Aslan qulağına düyün vurardı.
Əlində nə qədər süst olsa kaman,
Bir oxa bir nəfər edərdi qurban.
Maral, ceyran ovlar həddindən kənar,
Ovlaqda aslanı edərdi şikar.
Hər mərdə, igidə o üstün gəldi,
Bilici kəslərdən daha yüksəldi.
Xətti, gül üzünə xoş qələm vurdu,
Rəna bir mükşdən xoş cədvəl qurdu.
O müşkin cədvəli xəttinə fələk
Həbəş savadından vurmuşdu bəzək.
Gördü ki, əlində acizdir cahan,
Cahangir olmağa oxudu meydan.
Ağılı, qüvvəti güldü baxtına,
Bunlarla oturdu şahlıq taxtına.
Hər işdə istərkən qazansın şöhrət,
Fələk də qoluna verərdi qüvvət.
O yaşıl sərv ilə Rumun torpağı
Reyhantək bəzədi, şənləndi bağı
96
.
Hər evdə bir surət çəkildi ondan,
Hər ölkə adma düzdü bir dastan.
Gah açdı sirrini əncümənlərdə,
Gah ulduz sirrindən götürdü pərdə.
Gizlində bilənlər yoluyla getdi,
Zahirdə gənclərlə içib keyf etdi,
insanın fikrinə sığmayan qədər
Hamıya yaxşılıq etdi İskəndər.
Kimsənin qəlbim o incitməzdi,
Ədalət xəttindən uzaq getməzdi.
Bütün tacirlərdən o, bac almadı,
Ölkədə kimsədən xərac almadı.
Dehqan vergisinə çəkərək qələm,
Sərmayəsizlərdən almadı dirhəm.
Zər saçdı hər yeri abad edərək,
Qırdı tikanlan, əkdi gül-çiçək.
74
Ələnə keçirdi bütün dünyanı,
Ətri tutdu Misri, Həbəşistanı,
iki açıq əli günəşə bənzər.
Biri qılınc vurar, biri tac verər,
iki gözlü gərək bütün çəkilər,
Birində daş olar, birində gövhər.
Hər işdə taleyə rəğbət göstərir,
Qızılla qızıldır, dəmirlə dəmir.
Ədli, səxavəti cahanı sardı,
Hər kəs Rum mülkünə həsəd apardı.
Ərəstu vəzirdi uca dərgaha,
Hər yaxşı-yamanda məhrəmdi şaha.
Tökdü İskəndərə hər işdə tədbir,
Az zaman keçmədən oldu cahangir.
Elə padşahla, belə vəzirlə
Bu dünya intizam almazmı belə?
Dünyam fəth etdi bacarıq, hikmət,
Vəzirin rəyindən qazandı şövkət.
Məlikşah da, Mahmud da Nuşirəvan,
Dünya şahlarından bac-xərac alan,
Öz vəzirlərindən öyüd aldılar,
Onunla dünyaya zəfər çaldılar.
Bizim şahımız da düşmənə bu gün
Vəzirin rəyilə olmuşdur üstün.
Bizim ayağımız süst olsa hərgah,
Zərər yox, ancaq ki, süst olmasın şah.
Padşahın ayağı sürüşsə artıq,
Çıxar məmləkətdə bir qarışıqlıq.
Yaman göz şah ilə başlarsa oyun
Divlər fitnə ilə olar qolboyun.
Dünya bir məzlumdur, şah dada çatan,
Məzlum bir adilə möhtacdır hər an.
Dünyaya sultandır, işıqlı çıraq,
Yaman nəzərlərdən olsun o uzaq.
75
z ə n c i q o ş u n u n u n g ə l m ə s i n d ə n
İSKƏNDƏRİN XƏBƏRDAR OLMASI
Ey saqi, ver könül açan bir şərbət,
Dərdim var, getdikcə etmədə şiddət.
Olsun bu ürəyim o şərbətlə şad,
Məni dərd-qəmdən eyləsin azad.
Gəldi qurd ağzından sübhün nəfəsi,
Keşikçi itinin kəsildi səsi
97
.
Xoruzlar çırpındı, çaldı qol-qanad,
Təbillər səsindən canlandı həyat.
O dadlı yuxudan oyandım yenə,
Sarıldım cavahir düzmək fikrinə.
Cavahir istəyən qazar mədəni,
Gövhər ümidilə sökər bədəni.
Bir ləli zəhmətlə gətirər ələ,
Çarpışar daşlann daş ürəyilə.
Nə sandın, ey asan eşidən insan,
Dinlənilməz zəngin kəlmələr asan.
Bağda çox olsaydı əncir yeyən quş,
Ağaclar əncirdən qalardı bomboş.
Bu ipək pərdəm nəqş edən insan
Belə nəql etmişdir öz ustadından:
Elə ki, fələyin çırağı səhər
Dünyam nuriylə etdi münəwər,
Günəş əlvan şəfəq saçdı hər yana,
Gəlintək oturdu qızıl taxtına.
İskəndər qədimki ayində durdu,
Eyvanda şövkətli bir məclis qurdu.
Qol-qola tutaraq gözəl qulamlar
Taxümn yanında tutdular qərar.
Gah Kəyan adma qaldınr qədəh,
Gah gövhər saçaraq edirdi fərəh.
Bir nur çeşməsiydi, oturmuşdu şən,
Aman səsi gəldi uzaq ellərdən.
76
Məclisdə padşaha etdilər məlum:
"Amana gəlmişdir bir yığın məzlum.
Kömək istəyirlər Rum sultanından,
Deyirlər: Misrə çox dar oldu cahan.
Zəncilər axınla gəlmiş bu səfər,
Dolaşmaq çətindir, tutmayır çöllər.
Ordularla dolmuş bu böyük cahan,
Çöllərdə hakimdir qorxu, həyəcan.
Hamısı çöllüdür, qatrandan qara,
Çöllərin otu da çatmaz onlara.
Uşaq təbiətli hər yaşlı kosa
Şən həyat keçirir çirkin də olsa.
Nə bir utancaq üzləri vardır,
Nə də sevgi saçan gözləri vardır.
Bunlar insan yeyər, ilantək sancar,
Misrin buna qarşı nə qüvvəti var?
Köməyə çatmazsa böyük tacidar,
Qarətə gedəcək o zəngin diyar.
Misir, Rum, Əfrəncə olar tarmar,
Mum kimi əriyər o odlu dağlar.
Bu haqsız axından pərakəndəyik,
Şah, fərman sizindir, bizlər bəndəyik."
O dinin pənahı, adil hökmdar
Bildi ki, Zəncidə hədsiz qoşun var.
O hədsiz ordudan qorxdu hökmüran,
Qorxusuz olurmu ağıllı insan?
İskəndər vəziri tez dəvət etdi.
Onunla ətraflı məsləhət etdi.
Ağıllı, bilikli, hünərli vəzir
Müzəffər olmağa tökdü bir tədbir:
"Qalx, - dedi, - bəxtim sına, zamandır,
Belə ə-bdaham məhv etmək şandır.
Zəfərlər yaratsa ordunun əh,
Daha möhkəm olur şahlıq təməli.
Misir də, Zənci də olur sənə ram,
Mərdlikdə alarsan yemiməz bir nam.
Ölkədən silinsə azğın düşmənlər,
77
Dostları ilə paylaş: |