
196
Hindistandan gəlmiş bir nəfər cadu
Xırmana vurar bir arpadan odu.
Müğ arpa yerinə əkmiş ərğəvan,
Bənövşə düşürmüş biçdiyi zaman
197
.
Həbəş müşk aparmış Mazandarana,
Yerinə saf qızıl vermişdir ona.
Ev hindli qadından qana bürünmüş,
Abinus qırmızı söyüdə dönmüş.
Səqlablı atım çapmışdır Çinə,
Bərtasdan bir samur kükrəmiş yenə.
"BilaT'da çıxarmış gözəl bir səda,
Həbəşdə yaşarkən səs verir Rumda.
Onun şən səsinə qara zəncilər
Qəlbindən qan tökür, gözündən zəhər.
Qara qamışlıqdan çıxmış bir aslan,
Uzun barmaqlan alovlu oxdan.
Katibin dalından göyərmiş qələm,
Barmağında müşkin qələmlər möhkəm
198
.
Bir atlaz satandır, oturmuş çox şən,
Geyimi qoca bir qadın külündən.
Bir çox ip əyirmiş toxunsun palaz,
Palazın yerinə tapmışdır atlaz.
Kimyagərdir bu, kürəsi yanar,
Dəmiri ataraq saf qızıl alar.
230
Alovlar qızıldan qurmuş bir iksir,
Öz ətəklərinə saf qızıl səpir.
Alovu bürüyən sıx-sıx tüstülər
Neylufər gülünün zülfünə bənzər.
Reyhanla bəzənmiş saxsı güldandır,
Ancaq bu, meşədən çıxan reyhandır
199
.
Od deyil, Cəmşiddən qalma bostandır,
Günəş xonçasında kökə yapandır.
Ağ-qara cövhəri parladandır bu,
Müğlərin yoldaşı - hirbüdün dostu!
Yeni bir qönçədir, yediyi tikan,
Cövhəri qədimdir, görüşdə cavan.
Qış vaxü yoxsula şən nəğmə söylər,
Qonşuya qazandan elçilik elər.
Sazımn telləri edər zümzümə,
Zərdüştün Zəndindən xoşdur bu nəğmə
Zənd ilə Zərdüştü yaxan atəşi
Yaxmışdır dünyamn böyük günəşi.
Al gül yarpağıdır sərv budağında,
Ötər kəklik, turac sol və sağında.
Qırmızı mərcandan ucalmış çinar.
Başında "ququ"tək kəkliklər ağlar:
Ördəyə başında yer versə çinar,
Köksündən acı bir sızıhı qopar.
Ördəyin vücudu suyun düşgünü,
Atəşə girərsə qaralar günü.
Bu bağda coşaraq ötüşər quşlar,
Hər quşda başqa səs, başqa ahəng var.
Setarla çalınır sanki hər nəğmə,
Şərqidən yüz kərə gözəl zümzümə.
Ciyər duz yedikcə hey qam damır,
Duzun da həsrətdən bağn qavnlır.
Dişlərə sirr açır şəkərburalar,
Yedikcə insanın həvəsi artar.
Qan daman kababın qoxusu ənbər,
Müşkiylə bəslənmiş aşlar, yeməklər.
Hər çeşid mürəbbə, turşu, meyvə var,
231
Dostları ilə paylaş: |
|
|