Dəhşətli bir qorxu çökdü divlərə.
Toz, torpaq boğurdu saf boğazlan,
Qorxudan bənizlər oldu sapsan.
Qılıncdan, toppuzdan, süngüdən, oxdan
Sülh aradan çıxıb getmişdi çoxdan.
Polad qalxanlann toqquşmasından
Göylərə çökmüşdü qorxu, həyəcan.
Torpağın beynini yerdən oynatdı,
Yer dağın məğzim başından atdı.
Nağara gurlayır ildınm kimi,
Qalalar uçulur sıldınm kimi.
Uzağa səs salır naylar, elə bil
Məhşərdir, çalınır suri-Israfil.
Yer zindan olunca gürzə, əmuda,
Köhüldən toz kimi uçdu buluda.
O polad dimdikli uçan oxlardan
Daşlann bağnna düyümlədi qan.
Kirpikdən ox aür əyriqaş kaman,
Zireh məməsindən süd sağır hər an.
Kəməndlər qıvnlır düyümlənərək,
Sarılır boyuna qara ilantək.
Hindli bir oyunçu kimi qılınclar
Havada oynayıb mayallaq vurar.
Süngülərdən çıxan o mövzun səsə
Atlar da uyaraq gəlmişdi rəqsə.
An nəştəritək dəmir oxlardan
Daşlann üzündən axırdı al qan.
Yerlər xəstələndi yaralılardan,
Yorğun ahlar saçdı göylərə duman.
Lacivərd rəngində olan bir dağtək
Şah verdi cəbhənin qəlbinə bəzək.
O qılınc oynadan sərt qulaq zəngi
Bağırdı, elə bil zəncinin zəngi,
Kin dodaqlannda köpüklənərək
Ağzım açmışdı bağa tasıtək.
Canlanan mərkəzlər qalxdı ayağa,
Durdular meydanda at oynatmağa.
93
Hünər göstərməyə coşarkən mənlik
Baş verdi zirəklik, dəlilik, şənlik.
Rumlan yanşda yendi zəncilər,
Bunlar çox müdhişdi, onlar çox dilbər.
İskəndər danldı bu qorxunc işə,
"incələr yaramaz qızğın döyüşə”.
Düşündü: "Mən özüm olaram aslan,
Ayırram özümü bu qorxaqlardan,
indi ki, qorxmuşdur qoşunun qəlbi,
Mən özüm aparam gərək bu hərbi".
Dan yeri ağardı, şəfəq söküncə
Sürətlə çəkildi qaranlıq gecə.
Şahın zərbəsiylə bir neçə qara
It kimi gəbərdi alınca yara.
Şahın hünərim belə görənlər
Kəskin qılıncından etdilər həzər.
Meydanda özünü şah yalqız gördü,
Aüm düşmənin qəlbinə sürdü.
Bu dünya Pələngər şaha oldu təng,
Düşündü: "Dənizdən çıxmış bu nəhəng".
Öz adamlarına dedi: "Bu şikar
Toruma düşərsə, qurtuluşmu var?"
Şahanə bir silah tərtib elədi,
Qılıncla qalxam tərkib elədi.
Kərgədan gönündən geyindi köynək,
Qızıldan vurulmuş ona çox bəzək.
Güzgü, ya xam gümüş kimi parladı,
Başında poladdan dəbilqə vardı.
Qılıncı maralın gözütək parlar,
Qarınca qanadı kimi cövhərdar.
Aüldı, cür ətlə girdi meydana,
Ürəklə kim hücum edər aslana?
Bağırdı: "Ey şikar arayan aslan,
Özünə güvənmə, oxuma meydan.
Getmə, gəl vuruşaq, görək kim kimi
Meydanda basacaq bir aslan kimi?
Görərsən kimdədir ucalıq, zəfər,
94
Kimə yar olacaq səadət, hünər?..”
Zəncinin sözündən coşdu İskəndər,
Qan vurdu başına, qovruldu ciyər.
Qarşıda kin ilə coşarkən düşman
Rəqibin qəlbində cuşə gəldi qan.
İskəndər bağırdı: "Güvənmə boş-boş,
igidlər önündə öyünmə, sərxoş!
Söz açma mənə bu qəhrəmanlıqdan,
Kölgəsindən qorxan, ey sərsəm, nadan!
Qorx aslan yenəndən aslansan əgər,
igidlər yenənə göstərmə hünər.
Tərpədə bilməsən ağır gövdəm,
Məhvinə çalışmaq məhv edər səni!
Aslanın böyrünə əl çəkmək üçün
Üstün olmalıdır aslana gücün.
Şahinlik göstərən, ey zəif sərçə,
Özünü məhv üçün işlətmə pəncə!
Xoşdur, gəl dolaşaq, məhəkdir meydan,
Kimdədir üstünlük, edək imtahan!
igidlər yenənə bu tənə əbəs,
Yemlər hər zaman tənə vuran kəs."
Padşahın sözündən o kükrəyərək
Yerindən tərpəndi qara tüstütək.
Şahın üzərinə qılıncı çəkdi,
Buluda ildınm nə edəcəkdi?
Padşahın tükləri qılınca döndü,
O çirkin simadan qəlbi döyündü.
Acıqla bir qılınc vurdu İskəndər,
O polad qalxana etmədi əsər.
Çox süngü oynatdı şah ilə qara,
Süngüdən heç biri almadı yara.
Qaranlıq çöküncə, çəkilincə gün
Döyüşdə heç biri olmadı üstün.
Zənci bu döyüşdən danldı ona,
Dedi: "Gün çəkildi dağın ardına,
Davam tərk edək, gecədir daha,
Bu qanlı vədəmiz qalsın sabaha.
95
Elə ki, ağarar qaranlıq gecə,
Dan atıb günəşli səhər gəlincə,
Oxuyum sənə mən elə bir meydan,
ilan yuvasım satın alasan.
Bu şərtlə: ordunu çəkərkən səhər
Qarşımda ol səhər kimi cilvəgər."
Bu sözlər bitincə döndü cəbhədən,
Şah dedi: "Razıyam bu şərtlərə mən.”
Razılıq verincə qısa möhlətə,
Meydandan döndülər istirahətə.
İSKƏNDƏRİN ZƏNGİBAR ŞAHINI
MƏĞLUB ETMƏSİ
Elə ki, dan atdı, o parlaq günəş
Dənizin suyundan qaldırdı atəş.
Meydanda ram, zənci təbil döyərək,
Ağ, qara qarışdı şətrənc zəritək.
Qırqovul rumlular, qarğa zəncilər
Tərlamn iki rəng köksünə bənzər.
Zəncilər gecəydi, rumlular çıraq,
Rumlular qarğamn gözüydü ancaq
118
.
Bir qara buluda büründü cahan,
Gözündən axıtdı dənizlərə qan.
Başlardan aşan bir daşqın sel oldu,
Biri susuz qaldı, biri boğuldu.
İskəndər meydanda bir at oynatdı,
Ox kimi düşmənin gözünə batdı.
Qızışdı cəbhədə döyüş bazan,
Qalxdı asimana yerin tozlan.
Geydi xam ipəkdən dar gözlü kaftan,
Özünü qorudu oxdan, qılıncdan.
Ən parlaq bir zireh geyindi göz-göz,
Çeşmətək qamaşır ona baxan göz.
Bir süngü götürdü düz otuz qulac,
Varlığı ciyərin qamna möhtac.
96
Dostları ilə paylaş: |