Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə82/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   78   79   80   81   82   83   84   85   ...   121

Duaya başladı, inci, dür saçdı:

"Necə ki, yaşıla bürünüb hər bağ.

Hər qızıl gül olur yanar bir çıraq.

Gül kimi parlasın üzün hər zaman,

Tək səndən yaşıllıq alsın bu cahan. 

Qazılsın dünyanın möhrü adma.

Çatasan dövlətə, öz muradına. 

Zəımimcə tanıyır məni şəhriyar,

Daha yalvarmağa nə ehtiyac var? 

Sirrimdən əgər o tutmamış xəbər. 

Bilirəm, İskəndər doğruluq sevər.

Sənə öz yanımdan elçi gəldim mən, 

Əsirin olmuşam, əsir etmədən.

Mənəm Çin xaqam, qoşun sərvəri.

Sənin xidmətində öpürəm yeri." 

Pozuldu bu cəsur işdən tacidar.

Xoşuna gəlmədi belə bir rəftar.

Acıqlı bağırdı ona hökmüran:

"Seçilir qumaşın üzü astardan. 

Tərlandan seçirəm aciz sərçəm, 

Bağrından tanıram müşkü, nafəni. 

Ancaq saxlayıram həya və hicab,

Örtülü kəslərdən açmaram niqab.

Anlat ki, nə məcbur eyləmiş səni, 

Gizlində qalmadın, yırtdın pərdəm? 

indi Rum şahından heç qorxmayaraq

Poladı mum kimi sandınmı yumşaq? 

Sarsılmaz qolumdan qorxmadınmı sən? 

Mənim tərəzimə torpaq tökürsən!

230


 

Gənc maral nə qədər olsa da cəsur, 

Cilovu aslandan çəkməsi xoşdur.

Bir cavab olaraq söylədi xaqan:

Yüz min afərinə ey layiq olan,

Bilirəm amansız deyil padişah,

Dərgaha onunçun gətirdim pənah. 

Başımı hansı düşmənim kəsər?



297


Dişini uzaqdan göstərsə qaban 

Kin ilə döyüşər o qara aslan.

Dişini çıxanb, əysə boynunu,

Aslan da toxunmaz, bağışlar onu. 

Məndən ki, görməmiş sultan namərdlik

O igid aslandan uzaqmı mərdlik? 

Qarşına qılıncla gəldiyim zaman 

Qorxardım səndəki kəskin qılıncdan. 

Mən ki göstərmədim sənə xəyanət, 

Daha üz verərmi mənə həqarət?

Ölkəmə at saldın, göstərdin şəfqət,

Sənə kin bəsləmək olur cinayət. 

Qəlbimdə qalmadı kin, qərəz əsla, 

Dərgaha gəlmişəm belə inamla,

Mən şəfqət göstərsəm, bağlamasam kin

Kim kəsər başım şəfqət edənin?

Tutaq ki, günahım həddən artıqdır, 

Qəriblik bir böyük üzürxahlıqdır. 

İskəndər insaflı, mərhəmətlidir,

Suçsuza hər zaman şəfqət göstərir.

Kim ona sığınsa, qanından keçər.

Kim aman istəsə, görməz bir zərər.

Mən ki bu dərgaha öncə yönəldim, 

Səndəki ədalət izilə gəldim.

Adildir cahangir, böyük İskəndər,

Ona hər bir zaman haqq yardım edər." 

Yağlı bir dil ilə nöktələr saçdı,

Padşahın qəlbindən düyünü açdı. 

İskəndər söylədi: "Xoş gəldin, şad ol, 

Belə düşkünlükdən artıq azad ol!

Ancaq bu gəlişdən nə imiş fikrin,

Bu necə sirrdir, aydın göstərin?"

Sığman dedi: "Ey dünyaya sığnaq.

Bu sirri yararmı səndən saxlamaq?

Bu uca dərgaha onunçun gəldim,

298



Fikrim, yolunu bilib öyrəndim. 

