Böyrünü vermədi gecə yatağa,
Durdu bəxt ararkən ulduz saymağa.
Öz ipək fərşim yığınca yerlər,
Teşt ilə, qılıncla oynadı səhər,
O teştdə parlayan qılınc günəşin
Başım kəsərək, gördü öz işin.
Qara örtüsündən qaldırınca baş
Şimşəkli qılınca büründü dağ, daş.
iki ordu deyil, iki dəniz qan,
Qədərcə çox idi dəniz suyundan.
Çapdılar o meydan boyu "qan" deyə,
Qılınclar, bayraqlar ucaldı göyə,
iki meydan boyu polad ayaqlar,
Sıx yerdə dağ kimi tutdular qərar.
Sançıya əmr etdi böyük İskəndər.
Qoşuna san verdi, düzüldü səflər.
O polad geyimdən, almas qılıncdan
işıqlı günəşə ucaltdı duman.
Hər qövmün başında özündən sərdar.
Çəkdilər meydanda dağ kimi hasar.
Dəvali və iran pəhləvanları
Sağ qolda yerləşdi, coşdu qanlan.
Qədər xan fəğfurlu igidlər ilə
Cəbhənin solunu götürdü ələ.
Cinahda ox atan xas qulamlardı,
Dönüş yollanna qanad salardı.
O polad geyimli fil ən ortada,
Kükrəyən igidlər durmuş arxada.
Filgövdə padişah minbir ümidlə
Minmişdi dağ kimi qızmış ağ filə.
Qarşıda bənizi qırmızı ruslar
Məcusun atəşi kimi panldar.
Sağ qolu bəzəmiş Xəzran dəstəsi,
Soldan da ucalır Bərtasın səsi.
Alani arxadan, Isuvi qoldan,
Əzm etmiş baş, boyun qoparsın hər an.
Cəbhənin qəlbində rus kinə dolmuş,
335
Köksündən İskəndər eşqini yolmuş.
Hər iki tərəfdə səf çəkdi əskər,
Lacivərd göy kimi ucalmış yerlər.
Ruslann təblindən doğm həyəcan,
Xəstə bir hindlitək qopardı fəğan.
Göyləri sarsıdan təbil və bom
Yerlərin qarnına salırdı bum.
Zorba türk borusu etdikcə şiddət
Türklərin qoluna gəlirdi qüvvət.
Coşduqca yer yaran at kişnəməsi
Balığa çatırdı yerin naləsi.
Həftğuş əmudların təpiklərindən
Fələyin öküzü qopardı şivən.
Dəldikcə qılınc hər gümüş peykəri
Gümüşdən çıxarır qan danələri.
Dəmirdən keçdikcə üçpərli oxlar
249
Sanki çəmənlikdən ötürdü quşlar.
Nizədən qamışlıq olmuş yer üzü,
Dağ çökür çuxura yedikcə gürzü.
Tüklərin ucuyla nizə ucalır,
Düşmən öz qanıyla dəstəmaz alır.
Qurd gönündən olan müdhiş təbildən
Qızışır döyüşlər, coşur döyüşkən.
Daşlarda nizə qan çeşməsi açar,
Bir orman göyərdir yay ilə oxlar.
Oxlann meyvəsi al güldən nişan,
Güllərin qan damar hər tikanından.
Qalxam əridən polad nəhənglər
Başım uzatmış, sərkəşlik edər.
Dağlara deşiklər açırdı buxar,
Yerlərin canında bir titrəyiş var.
Rus döyüşməsindən dəhşət çökürdü;
Aslanlar ahında atlar ürkürdü.
Əflatun, Fəlatus xalqıtək nadan
O yerdə əskikdi bir aciz rusdan.
Rumlular fələyə ucaltdı bayraq,
Qılıncdan suya bir atəş olaraq,
336
Havamn boğazı sanki tıxandı,
Dünyanın nəfəsi artıq dayandı.
Nə yerdə yer tapır yeriyən ayaq,
Nə uçan havada tapırdı bucaq.
Ruslardan bir nəfər açdı meydanı,
Bir tülkü papaqlı Bərtas aslanı
Küləyə minmişdi yeriyən dağtək.
Dağ külək belində durarmış demək!
Döyüşmək istədi, suladı meydan,
Özünü öyərək, oxudu dastan:
"Xam dəri geyinən hər bir Bərtası,
Mənim varlığımla qızar arxası.
Pələnglər yırtaram dağlar qaşında,
Nəhənglər yeyərəm sular başında.
Aslantək alışdım sağn yırtmağa.
Tülkütək baxmaram yağlı quyruğa
250
.
Pəncədə kəskinəm, qüvvətdə mətin,
Maral böyrü yırtmaq deyildir çətin,
içdiyim, tökdüyüm daima al qan,
Geyimim xam dəri olmuş hər zaman.
Nizəm daldan dəysə çıxar göbəkdən,
Sınamaq istəsən, bu meydan, bu sən!
Bir ordu kükrəsə Çin ilə Rumdan
Atəşin alovu ucalar mumdan.
Mənə qandan başqa töhfə gətirən,
Yox olsun elə bir yolçu, döyüşkən.
Kim mənə qaş çatsa qürur edərək,
Zivər yox, al kəfən geyinsin gərək!"
Onun qarşısına şah ordusundan
Çıxdı bir nizəli igid pəhləvan.
Meydanda kin ilə açdılar pəncə,
Çarpışma uzandı hey döyüşdükcə.
Acıqlı Bərtasın son qılıncından
Torpağa sərildi rumlu pəhləvan,
ikinci mmlu da ölüm, kin gördü,
Bərtasın bəxtini çox mətin gördü.
Hindi adlı igid şahzadə vardı.
Hindli qılıncıyla çox baş vurardı.
337
Qızmış aslan kimi qopardı fəryad,
Cumdu qurd üstünə əlində polad.
Qol kimi sınandı, oldu çox həmlə
Kimsənin taleyi gülmədi hələ.
Acığa dolunca şahzadə Hindi,
Qılıncı düşmənin çiynindən endi.
Başım biçdi o kəsici almas,
Atın dırnağında çırpındı Bərtas.
Ruslardan başqa bir qılınc oynadan
Boynunu ucaltdı əlində qalxan.
Öyünə-öyünə girdi meydana,
Susamışdı sanki düşmən qanına.
Hindi qılıncım endirdi ona,
Ehtiyac qalmadı rus qalxamna.
Çıxdı bir başqa rus qılınc vurmağa,
Göz-gözə gəlincə düşdü torpağa.
Çox igid öldürdü, oldu gün yan,
Tazitək qovurdu o, ceyranlan.
Ruslann nəfəsi üxandı ondan,
Olmadı daha bir qarşıya çıxan.
Vücudu al qana batmışdı daha,
Yüyəni çevirdi tez ordugaha.
Görüncə İskəndər göstərdi hörmət,
Verdi ən dəyərli, yararlı xələt.
Hər iki tərəfdən enərək ordu
Keçidli yollarda keşikçi durdu.
Dan yeri sökərkən saqi qalxdı şən,
Şərabdan torpağa yaqut səpərkən,
Od saçan dəniztək hər iki əskər
Pusquda yenə də kaman çəkdilər.
O qanlı meydana çaparaq təkrar
Aslan yıxmaq üçün ova çıxdılar.
Gurlayan şeypurlar çaldıqca çalır,
Başlardan ağıl, huş, üzdən rəng alır.
Qurd gönlü təbillər etdikcə fəryad,
338
Dostları ilə paylaş: |