|
Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"O şəhrin adıdır əslində Bün-qarBu səhifədəki naviqasiya:
- O şəhrin adıdır əslində Bün-qar 80 . Bağlayıb dağlan biri-birinə, Yəcuc hasannı o çəkdi yenə.
- Dünyaya gəlmədən əvvəl xaçpərəst, Çəkdi bu dünyada xaç kimi bir xətt 81 . Həmin bu dördbucaq ətləsi xətlə
- Ölçməyə başladı əvvəl hər yam. Hər bir məsahətdən, mərhələlərdən Qalmadı bir qanş yer ölçülməyən. Bu işdə hesabsız yerölçən vardı
- Mənzil-mənzil yolu ölçüyə vurdu. Mavi dənizdən də edərkən səfər, Onu da ölçüyə vurdu İskəndər. Dənizdə yol ölçən iki gəmi var
- Ləngərli gəmiyə taxardı ayaq. 59 Gah onu, gah bunu belə sürürdü
- Ölçüyə aldı bu həndəsə ilə. Yerləri, yollan bu İskəndərin Öz tədbir ölçüsü etmişdir təyin. O, rübi-məskunu etdi aşikar
- Dağlara, çöllərə tapdı min çarə, Ölümün əlində qaldı biçarə. Tarixdə nə varsa İskəndər şahdan,- Yalnız bunlar oldu işə yarayan.
- Çünki incəlikdir işim, sənətim, Haqlıyam, bu işdə çıxsa qələtim. Doğm görmədiyim sözlərdən qaçdım, Ondan üz çevirib başqa yol açdım.
- Yazdığım sözlərə verməsəm zivər, Yenilik verməz o köhnə nəğmələr, Qələmə gərəkdir elə söz almaq, Şüurdan, ağıldan olmasın uzaq.
- Nizami, yubanma, yoldaşlar getdi, 60 Sən qaldın, qəm qaldı, sirdaşlar getdi.
- Gəlsələr, nuş olsun, əldə qədəh tut, Nizami, yoxsa bu hesabı unut. BU ƏSƏRİN YAZILMASININ SƏBƏBİ
- Bir mey ver ki, ondan din olmuş tamam. Ey bağban, şənlik qur, qəm-qüssədən qaç, Bağına gül gəldi, dur qapım aç.
- Qönçənin dodağı hələ süd qoxur, Qızılgül ağzından ona ətir vur. Qoy sərvin qaməti göyə yüksəlsin, Qumruya xəbər ver, bahardır, gəlsin.
- Lalənin qəlbində coşan qan artır, Torpaqla ört onu, qamm yaür. Nəstərən saçından ağ tükləri at, Bidmişk kölgəsilə telini qaralt.
O şəhrin adıdır əslində Bün-qar
80
.
Bağlayıb dağlan biri-birinə,
Yəcuc hasannı o çəkdi yenə.
Çox bina salmışdır bunlardan başqa,
Onlan saymaqla çatmaz ki, başa.
Pak olan o vücud, ulu tacidar
Yerləri təqsimə verincə qərar,
Dünyaya gəlmədən əvvəl xaçpərəst,
Çəkdi bu dünyada xaç kimi bir xətt
81
.
Həmin bu dördbucaq ətləsi xətlə
Həndəsi ölçünü keçirdi ələ
82
.
Dörd bucaq üstünə bir də artırdı,
Bu doqquz fələyə, beş növbət vurdu
83
.
Bir mıxı uzanmış Şimali qütbə,
Bir kökü uzanıb getmiş Cənubə.
ipinin bir ucu Məşriqə çatmış,
O biri Məğribə qol-qanad atmış.
Dünyada bu endə, uzunda böylə,
Uca bir barigah kimdə var, söylə.
O gün ki, istədi gəzsin dünyam,
Ölçməyə başladı əvvəl hər yam.
Hər bir məsahətdən, mərhələlərdən
Qalmadı bir qanş yer ölçülməyən.
Bu işdə hesabsız yerölçən vardı,
Yüzlərcə katiblər ölçüb yazardı.
Uzun iplər ilə ölçüldü çöllər,
Hesaba alındı bütün mənzillər.
Aldığı qumda o saray qurdu,
Mənzil-mənzil yolu ölçüyə vurdu.
