Taxtının önündə köləlik edər.
Sənə bu şahlığı bəxş edən kimsə
Vermişdir ürəyin nə istəmişsə.
Şahlıq et, verilmiş sənə ölkələr,
Kömək ol, xalqlara ədalət göstər.
Çibin qanadım qırmasın tərlan,
Fil də qarışqaya verməsin ziyan.
Allaha min şükür, min şükür, əlbət,
Şahda yazdığımdan çoxdur ədalət.
Şahdan bir diləyim var mənim ancaq,
Mənim dastanıma nəzər salaraq,
Sönük bir əfsanə verərsə artıq,
Üstünə nə kölgə salsın, nə işıq.
Rast gəlsə dalğalı incə, gövhərə,
Başımı ucaltsın uca göylərə.
Bu "Şərəfnamə"də dünya sirrindən
Çox xəznə açan gizlətmişəm mən.
Hər kimin əlində olsa bu açar,
Bir çox xəzinələr, tilsimlər açar,
O gizli xəznəni aça bilməsə,
Verər qızıl açar şənlik o şəxsə
77
.
Bilirsən, bu yanm yonulmuş gövhər
Qoynunda gizlətmiş nə xəzinələr?
Bu gövhər yonmağım səninlə şəndir,
Afərin deməyim sənə səndəndir.
Ağıl ki, göyləri endirər yerə,
Afərin söylər bu afərinlərə.
Şahdan alınmışdır belə bir əmr:
"Adıma bir naxış bağla, ey şair!"
Şahın sözlərindən ilham alaraq,
Ağıla, şüura bərk sarılaraq,
Vurum bu gəlinə elə yaraşıq,
Şahın məclisim bürüsün işıq!
Ona bu şux gəlin olsun bir kəniz,
Məclisdə, dünyada tutulsun əziz.
Dünyam parladan çıraq nə qədər
Yaxım, uzağı nurilə bəzər.
55
Dünyam parlatsın şahın gül bağı,
Gündüz məşəl olsun, gecə çırağı.
Ağzı qarğa kimi cınlsın gərək,
Yansın düşmən dili çıraq dilitək.
Uca dövlət kimi qonsun eyvana,
Nizami afərin oxusun sana.
DASTANIN XÜLASƏSİ VƏ İSKƏNDƏRİN
CAHANGİRLİK TARİXİ
Saqi, gəl ruhumu şənlədən mey ver!
Xumarı atmağa səhərkən hey ver!
Bu səhər şərabı kövsərə dəyər,
Halaldır içsəm o məhşərə qədər.
Yaxşıyla, yamanla dolmuş ruzigar,
O yaxşı-yamandan boynunda çox var.
Hər gecə, gündüz bu niligun pərdə
Min fitnə, min oyun açar hər yerdə.
Məndən də bir oyun baş versə, inan,
Onu da doğurmuş bu köhnə dövran.
Xəyaltək incəldim çərx hiyləsindən,
Necə oynamayım xəyal ilə mən?
istəyim: pərdəm bütün boşaltmaq,
Bir cadu xəyalı işlətmək ancaq.
Bir xəyal yaradım bu naxışdan mən,
Gəlməsin cadugər, canbaz əlindən.
Mən elə başladım bu şux dastanı,
Coşdurar sazımın səsi dünyam.
Ən doğru sözlər ki, oyadır maraq,
Tarixdən onları bir-bir alaraq
Düzdüm dastanıma, əsər yaratdım,
Ağla sığmayam büsbütün atdım.
Seçdim hər düzümdən bir inci, gövhər,
Vurdum bu gərdəyə yaraşıq, zivər.
Bərk təməl üstündə qurdum bir bina
56
Ki, ziyan dəyməsin divarlarına.
Təqdimi, təxiri tutmayın nöqsan,
Nöqsana məcburdur hər tarix yazan.
Bu Çin ipəyinin naxış evində
Maninin fırçası düşmüşdür bəndə
78
.
Dastanı düzərkən fikrim açıqdı,
Söz səlis olsa da, yol dolaşıqdı.
İskəndər haqqında heç bir əsərdə
Məlumat görmədim yığcam bir yerdə.
Sözlərlə dolmuşdu xəzinə içi,
Ancaq hər nüsxə bir dağımq inci.
Hər köhnə nüsxədən əsas alaraq,
Onu öz şerimlə bəzədim ancaq.
Ən qədim tarixi əsərlərdən mən,
Yəhudi, nəsrani, pəhləvilərdən
Ən incə sözləri əlimə saldım,
Qabığı ataraq, məğzim aldım.
Müxtəlif dillərdən yığdım çox sözlər,
Bunlardan düzüldü yazdığım əsər.
Saydığım dilləri ətraflı bilən
Şaxlar öz dilini mənə töhmətdən.
Hansı bir pərdədə doğru söz gördüm,
O sözün telini şerimlə hördüm.
Bu işdə həqiqət arasan bir az,
Nəzmdə həqiqət aramaq olmaz.
Şerimdən atsaydım bəzəkli donu,
Azacıq zəhmətlə yazsaydım onu,
Bu böyük fatehin sərgüzəştindən
Bir vərəq yazmaqla bitirərdim mən.
Dünyam dolaşan böyük İskəndər
Yorulmaq bilmədən edirdi səfər.
Dünyam dolaşıb dörd yam gəzdi,
Bilmədiyi mülkü fəth eyləməzdi.
Hansı bir dövlətə verdi nəhayət,
Kəyan adətinə göstərdi hörmət.
Yalnız zərdüştlüyü qəbul etməmiş.
Başqa adətlərə etdi pərəstiş.
57
Dünyada ilk əvvəl o zinət qurdu,
Yunanda sikkəni qızddan vurdu.
İskəndər əmrilə vermiş hər zərgər,
Qızılın suyuyla gümüşə zivər.
Farscadan hər əsər keçmiş əlinə,
Tərcümə etdirmiş yunan dilinə.
Qapıda üç növbət təbil vurdurmaq
İskəndər dövründən qalmışdır ancaq.
Ulduz güzgüsüylə o böyük qeysər
Qaranlıq içindən çıxardı gövhər
79
.
Sildi şurişləri köhnə dünyadan.
Taxt aldı, tac aldı qoca Daradan.
Hindin sövdasım, rus səfrasım
Silərək parlatdı şən dünyasım.
Rəyi bir güzgüdür çinlilər üçün.
Odur Keyxosrovun taxüna üstün.
Ömründən keçirkən tam iyirmi il
Şahlığa ucadan vurdurdu təbil,
iyirmi yeddiyə çaünca yaşı
Peyğəmbər olaraq, ucaldı başı.
İskəndər o gün ki peyğəmbər oldu,
Onun tarixinə naxış vuruldu.
Dinə yol göstərən bir hikmət oldu,
Dünyada mübarək bir dövlət oldu.
Din üçün etdi çox dəlillər icad,
Bu dünya üzünü elədi abad.
Dünyam gəzərkən döndü hər yana,
Elədi çox böyük şəhərlər bina.
Hinddən başlayaraq Yunana qədər -
Hər yerdə tikdirdi böyük şəhərlər.
Səmərqənd şəhrinə o verdi zivər,
Cəndi də tikdirmiş böyük İskəndər.
Həri də yadigar qalmışdır ondan,
Varmıdır belə bir məmləkət quran?
Dərbəndi deyirlər İskəndər qurdu,
Əqliylə o şəhrə böyük səd vurdu.
Bulqar şəhrini o etdi bərqərar,
58
Dostları ilə paylaş: |