Gəlməkdən məqsəd nə? Anladım bunu, 

Nədir bu gəlişin əvvəli, sonu?

Əl tutsa mənə bu dönük ruzigar, 

Padşahı kin ilə edim bəxtiyar.

Bu dilək əlimdən gəlməsə ancaq, 

Dəstimdən çıxan ox düşərsə uzaq, 

Məqsədim hörmətlə öpməkdən yeri. 

İskəndər kinindən çəkilsin geri.

Mən əsirgəmədim canımı şaha,

Qılınca əl atmaq nə gərək daha.

Cəvahir əlinə gəlirsə asan,

Nə çıxar zəhmətlə daşı yonmaqdan? 

Madam ki, sülh ilə göyərər dilək, 

Döyüşə at çapmaq daha nə gərək?

Çin, Turan taxtını məndən istəsən

Boynumu çəkmərəm bu itaətdən. 

Dostluğu ataraq kəsilsən düşman, 

Atamın yurdunu bağışlamasan,

Adımn möhrünü edərəm qəbul,

Olaram mən satın alınmamış qul 

Nə olur, padşahın geniş mülkündə 

Çoxalsın get-gedə dost olan bəndə. 

Vuruşa qəsd etmə, kinindən çəkil, 

Bütün Çin donunun bir çini deyil. 

Dəyərli qullann çin-çin saçından 

Bir çin də mənə ver, sənindir fərman. 

Ayın saf üzünə yaraşmaz bu çin

Qaşımn tağından çəkilsin bu kin." 

İskəndər söylədi: "Ey fikri gözəl. 

Verdiyin sorğuya eləyim əməl: 

Düşmənin başım öpsün toz, torpaq, 

Olsun yad kimsələr dünyadan uzaq. 

Əmrinə baş əyən hər bir kişvərdə 

Nayiblər tikilsin məndən hər yerdə, 

indi ki, mən sənə qılınc çəkmədən 

Başım əyərək təslim oldun sən,

299



Taxtınla başını uca eylərəm,

Tacını başında saxlarsan möhkəm.

Nə mülkün, nə tacın gərək. 01 əmin, 

Qoymaram ki, olsun işlərin çətin. 

Yalmz bir şərtim var, bütün mülkündən 

Mənə yeddi illik xərac verəsən.

Yeddi il vergisi verilsə mənə,

O başqa vergilər halaldır sənə." 

Dinləyən ağlına aydınlıq saçdı,

Ağzım incə bir cavabla açdı:

"Tacidar nə haqla istəyir hələ 

Yeddi illik xərac bu az ömürlə. 

Ömrümü edərsən təmin yeddi il.

Yeddi il xərc vermək çox çətin deyil." 

Bu sözü bəyəndi uca hökmüran, 

Qızınca beyni bu incə cavabdan, 

Söylədi: "Altı il nə versə diyar,

Ayaq müzdü verdim sənə, ey huşyar. 

Görürəm şüurun, ağlın incədir, 

Qəbuldur mənə tək bir illik gəlir." 

Türklərin xaqanı dünya şahından 

Daşqın bir sevinclə oldu kamiran. 

Dərgahın tozunu kirpik ucuylə 

Süpürə-süpürə söylədi belə:

"Bilirəm: mətindir verdiyi peyman, 

Gücünü artırsın ulu yaradan!

Madam ki, tacidar söz verir buna,

Əz əliylə bir xətt gərəkdir mana.

Bir illik xəracı verdiyim zaman 

Məni öz yerimdə qoysun hökmüran.

O xəttin qolumda olsun bir qolbaq,

O xətti başımçın saxlayım ancaq. 

Başımla mən də söz verirəm, inan,

Bu dostluq yolundan çıxmaram bir an." 

Söz getdi arada, bağlandı peyman: 

Qaçsın hər ikisi vəfasızlıqdan. 

Düşmənlik silinsin, dostluq var olsun,

300



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə