Şah düşüb heyrətə, aradı tədbir:
"Quşların başında bu sövda nədir?”
Birini fal vurdu uca adına,
Bəxtinin falını bağladı ona.
O biri kəkliyə ad qoydu Dara,
Nəticə almaqçın baxdı onlara.
Quşların vuruşu elədi şiddət,
Kin ilə çarpışdı uzun bir müddət.
İskəndər falım daşıyan kəklik
Daram enərək göstərdi mərdlik.
İskəndər görüncə belə şən halı,
Zəfərə yozdu bu uğurlu falı.
Qalib kəklik qanad çaldı xuraman,
Əzilən kəkliyin uçdu yanından,
Qayaya qonmağa tapmamış macal
Kəkliyin üstünü aldı bir qartal.
Üzərək başım öldürdü quşu,
Pərişan oldu şah, dağıldı huşu.
Fal olan kəkliyin şən uçmasından
Qəlbindən silindi qorxu və duman.
Bildi ki, taleyi ona yar olar,
Daram əzərək bəxtiyar olar.
Lakin bəxtəvərlik çox uzun sürməz,
O da bu dövrandan bir vəfa görməz.
Eşitdim, o yerdə uca dağ vardı,
Onda göy şövkətli qövsi tağ vardı.
O dağdan hər kimsə bir dilək istər,
Sirrindən haman dağ verərdi xəbər.
O sirli qayadan ucalar bir səs,
Sanki öz bəxtilə görüşər hər kəs.
Bilici bir kəsə dedi hökmüran:
Bir xəbər soruşsan o uca dağdan.
Nə qədər qan axar - soruşsun onu,
Nə olur padşahın bəxtinin sonu.
O dağdan soruşdu fal üçün gedən:
"Nə olur nəticə, bir xəbər ver sən
Dünyam alacaq böyük İskəndər?
108
Daram əzərək çalacaq zəfər?”
Səsləndi əsrarlı qaya aşikar,
Söylənən sözləri eylədi təkrar.
O faldan qeysərin coşdu ürəyi,
Fal onun dağ kimi oldu köməyi.
Kədəri silindi, çox şən göründü,
O dağdan, təpədən saraya döndü.
Çəmən ortasında uca sərvtək
Oturdu məclisdə tədbir tökərək.
Gələcək işindən söz açdı qeysər,
Sülhmü ya savaşmı çox fayda verər?
"Dünyalar pənahı olsa pənahım
Fələyə ucalar qızıl külahım.
Bu sələm yeyənə xəracmı vermək?
Alçaqlıq deyilmi bu iş, nə demək!
Daraya nə üçün getsin xəracım?
Ovdan əskikmidir, xəzinəm, tacım?
Onda tac, məndə də kəskin qılınc var,
Qılıncla alınır bütün bu taclar.
Üstümə gətirsə qoşun hər yandan,
Mənə də köməkdir o böyük yəzdan.
Tanrının köməyi mənə təsəlli,
Ordumsa həmrəydir, hər kəsə bəlli.
Birlikdən yaranıb zəfər döyüşdə,
Dostların birliyi gərək bu işdə,
iki qəlb bir olsa dağı parçalar,
Böyük bir kütləm edər tarmar.
Bəxtimin gücüylə qərar verdim mən,
Təxt alım, tac alım zalim düşməndən.
Daraya əlaltı olmaq nə demək?
Nə üçün Daraya xərac göndərmək?
igidlər, söyləyin, fikriniz nədir?
Bu döyüş haqqında göstərin tədbir.
Daramı haqlıdır, söyləyin, artıq?
Şərh edin, vardırsa burda qaranlıq!"
Bu işin sonunu duyan hər nəfər
Yemdən baş əyib şaha dedilər:
109
"Nə qədər seyr edir ulduzlar, göylər,
Onlarla həmahəng olur dörd gövhər,
Vücudun dünyaya olsun bir çıraq,
Olsun şahın üzü aydan da parlaq.
Səndədir biliyin qüvvəti, səndə,
Xilqətin bəxtiyar şövkəti səndə.
Hara sahib olsan sən, ey tacidar,
Saçdığın toxumlar versin gözəl bar.
indi ki, istərsən bizdən məsləhət,
Biz yeri gəldikcə verərik əlbət.
Şübhəsiz, çarpışma olacaq tez-gec,
Ancaq bu döyüşdə tələsmə sən heç.
Sən otur, qoy Dara hərb açsın sana,
Qılıncın o zaman qalxsın düşmana.
Sənə ancaq qılınc oynatmaq yetər,
Düşmənin qılıncı və başı gedər.
Bir maral aslanla çıxdı meydana,
Özü yer təmizlər zəif qurbana,
işrətdir Daranın işi, oyunu,
Üstünə gəlməkdə qan çəkir onu.
Ordu bəsləməkdə artıqsan ondan,
Zəifdən alınır xərac hər zaman.
Sənin şəbxununu zəncilər bilir,
Onun seyrəngahı hərəmxanədir.
O bir kin bəsləyir, sən din bəslərsən,
Sən bir firiştəsən, o bir Əhrimən.
Sən qılınc vuransan, o qədəh tutan,
O taxt üstündədir, sən bir atlısan.
Sən qüvvət ölçənsən, o qızıl çəkən,
Sən adil, o isə zalım, qan tökən.
O şaşqın sərxoşdur, sən isə ayıq,
O yamanlıq edər, sən hey yaxşılıq.
Arasan ölkəni, bütün ordunu,
Bir nəfər tapılmaz ki, sevsin onu.
Etdiyi zülümlər hey yana-yana
Bir qıtlıq salacaq öz bazanna.
Səndəki nəvaziş, uca tərbiyə
110
Dostları ilə paylaş: |