Çatmışdır əlinə böyük məmləkət,
Şükr elə, yetməzmi bu qədər dövlət?
Zamanın meylim gəl dolandırma,
Bu fikrə qələm çək, su bulandırma,
istəmə verilməz şeyi, padişah!
Rəftar et, necə ki, edir iki şah”.
Qasid eşidincə bu sərt xəbəri
Zehnindən silindi bütün sözləri.
Dərgaha üz qoydu dərdlə, möhnətlə.
Atəşli şimşəkdən daha sürətlə.
Elə ki, açıldı qasidin dili,
ikiqat büküldü o sərvin beli.
Bu ağır cavabı eşitdi Dara,
Bağnm dəldi ən kinli bir yara.
"Kimdir o sikkəsiz, cəsarət etsin,
Dara sikkəsilə rəqabət etsin?"
Kinindən o andı bir neçə dastan,
Saraldı eşidən kəslər qorxudan.
Zəhərli gülüşlə dolaraq kinə,
Dedi: "Bax bu azğın çərxin işinə,
Bu zülüm deyilmi edir fələklər?
Daraya kükrəyir miskin İskəndər.
Qaf dağı olsa da, gözünü silsin,
O kimdir mənimlə çarpışa bilsin?
Bir tərlan yanında bir çibin nədir?
Coşqun bir dənizdən kiçik qətrədir."
Başqa bir qasidi göndərdi Dara,
Kin ilə gözünü dikdi yollara.
Qasidə tapşırdı bir top, bir çövkan,
Bir çuval küncüd də verdi ərməğan
126
.
Hədiyyə sirrim öyrətdi ona,
Sevindi qurduğu incə oyuna.
Daranın verdiyi tapşırıqları
Bilərək, üz qoydu Yunana san.
İskəndər qəsrinə basınca ayaq
Atəşdə mum kimi şölə saçaraq,
Ədəblə qeysərə baş əydi öncə.
118
Pərəstiş və ayin başa gəlincə
Söz düyümlərini sürətlə üzdü,
Söylənən sözlərdən bir inci düzdü:
"Canlara hakimdir fərman verənlər,
Buyruq qullarıdır göndərilənlər.
Şövkətli padişah versə hər əmr,
itaət eyləmək bir vəzifədir".
İskəndər bildi ki, bu üzr istəyən
Ağır bir fərmanla gəlmiş yerindən.
Acıqlı gülərək dedi: "Ərz qıl!"
Qasidin dilindən açıldı qıfıl.
Qasidin Daradan gətirdiyi mal
İskəndər önündə qoyuldu dərhal.
Elə ki, mətahı ortaya saçdı,
Daranın əmrindən qasid söz açdı.
Başladı çövkandan, topdan əvvəlcə:
"Uşaqsan, sənə top olsun əyləncə,
istəyin mənimlə çarpışmaq olsa,
Qəlbinə boş yerə sıxıntı dolsa, -
Küncüdü saraya səpərək durdu, -
Qarşına çıxarram bundan çox ordu".
Dünyam sarsıdan böyük İskəndər
Gördü bu fallarda şanlı bir zəfər.
Bir məsəl çəkdi ki, qaçdığı zaman
Hər şeyi qarşıma çəkər bu çövkan.
Onunçun göndərmiş Dara çövkanı
Özümə çəkim bu köhnə dünyam.
Yuvarlaq bu topu hər heyətşünas
Yerin kürəsiylə eyləmiş qiyas.
Şəhriyar onunçun göndərmiş bunu,
Çövkanla qazanım onun topunu.
Daranın fikrim bilincə salar
Kinini küncüddə etdi aşikar.
Küncüdü dağıtdı evə, eşiyə,
Quşları səslədi, dənləsin deyə.
Darıya daraşdı saray quşlan,
Qalmadı bu yerdə bir dənə dan.
119
Bu cavabda elə qəti məna var,
Küncüdün yağım sıxıb çıxarar.
Küncüddən çox olsa Dara qoşunu,
Mənim də quşlarım dənləyər onu.
Üzərlik doldurdu kiçik çuvala,
Qasidə verincə dedi: "Çıx yola
127
.
Dara küncüd qədər çıxarsa ordu,
Mənim də ordumun qədəri, bax, bu!"
Qasid İskəndərdən eşidib bunu,
Yüklədi ulağa ağır yükünü-
Daraya Yunandan gətirdi cavab,
Bu ağır cavaba kim gətirər tab?
Daranın cavabdan qızardı gözü,
Çünki çox güclüydü düşmənin sözü.
Ədavət bağladı hiddətlənərək,
iranın xalqından istədi kömək:
Çin, Xorəzm, Ğəzneyn, Qur mahallarından,
Yer dəmir kəsildi heyvan nalından.
Bir ordu düzəltdi Qaf dağı qədər,
Hamısı daş, dəmir çeynəyən əndər.
Bu böyük orduya san verən zaman,
San verən qalmışdı bu işdə heyran.
Döyüşkən ərlər ki, at oynadırdı,
Təxminən doqquz yüz minə çatırdı.
Böyük şəhriyarın böyük ordusu
Bir coşğun dənizdi, yoxdu qorxusu.
Kin ilə Yunana doğru yol açdı,
Keçdiyi yerlərdə bayquş ulaşdı.
Axdı dəniz kimi Ermənistana,
Gülək də çatmadı onun tozuna.
Ölkələr aşırdı Yunana qədər,
Qumlar titrədi, coşdu dənizlər.
O dikbaş atlann polad nalından
Çöllərdə otlardan qalmadı nişan.
Günəş də düşsəydi şahın ardına
Qalardı gəzdiyi yerlər virana.
120
Dostları ilə paylaş: |