igidlər köksündə çırpınan ürək
Dərindən inlədi türkün nayıtək.
Yer dimağındakı odlu zərbələr
Çırağın beynində şöləyə bənzər.
"Çəkil, çəkil” deyə o polad oxlar
Fillərin belində tuturdu qərar.
Hər polad qılıncdan parladı şimşək
Buludlu gecədə axan ulduztək,
Qalxaraq yerindən hər iki ordu
Başqa bir təhrdə yenə səf qurdu.
Sanki iki bulud baş-başa qoşdu,
iki od dənizi köpürdü, coşdu.
Rumlarla zəncilər hərbə girərək
Qarışdı iki rəng alan qabantək.
Quş kimi atların polad nalından
Yer oldu igidlər qamyla əlvan.
Qol qıran oxlann vıyıltısından
Kimsədə nə bədən qalmışdı, nə can.
Qılınc güzgüsündən şəfəqlər axdı,
Bu şəfəq günəşdən daha parlaqdı.
Rumlular elə bir bayraq ucaltdı,
Yerə ox, göylərə kəməndlər atdı.
Cəbhənin qəlbində durmuş İskəndər,
Sağ-solu bəzəkli bir alay əskər.
Qarşıda zəncilər kin ilə durdu,
Çıxardı Bisütun kimi bir ordu.
Qocaman fillərin ağır səfləri
Elə bil uzanır bir dağ kəməri.
Əqiq kimi gözlər, süngü kirpiklər.
Dəmirdi xortumdan quyruğa qədər.
Hər filin belinə taxt qoyulmuş ac,
Üstündə bir zənci, başında bir tac
109
.
Meydanda bir nərə vuranda filə
Atəşi canına salır vəlvələ.
O qədər fil gəldi, dolaraq meydan
Hər tərəf qaraldı fil ayağından.
Fillərin yanınca gedən piyada
87
Hər yerdə yüz fili salırdı bəndə
110
.
Meydanın ayini bitincə, artıq
Ürəkdən silindi sevgi, insanlıq.
Zəracə adlı bir qara pəhləvan
Ortaya atıldı, oxudu meydan.
Fil kimi kükrədi toppuz əlində,
Bir tutar qoymadı fillər belində.
Bir qara ilandı qurddan füsunkar,
Qabarıq, şişkin bir böyük başı var.
Geniş ağzı sanki qara bir qazan,
Baxanın ağanr gözü qorxudan.
Dəmir cövhərindən küpdür bu qaya,
içinə tökülmüş qapqara boya.
Sinəsi bir polad qalxandan qurma,
O div gövdəsini hələ heç sorma.
Gördünmü başında qotaz bir bayraq?
Bu zənci bayrağın eyniydi ancaq.
Mahcası bənzərsə çevrilmiş tasa,
Gözləriydi içi qan dolu kasa.
Zənci çox öyündü: "Mən bir sərkəşəm,
Tüstünün ahında yanan atəşəm.
Polad çeynəyən fil, Zəracə mənəm,
Fillərin belində şərab içənəm.
Qədəhi vurunca sərxoş olaraq
Filləri zərbəmlə edərəm çolaq.
Meydanda əl atsam kəskin qılınca
Dağlan edərəm mən parça-parça.
Qarşıma çıxarsa qızmış bir aslan,
Şimşəkli buludam, qopanam tufan.
Coşarsam, aündan salaram Nili,
Bu rüxüm piyada buraxar fili
111
.
Silahım göyərmiş aslan canından,
Mənim öz vücudum silahdır, inan.
Ürəyim almazdır, vücudum dəmir,
Bu almaz, bu dəmir mənimçün nədir?
Başımı qürurla qaldırsam əgər,
Etmərəm atəşdən, dənizdən həzər.
Yırtaram böyrünü hər pəhləvanın,
88
Bağnm çeynədim kinli düşmamn.
Qan tökmək peşəmdir, əndər bədənəm.
Tək qatil deyiləm, adamyeyənəm,
Dünyada kimsədən utanmaram mən,
Utanmaq nə gərək hərbə girərkən?
igidi hünərdən qoyar utanmaq,
Eşşəyi ram edən palandır ancaq.
Hər zənci mən kimi güldüyü zaman
Gülər almaz dişli qara bir aslan”.
Rəcəzi bitincə tərpəndi duman,
Xəznədə qıvrıldı sanki bir ilan
112
.
Rumlardan bir igid girişdi işə,
Özünü birinci atdı atəşə.
Ürəyi çırpındı od söndürməyə,
Döndü atəş görən bir pərvanəyə.
O sınaqlı zənci bir hərbə ilə
Başım qopardı zərbə ilə.
Başqa bir pəhləvan çıxdı savaşa,
Bu dövran onu da vurdu bir daşa.
Beləcə ramlardan yetmiş pəhləvan
Zəracə əlində keçdi qılıncdan.
Kimsədə qalmadı cəsarət, hünər,
O qızmış zənciyə olsun bərabər,
Yerindən oynayıb dərdə düşdü Rum,
Sanki qızğın kürə əridirdi mum.
Ordunu əzincə qara pəhləvan
Rumlardan olmadı qarşıya çıxan.
O fələk şövkətli, igidlər yenən
Mərkəzdən ox kimi aüldı birdən.
Döyüşçün vücudu yarağa batdı,
Zənci öldürməyə süngü oynatdı.
Belində gövhərlə bəzənmiş kəmər,
Başında polad bir qalxan - cilvəgər.
Əynində zirehi mavi, qıvırcıq,
Düyümü zəncinin saçından artıq.
89
Dostları ilə paylaş: |