Yoxsa hər bir igid bir İskəndərdir.
Sanma ki, acizəm qızğın döyüşdə,
Dağdan toz qoparram bir tərpənişdə.
Fillərin belinə taxt qoysam əgər,
Hindistan mülkündən xəracım gələr.
Alaram altıma qızmış aslanı,
Belinə qoyaram hürgüc palam.
Səninlə, dövlətlə, şövkətlə, əlbət,
Kin alışdırmağa etmədim niyyət.
Bu yerə onunçun açdınsa qanad,
Qarşında bəndətək əyilmiş qat-qat.
Başımı qamnda sürtüm torpağa,
Tək mən yox, baş əyər Çində hər ağa.
Zehninə nə gəlsə, ona gedərəm,
Böyük bir minnətlə qəbul edərəm.
Bu işdə yox mənə əskiklik, töhmət,
Qonaqsan, qonağa vacibdir hörmət."
Qəlb açan cavabı qasidə verdi,
Məktubu durmadan şaha yetirdi.
Oxudu o qızmış aslan məktubu,
Maralın ovuna müntəzir durdu.
Çin şahı qorxurdu gecə basqından,
O gecə sübhədək yatmadı xaqan.
Günlərin birində parladı dünya,
Günəş nur saçarkən torpağa, suya,
Xaqan öz ağlının yoluyla getdi,
Sınanmış kəslərlə məsləhət etdi.
Bir vəziri vardı ağıllı, bilən,
Dünya nur alırdı tədbirlərindən.
Ortaya hər hesab atsaydı xaqan
Vəzir həll edərdi onu hər zaman.
Ondan öz fikrim sordu bu işdə,
Fikri sağlam idi hər bir gedişdə.
"Bu kinin önündə nə sayaq durum?
Çarxın qulağım mən necə buram?
Madam ki, qaşım çatmışdır bu Çin,
Nə atsın ilk zərim - məhəbbət, ya kin?
293
Çarpışsam, düşmənim güclüdür, əzər,
Başım Keyxosrov taclan bəzər.
Onunla keçinmək istərəm gerçək,
Xalq məni aciz bir xaqan biləcək.
Bilmirəm bu şahın nədir istəyi?
Ölkəyə gəlməkdən nədir diləyi?
Xaqana söylədi ağıllı vəzir:
"Çətindir göstərmək sənə bir tədbir.
Əzmin çox kəskindir, qorxuram, yəqin,
Əmrin də əzmintək olacaq kəskin.
Barına, orduna məğrur olaraq,
Yenilmək görünür sənə çox uzaq.
Belə bir şəhriyar gəlmiş qapma,
Dostluq qapısım bağlama ona.
Fəth etmiş, hər yerə basarkən ayaq,
Bu işə olarmı heç soyuq baxmaq?
Oyunmu samrsan bunu, tacidar?
Bu işdə yararlı incə nöktə var.
Bu işlər tannmn işidir, bişəkk,
Düşməklik - tanrım sınamaq demək.
Günəşi qılıncla sarsıtmaq olmaz,
Qocaman Əlbürzü dağıtmaq olmaz.
Qəbul et, yoxsa bu qocaman fələk
Dövlət sahibinə ziyan verəcək.
Nə bəxti atmağa yarar, ey xaqan,
Nə də bəxtiyara kəsilmək düşman.
Xoşbəxtə taxılma, olsan da mətin,
Onunla çarpışmaq çətindir, çətin.
Bəxtiyar əzm etsə, başmağı cütlə,
Ən kəskin neştərə vumlmaz şillə.
Onunla bircə ay get keçin bir az,
Bu yerdə yad olan çox uzun qalmaz.
Şişəyə öncə sən vurma daş, kəsək,
Qınlsa çətindir onu düzəltmək.
Yaralar sağalıb taparsa səhhət,
Yaranın yeri tük çıxarmaz, əlbət.
