Orduya igidlik yaraşır. Qoca
Sülhə bir yol arar döyüş qızınca.
Hər söz öz-yerində olur çox gözəl,
Çünki nar bar verməz vaxündan əwəl.
Hər vaxtsız banlayan xoruzun gərək
Durmadan başım bıçaqla kəsmək.
Dilini bağla ki, əldə qalsın baş,
Dil qum olarsa, boğaz olmaz yaş
134
.
Qan ilə islanmış dilsiz bir başdan,
Şübhə yox, yaxşıdır başsız bir insan
135
.
Dilini ağzında saxla daima,
Yersiz heç bir zaman nəfəs çıxarma.
Dil dimaq evində otursun gərək,
Bəxtiyar yaşasın, gülsün hər dilək.
Düzlükdə ad almış çəkinin dili,
Milindən bir yana əyilməz beli.
Milindən azacıq aşağı ensə,
Enər baş aşağı bir az tərpənsə.
Elə söz vardır ki, yaramaz demək,
Başqa bir dil ilə söyləmək gərək.
Onu incə-incə söylərkən bir-bir
Ondan hər eşidən alar bir təsir.
Xüsusən şahlara sözü yonaraq,
Ölçərək deməli, həm də çox yumşaq”.
Daranın acığı edincə tüğyan,
Qoca üzr istədi, oldu peşiman.
Padşahlar işində qaynaşır qorxu,
Kimsənin şahlarla tutmaz dostluğu.
Kini cuşa gəlsə, acıqlansa şah,
Rəhm etməz, oğlu da olsa o hərgah.
Padşahın tinəti atəşdir, ancaq
Yanğına yaxşıdır uzaqdan baxmaq.
Padşaha o zaman öyüd bar verər,
Yolunu qürurdan, kindən təmizlər.
Padşaha nəsihət verən bir insan,
Toxumu şor yerdə səpmiş o nadan.
Daraya dəyərli nəsihət verən
132
Bildi ki, şah qızmış nəsihətindən.
Sözünə başqa bir cərəyan verdi,
Dadlı bir dil ilə şahı dindirdi:
"Şübhə yox, dünyada bir sənsən Dara,
Düşmənin nəyi var, səndədir dara!
İskəndər kimdir ki, atım çapsın,
Daranın başından külahı qapsın?
Sənə bu külahı tikmiş yaradan,
Ulduzdur sənə bu çırağı yaxan.
Dağın qapısına çıxarsa kəsək
Daş ilə əzilər qum torpaqtək.
Atsa qabaq kolu uca qol-qanad,
Çinara tay ola bilərmi, heyhat!
Qabaq suyu içib doyduğu zaman
Kəndirlə aşağı enər ağacdan.
O da bir qabaqdır başı ucalmış,
Boynuna otlardan bir kəndir salmış.
Otlardan toxunmuş ip də qınlar,
Dolçası qınlıb quyuda qalar.
Günəş məşəlindən işıqlansa bağ
Pərvanə yerinə can verər çıraq.
Aciz, topal tülkü döyüş günündə
Nə iş görə bilər aslan önündə?
Qaşında düyümü iki yana vur,
Kamanın düyümü yanlardan xoşdur.
Dünyam tədbirlə əlinə gətir,
Bu işdə tələsmək nəyə gərəkdir?
Bir çıraq salmazsa qızğın alovlar,
Nə özü, nə də ki, pərvanə yanar.
Od təndir içində, xəmirsə gəlmiş,
Çörəkdən ağıza çox yol deyilmiş.
Hər bəndin açan səbrdir, inan.
Səbrli kimsələr olmaz peşiman.
Ziyandır uduzmaq belə şahmatı,
Çapdırmaq nə gərək "fil" ilə "atı".
Mizraba barmaqlar hələ yatmadan.
Çox çalğı qınlmış ağır yaradan.
133
Sən şahsan, səndədir şövkət, təmtəraq,
Belə bir hesabı kimdən aramaq?
Daraya hörmətçin qoca pəhləvan
Söylədi bir neçə dəyərli dastan.
Daranın ürəyi, beyni atəşdi,
Bu dadlı söhbətlər gözündə heçdi.
Acığı, atəşi sönmədi yenə,
Od vurmaq istədi sözün məğzinə.
Dara katibinə əmr etdi belə:
"Müşk ilə ipəyi, durma, al ələ”.
Katibi sür ətlə qələm götürdü,
Dara deyənləri yazıb bitirdi.
O, şəvə qələmi oynatdı şən-şən,
Manini, "Ərr>əng"i saldı qiymətdən.
Bir məktub yazdı ki, olduqca dilbər,
Məzmunu cənnətin bağçası qədər.
Sözləri polad bir qılıncdan kəskin,
Lisanı, üslubu incə və mətin.
Katib o qiymətli məktubu yazdı,
Dara imza atdı, möhrünü basdı.
Daradan şahlara məktub aparan
Oldu İskəndərin yanına rəvan.
Məktubu verincə, açdı sür ətlə,
Katibə oxutdu başqa diqqətlə.
DARANIN ISKƏNDƏRƏ MƏKTUBU
"insanı biliklə daim ucaldan
Ən adil, ən böyük tanrı adından.
Elə bir tanrı ki, əl tutar, bəslər,
Tək ona sığmar çarəsiz kəslər,
işıqlı ulduzu göydə parladır,
Bu qara torpaqdan insan yaradır.
Hər işdə bilikli, güclü, bacaran,
Müstəhəqq olanın keçir suçundan.
134
Hər ruha ondadır hərarət, işıq,
Hər əqlə o verir qüvvət, yaraşıq.
Birinə dövranı tutur elə təng,
Təknədə tapmayır bir parça çörək.
Birinə dağ kimi xəzinə verər,
Çəkidə dağ olmaz ona bərabər,
Nə yoxsul suçundan çəkmiş bir ziyan,
Nə hünər göstərmiş xəzinə tapan.
Nə istərsə onun əlindən gəlir,
Yaratmaq, öldürmək onunçun birdir.
Hökmündən olurmu qurtarmaq yaxa?
Bir hakim tapılmaz ona tay çıxa.
Olsun haqq salamı elə bəndəyə
Acizlik göstərir aciz kimsəyə.
Nə fayda nakəsə demək afərin,
Sanar afərini böyük bir nifrin.
Düşmənin olsa qan içən zülmkar,
Nəzakət göstərsən acizlik sanar.
Xoş məsəl vurmuşdur igid bir kimsə:
"Əlaltı olma bir əlahı şəxsə.”
Sən, ey xam fikirli, sınaqsız uşaq,
Aslanla çarpışma, inadı burax,
Mənimlə döyüşdə zor pəncən ham?
Köməyin, qoşunun, sərkərdən ham?
Səndə əqrəb, ilan xasiyyəti var,
Nəhənglə döyüşə yoxsa kim çıxar?
Əndaha qılıncım məhv edər səni,
Gəl burax bu ilan təbiətim!
Üstünə qılıncla kükrəsəm, yəqin,
Ya ölüm, ya qaçmaq olar qismətin.
And olsun atəşə, "Avest"ə, "Zənd"ə,
And olsun günəşə, göy çəmbərində,
And olsun yəzdana, uca behiştə,
Əhrimən düşməm olan Zərdüştə.
Rumdan və Yunandan qoymaram əsər,
Başına yağdırram ətəş, müxtəsər.
Rumlular sərasər geysə də dəmir,
135
Dostları ilə paylaş: |