Bağdadda və Rumda nəfis görünən,
Hər çeşid qiymətli o geyimlərdən,
Verdi Çin şahma elə bir dəsgah.
Onu görməmişdi heç bir padişah.
Şahanə bəxşişlər doyurdu Çini,
Çinlinin almndan açıldı çini.
Qalmadı o böyük Çində bir nəfər
Geyməsin xəz, atlaz, zərif geyimlər.
Etdi İskəndərin gördüyü bu iş
O dargözlülərin qaşım geniş.
Şahın kip qaşıtək dostluq bərkişdi,
İskəndər başına hamı and içdi.
XAQANIN İSKƏNDƏRİ QONAQ
ETMƏSİ
Gəl məni azad et, saqi, "yox demə!
Qədəhdən göz yaşı tök ətəyimə.
Bir mey ver ki, olsun saf şirə kimi.
Yusun hər çirkabdan bu ətəyimi.
Çapqınlıq etmə, ey Çin üzlü gözəl.
Bir saat qaşına çin gətirmə, gəl!
Qeydimə qal mənim, qəlbimi şad et,
Qüssədən bir günlük məni azad et!
Xaqamn gəliri keçsə də ələ.
Sel kimi axıtma, yağıştək xərclə.
Malından bir az ye, bir az ver, ancaq
Başqalar üçün də azacıq burax.
Yemə var-yoxunu, çox yaşayarsan,
Yoxsulluq yamandır qocalan zaman.
Xərclə, ye, bərk tutma köhnə dünyam,
Xəsislik, ac qalmaq məhv edər cam.
Dağıtma əlində var isə sərvət.
Bihudə yeməkdən çəkərsən zəhmət.
Xərclərkən ölçüdən gəl götürmə əl.
309
Nə artıq nə əskik - ortadır gözəl,
Sapım yoğun olsa incə iynədən.
Çox iynə gözünü kor edəcəksən.
Yazdığım tarixin nəqqaşı yenə
Bu naxşı vurmuşdur Çin ipəyinə:
Hər yerdə səs çıxdı: böyük İskəndər
Çin ətəklərinə səpdi dürr, gövhər.
Bu idi xaqanın fikri, həvəsi,
Versin İskəndərə ayaq kirəsi.
Açsın bir şahanə ziyafət ona,
Zər töksün atımn ayaqlarına.
Özünün adma, sanına görə.
Şahinə hədiyyə çəksin hüzurə.
Şahın bəxti kimi olduqca parlaq,
Bir gözəl gün seçdi, qurdu təmtaraq.
Bir məclis bəzədi cənnətdən də şən.
Şirəni axıtdı aslan dişindən.
Meyvədən, meydən, həm balıqdan, quşdan
Elə bir qonaqlıq düzəltdi xaqan,
Dünyada nə qədər gözəl nemət var,
Basmışdı bağnna qızıl xonçalar.
Çin xuruşlanndan başqa, al-əlvan.
Mislini cənnətdə görməmiş bağban.
Ləzzətli halvalar hazır olmuşdu,
içi qənd, badamla doldurulmuşdu.
Elə qablar vardı, gəzib arayan
Dünyada birini tapmazdı ondan.
O qədər cavahir gəlmiş ortaya
Ki, sərraf bir ilə almazdı saya.
Həşəmətli şahın ziyafətinə
Sərf oldu böyük bir dolu xəzinə.
Türk şahı xaslarla yola çıxaraq,
Getdi İskəndəri çağırsın qonaq,
Torpağı öpdülər ayinə görə,
Dəydi yer öpməkdən başı göylərə.
Söylədi: "Bu uca bəxtin, ey sərvər!
310
Taxtımın başına yol tapsa əgər,
Tacıyla taxtım əziz edərdi,
Məni bu şərəflə çox böyüdərdi."
Səmimi dəvəti şah qəbul etdi,
Xaqana şərəfli hörmətçün getdi.
Ordu, şah birlikdə haman dəvətə
Baş əyib atlandı o ziyafətə.
Xəzinə ağzından açıldı yerlər,
"Yol açın!" səsindən titrədi göylər.
İskəndər çaünca süfrə boyuna,
Elə bil çatdı Xızr həyat suyuna.
Qızıl bir taxt gördü, günəşdi, gerçək.
Onda dürr çeşməsi dəniz suyutək.
Qızıl taxt üstündə oturdu şən-şən
Əlində bir turunc kafur, ənbərdən.
Sağ əldə dünyam yoxlayan fəğfur
234
,
Xidmətə baş əymiş, hüzurda durur.
Şah onu çağırdı, hörmətdir deyə,
Oturtdu şah kimi qızıl kürsüyə,
Başqa tacidarlar hörmətə görə
İskəndər yanında diz çökdü yerə.
Xaqan əmr eylədi: "Yeməklər gəlsin,
Qızıl xonçalarda xörəklər gəlsin!"
Hər yandan töküldü şahanə yarpaq,
Meynə yarpağıtək tökdü hər budaq
235
.
Fərxarə bənzəyən istək evindən
Tez hazır olurdu hər istənilən
236
.
Elə bil cənnətdir, arayan kimsə
Xonçada tapırdı hər nə istəsə,
iştahla yedilər o xuruşlardan,
Hücumla şəraba açdılar meydan,
Qırmızı şərablar verdi qol-qanad,
Qırmızı rənglərdən qurdular büsat.
Çalmağa oturdu, bütün dünyadan
Seçilmiş ən məşhur oxuyan, çalan.
Ən incə oxucu səslər ucalır,
Ozanlar rəsmiylə oxuyur, çalır.
311
Çalanlar başladı süğdi nəğməsi,
Göylərə ucaldı sazlann səsi.
Vardı pəhləvicə o qədər çalan
Nəğməyə yemlik verirdi hər an.
Rəqs edən kəşmirli gözəllər durur,
Oynarkən yel kimi mayallaq vurur.
Elə çalğıçılar gəlmiş Yunandan,
Ağlım itirir eşidən insan.
Rum və Çin xidmətə bel bağlayaraq,
Bəzədi Rumdan və Çindən bir bayraq.
Xəzinə ağzım açınca xaqan,
Qamn xəznəsində yer oldu pünhan
237
.
Əvvəlcə saçdı çox cavahir, gövhər,
Daş-qaşa tutulmuş gözəl geyimlər.
Büllurdan büsatı günəşdən parlaq,
incəlikdə sudan təmiz və yumşaq.
Çin ipəklərindən bir neçə xalvar,
Müşk ilə, ənbərlə dolu bir ambar.
Kafurlu təbəqdən ətr almış hər yan,
Qum ud artıqdı təzə kafurdan,
Çaçi kamanlarla çini ipəklər,
Bir neçə qılınc da ona bərabər.
Bir ilxı yorğa at, görkəmli, oynaq,
Yel kimi yeriyən, gövdəsi parlaq,
Göylərdə dumam, san ovlayan
Laçınla qızıl quş, böyük bir karvan.
Qırx fil öz taxüyla, uca, qüvvətli,
Sümükləri möhkəm, vücudu ətli.
Bir dəstə qara qul - cəbhələr yenən,
Ayüzlü kənizlər - ölü dirildən.
Çəkdi bu şeyləri şah hüzurinə,
Bunlardan başqa çox şey verdi yenə,
yemdən başqa bir xəzinə açdı,
Ondan da dəyərli bəxşişlər saçdı.
Verdi o, quyruğu qara bir köhlən.
Səhər küləyindən iti yeriyən.
Yürüyən. şahanə bir təxti-rəvan.
312
Dostları ilə paylaş: |