Mavi dənizdən də edərkən səfər,
Onu da ölçüyə vurdu İskəndər.
Dənizdə yol ölçən iki gəmi var,
Uzun bir ip ilə bağlanmış onlar.
Birisi yerində salardı ləngər,
O biri ip boyu irəli gedər.
Soma yol gedənə ləngər salaraq
Ləngərli gəmiyə taxardı ayaq.
59
Gah onu, gah bunu belə sürürdü,
Qorxmadan dənizi yanb ölçürdü.
Belə bir yol ilə bu mühəndislər
Ölçürdü sahildən sahilə qədər
Dünyadan kədəri şah silə-silə
Ölçüyə aldı bu həndəsə ilə.
Yerləri, yollan bu İskəndərin
Öz tədbir ölçüsü etmişdir təyin.
O, rübi-məskunu etdi aşikar
84
,
Yoxsa bu yerlərə başqa kim çatar?
İskəndər hər yerə aüm çapdı,
O yerlər şənləndi, səadət tapdı.
Dağlara, çöllərə tapdı min çarə,
Ölümün əlində qaldı biçarə.
Tarixdə nə varsa İskəndər şahdan,-
Yalnız bunlar oldu işə yarayan.
Artıq mən nə yazsam bu şən dastanda,
Az-çox, artıq-əskik olacaq onda.
Hər tarix şer ilə alsa yaraşıq,
Şübhəsiz, olacaq bir az dolaşıq.
Çünki incəlikdir işim, sənətim,
Haqlıyam, bu işdə çıxsa qələtim.
Doğm görmədiyim sözlərdən qaçdım,
Ondan üz çevirib başqa yol açdım.
Düzdüm bu tarixdən elə bir dastan,
Könlündə bir sevinc duysun oxuyan.
Çox incəlik gəzsən, axtarsan, yəni
Yalana aparar sözün yüyəni.
Yazdığım sözlərə verməsəm zivər,
Yenilik verməz o köhnə nəğmələr,
Qələmə gərəkdir elə söz almaq,
Şüurdan, ağıldan olmasın uzaq.
Parlaq inci kimi düzülən sözlər
Ağıla sığmazsa yalana bənzər.
Doğruya azacıq bənzəyən yalan
Yaxşıdır yalana bənzər doğradan.
Nizami, yubanma, yoldaşlar getdi,
60
Sən qaldın, qəm qaldı, sirdaşlar getdi.
Yeddi ölkə şahı - getdi İskəndər,
İskəndər qalmadı, qalmaz bir nəfər.
Bu çayın başında tək içmə şərab,
Köhnə dostlarım sən axtarıb tap.
Gəlsələr, nuş olsun, əldə qədəh tut,
Nizami, yoxsa bu hesabı unut.
BU ƏSƏRİN YAZILMASININ
SƏBƏBİ
Aç dehqan küpünü, sən ey saqi, dur,
Badəmə şəkərdən şirin mey doldur.
Vermə o meydan ki, din etmiş haram,
Bir mey ver ki, ondan din olmuş tamam.
Ey bağban, şənlik qur, qəm-qüssədən qaç,
Bağına gül gəldi, dur qapım aç.
Nizami şəhərdən gəlmişdir bağa,
ipəkdən bəzək vur bostana, tağa.
Bənövşə zülfündən bükümləri at,
O sərxoş nərgizi yuxudan oyat.
Qönçənin dodağı hələ süd qoxur,
Qızılgül ağzından ona ətir vur.
Qoy sərvin qaməti göyə yüksəlsin,
Qumruya xəbər ver, bahardır, gəlsin.
Miində ver, nəğməyə başlasın bülbül,
Beşiyində gəldi meyxanaya gül.
Sula çöl-çəməni, uçsun toz, qubar,
Lacivərd rəngim yuduqca parlar.
Lalənin qəlbində coşan qan artır,
Torpaqla ört onu, qamm yaür.
Nəstərən saçından ağ tükləri at,
Bidmişk kölgəsilə telini qaralt.
Gülnar dodağım bulaşdır meyə,
Xeyri gül torpağı zərlə bəzəyə.
Səmənə salam ver ərğəvan güldən,
Suvar bağ-çəməni, canlansın gülşən.
61
Dostları ilə paylaş: |
|
|