Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə84/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   80   81   82   83   84   85   86   87   ...   121

İki parlaq günəş bir oturaraq

Zəncidən, Yunandan, Çindən, irandan 

Qonaqlar səf çəkmiş hər iki yandan. 

Məclisin üz-gözü mey ilə şəndi, 

Dünyanın çöhrəsi tozsuz gülşəndi. 

içki şənliyində gövhərdən dalğa. 

Cöyləyən dodaqdan axır qulağa.

Iş bilən kəslərdən açıldı söhbət: 

Dünyada bilikcə kim tapmış şöhrət? 

Dəyərli şey çıxar hansı torpaqdan? 

Sənətcə dünyada kim almış ad-san? 

Birisi söylədi: "Cadu və hiylə 

Hindlidən baş verir, baxsan diqqətlə." 

O biri söylədi: "Bəxti yatanlar 

Hər sayaq cadunu Babildən alar." 

Başqası söylədi: "Verir ən şaqraq 

Xanəndə Xorasan, çalğıçı İraq."

Birisi söylədi: "Yüksəkdir, əlbət, 

Ərəbin dilində olan fəsahət."

Birisi dedi: "Rum nəqqaşı, əlbət, 

Dünyada qazanmış böyük bir şöhrət." 

O biri söyİədi: "Görmədin, nədir,

Çin naxşı dillərdə bir əfsanədir." 

Deyişmə coşdurdu Rum ilə Çini

Yenməyə başladı biri-birini.

Hər biri fikrim isbat edərək 

Naxış pərgarından göstərdi örnək. 

Deyişmə sonunda verildi qərar, 

iki qaş tağıtək bir tağ qursunlar!

Bu tağa hər iki qaş arasından 

Bir örtü çəkilsin müəyyən zaman. 

Rumlu bir guşədə sən ətə dursun,

Çinli bir bucaqda naxışlar vursun. 

Müəyyən saatlar gəlməmiş başa 

Baxmasın heç biri digər naxışa, 

Yalmz bu iş sona vardığı zaman 

Qalxsın bu asılı pərdə ortadan.

305



Görsünlər bu iki incə naxışdan 

Hansıdır ən təzə, incəlik saçan! 

Ustalar oturdu bir nəqqaş kimi, 

iki tağ altında iki qaş kimi.

Axıra yetincə müəyyən zaman 

Örtüyü çəkdilər iki naxışdan.

Hər iki "Əməng"in birdi peykəri, 

Vurduğu naxışı, rəngin, zivəri. 

Onlara baxınca heyrətlə qaldı,

Hər iki surətdən bir ibrət aldı.

Nə sayaq çəkmişlər iki peykəri, 

Surətcə birindən seçilməz biri, 

Oturdu şah iki tağ arasına, 

Heyrətlə bir ona baxdı, bir buna. 

Seçmədi onlan biri-birindən, 

Tutmadı bir xəbər gizli sirindən. 

Nə qədər diqqətlə eylədi nəzər, 

işin iç-üzündən tutmadı xəbər. 

Arada incə bir fərq vardı: biri 

Surəti göstərir, alır o biri.

Bəlinas baxdıqda iki surətə 

Əsrarlı sənətdən düşdü heyrətə. 

Çalışdı, ortaya çıxsın həqiqət, 

Naxışdan keçirdi ələ bir hikmət. 

Əmr etdi, durmadan əsrar öyrənən 

Ortaya bir pərdə çəksin yenidən. 

Elə ki, ortadan asıldı pərdə 

Biri zövqə daldı, o biri dərdə. 

Rumlunun lövhəsi parladı yenə, 

Pas düşdü çinlinin saf güzgüsünə. 

Naxışsız qalınca çinlinin tağı, 

Padşahın gül kimi açdı yanağı, 

Pərdəm aradan bir də çəkdilər, 

Göründü hər iki tağda bir peykər. 

Bildi ki, o parlaq naxışlı tağa 

Hər naxış əks edir başdan ayağa. 