Çalış ki, bu qara əndaha bədən
294
Hörmətlə sovuşsun bizim ölkədən.
O gün daş aüldı Sinin tasına,
Gəldi bu əndaha Çin qapısına.
Düşünmə, lacivərd boyalı paltar
Hər şəxsə göylərdən gəlir, ey salar!
229
Ahəngsiz səs ilə inləyir cahan,
Qüsur pərdədədir, suçsuzdur çalan.
Pərdəyə istəsən xoş ahəng vermək
Həmahəng pərdəyə get elə kömək."
Düşmənlik etməkdə Çin tərəfdan,
Görmədi fələkdən kömək asan.
Düşündü bu işə uyğun bir çara,
itaət etməyi aldı qərara.
Əzm etdi sülh ilə yola gəlməyə,
Dərgaha üz qoysun "elçiyəm" deyə.
Nəzərdən keçirsin o cahandan,
Başım dik tutan o başçılan.
Şahlıq şövkətim görərək bir bir,
Soma da bu işə töksün bir tədbir.
Günəş qayıqçısı o gün səhərkən,
Qayığı salırkən suya sahildən,
Xütən şəhriyan, Çin tacidan
Tədbirlə geyindi elçi paltan.
Aşina olmadan kimsə bu sinə.
Çapdı İskəndərin düşdüyü yerə.
Şahın dərgahına gəldiyi zaman
Bu işdən tez xəbər tutdu hökmüran:
Hüzura bir elçi göndərmiş xaqan,
Görüşdə mübarək, sözdə pəhləvan.
Padişah əmr etdi: "Gəlsin hüzurə,
Buyursun elçilər oturan yerə."
Möhtəşəm elçi tez girdi dərgaha,
Pərəstiş yoluyla baş əydi şaha.
Əmr etdi, otursun aşağı yandan,
Xaqamn əmrini eyləsin bəyan.
Padşahın əmriylə elçi oturdu,
Oturdan kimsəyə bir də baş vurdu.
295
Bir zaman oturdu qırpmayaraq göz,
Yaxşıdan, yamandan açmadı bir söz.
Gördüyü büsata qalaraq məhbut,
Etdi o dövrədə nöqtətək sükut.
Elçiyə işarə etdi İskəndər:
"Xaqandan gətirdin, söylə, nə xəbər?"
Bulud arxasında gizlənən o ay
Qılınctək dil açdı, dür saçdı lay-lay:
"iran, Rum şahının bu gəlməsindən
Səadət taparaq, ölkə oldu şən.
Bu yerlər, ölkələr, Çindən Maçinə
Böyük tacidann keçsin əmrinə.
Dünyada yaşasın uca dərgahı,
Olsun tacü taxtın böyük pənahı.
Gizli sözlərim var sənə, tacidar,
Qorxmam bu yerdə etməyə izhar.
Belə əmr etmişdir məni göndərən:
"Xəlvət et, olmasın eşidən, görən.
Qalmasın xaslardan gərək bir nəfər,
Bir sən ol o yerdə, bir də İskəndər.
Açıqda, gizlində qalsa bir kimsə,
Sirrimi açma sən, düşməsin səsə."
İskəndər çəkindi yersiz istəkdən,
Ehtiyat eylədi xəlvət etməkdən.
Əmr etdi durmadan böyük tacidar:
O sərvə vursunlar qızıldan cidar.
Qızıl bir kəmərlə çəkib qolunu,
Bir zəncir altına aldılar onu.
Çəkildi büsbütün saraydakılar,
Qapıya yönəldi xaslar, hər kim var.
İskəndər tək qaldı, çəkindi ancaq,
Yamna bir almas qılınc qoyaraq.
Söylədi: "Kimsə yox, bir mənəm, bir sən.
Durma, aç düyünü qapalı sözdən."
Padşahın əmrilə əsrarlı kişi
Düyünü qıraraq, anlatdı işi.
Əsrann üzündən pərdəm açdı,
296
Dostları ilə paylaş: |