Yan-yana işlərkən iki sənətkar

306



Arada pərdədən çəkmişdi hasar.

Rumlu bir lövhəm çəkirmiş gözəl,

Çinli də lövhəyə verirmiş siqəl. 

Parlarkən çinlinin vurduğu naxış 

Rumlunun şəklindən əksi alırmış. 

Yanşın sonunda qərar verdilər:

Hər iki sənətkar göstərmiş hünər. 

Rumluya çatmaz bu, naxış tökməkdə, 

Çinli də üstündür siqəl çəkməkdə.

Eşitdim, olmaqçın Çinə peyğəmbər, 

Reydən Çinə getdi Mani surətgər.

Elə ki, bu xəbər yayıldı Çinə,

Axdılar o gələn yolun səmtinə. 

Yolunda axar su hovzuna bənzər, 

işıqlı büllurdan hovuz çəkdilər. 

Rəssamın fırçası vurdu yaraşıq, 

Üstündən dalğalar oynadı sıx-sıx. 

Hərəkət verirdi sanki ruzigar,

Sahili öpürdü coşğun dalğalar.

Hovuz ətrafına naxışlar vuran 

Çəkdi çay yamnda bitən otlardai.

Mani çox uzaq bir eldən gəlirkən 

Yolçunu susuzluq salmışdı əldən.

O hovzu görüncə səbirsiz qaçdı,

Boş, qum kuzənin ağzım açdı. 

Doldurmaq fikrilə vurdu daş hövzə

Əlində qınldı o saxsı kuzə!

Bildi ki, çinlilər bu yolda aşkar 

Hovuzla ona bir quyu qazmışlar. 

Çıxardı naxışlar açan bir qələm, 

Aldadan hovuza vurdu bir rəqəm.

Baş əyən qələmlə əl işlədərək 

Çəkdi hovuz üstə ölü bir köpək. 

Cəmdəyə hər yandan daraşmış qurdlar, 

Görüncə susuzun ürəyi çatlar.

Hovuza susuzlar edərkən axın,



307


Ölü it görüncə getməsin yaxın.

Sürətlə yayıldı Çinə bu xəbər, 

"Uzaqlaş" naxşını vurdu surətgər. 

Gördülər mahirdir, onda sehr var

Maniyə, "Əməng"ə sığındı onlar.

Bax, yenə səyirtdim ikinci kərə,

Çəkdim söz başım baxın nə yerə!

Neçə gün bir yerdə İskəndər, xaqan 

Zövq aldı qədəhdən, meydən, çalğıdan. 

Get-gedə məhəbbət artırdı, gerçək,

Onu da, bunu da öyürdü fələk.

Bir gün şah söylədi ona: "Ruzigar 

Bir əngəl açmasa, səfər fikrim var. 

iradəm dönməkdir yenə yurduma,

Mən Çindən tərpənmək istərəm Ruma." 

Ona hörmət ilə söylədi xaqan:

"Sənindir bu dünya, sənindir dövran! 

Hər yerə üz qoysan bu taleyinlə,

Ayaq basdığın yer hər kəsə qiblə.

Atım hər yerə çapsa hökmüran 

Borcumuz qulluqdur ona hər zaman." 

Çox heyrət etdi şah bu ayıqlığa.

Ondakı vəfaya və sayıqlığa,

İskəndər məclisi xaqana hər an 

işıqlı göründü günəşdən, aydan.

Ürəklə xidmətə başladı xaqan.

Şahın xidmətində durdu hər zaman.

Şah üçün dəyərli bəxşiş gətirdi, 

Bununla başım aya yetirdi.

Hörmətlə tutduqca onu hökmüran. 

Dostluğu daha da artırdı xaqan.

Hər kəsə padişah böyüklük versə, 

Dikbaş olmamalı elə bir kimsə.

Hər zaman kiçiklik yoluyla getsin. 

Özündən ucaya alçaqlıq etsin, 

Neysandan nə şərəf almışsa sədəf,

Çinə də şah verdi elə bir şərəf

233


.

308


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə