Başladı bəxşişlər verməyə hər gün,
Dünyaya bununla olmuşdu üstün.
Badələr qaldırdı Keyin adma,
indi badə qalxır onun yadına.
İSKƏNDƏRİN HİNDİSTANDAN
ÇİNƏ GETMƏSİ
Saqi, ver mənə o qırmızı sudan
Ki, ondan qocalar gəncləşir hər an.
Ver, ondan parlasın gənclik ulduzu,
Bu san gülləri edim qırmızı.
Ox, yenə üz verdi şənlik, səadət,
Çalğıçı çalğıya göstərdi rəğbət.
Yazılan şerdən xəbər tutdu yar,
Şairin ölməyən ümidləri var.
Ey tarix söyləyən, dimağı parlat!
Bu incə şerimi, durma, aydınlat!
Söylə, döyüşlərdə böyük İskəndər
Furlann başına gətirdi nələr?
Məqsədə uyğun nəql edən əhli-hal,
Pərdədən göstərir belə bir xəyal:
Keyd ilə girincə sülhə hökmüdar,
Gah gülgün mey içər, gah edər şikar.
Furu talan üçün göndərdi ordu,
Bəxtiyar ömrünə son zərbə vurdu.
Qılıncı çəkincə qından tacidar,
Düşmənin kəlləsi oldu tar-mar.
Mülkünü büsbütün eylədi tarac,
Qoydu qılıncından başına bir tac.
Düşməm düşüncə qədəmlərinə
Ölkəni tapşırdı başqa birinə.
Oradan tərpəndi, ucaldı bayraq,
Atlara etmədi saziş bu torpaq.
Üç şey üç ölkədə fəlakət alır,
277
Hər üçü məhv olur, ömrü azalır:
iranda fil, Çində pişik, Hinddə at
Məhv olur, açmayır əsla qol-qanad.
İskəndər gördü ki, o abü hava
Yelayaq atlara etməyir vəfa.
Tibetə tərpəndi tez Hindistandan,
Oradan tez Çinə keçdi hökmüran.
Tibetin dağma çatınca ordu
Səbəbsiz sürəkli qəhqəhə vurdu.
"Belə qəhqəhəyə, - sordu, - səbəb nə?
Burda insan ancaq ağlar özünə."
Dedilər: "Zəfəran rəngli bu torpaq
insanı səbəbsiz güldürür ancaq."
Padşaha maraqlı göründü bu iş,
Neçin bu qəhqəhə, neçin bu rəviş?
Dənizi, qumnu, çətin çölləri
Keçərkən hey mənzil-mənzil irəli,
Yolu ov qanından qupquru gördü,
Çölləri müşk ilə dopdolu gördü.
Ceyranı görüncə çöldə nafədar,
Əmr etdi gözəl bir ceyran vurdular.
Hər yerdən sel kimi ordu axardı,
Çöllərdən xalvarla nafə yığardı.
Çin səhralanndan keçdi bir zaman,
Abadlığa çatdı böyük hökmüran.
Bir çayır göründü cənnətdən də şən,
Başım behiştə dayamış gülşən.
Hər tərəf yamyaşıl, gözəl gülzardı,
Hər dörd-beş addımda çeşmə axardı.
Xoş iqlim, xoş hava, sıx, geniş orman,
Yamyaşıl, meyvəli ağacdı hər yan.
Saf çaylar, çeşmələr axır hər yerdə,
Gümüştək panldar mavi peykər də.
Şeh düşmüş, ən lətif, ən təzə otlar
Bir düzüm incidir sanki panldar.
Çeşmənin başında ceyran izi var,
Yamyaşıl çəmənlər müşk ilə dolar.
278
Maral dırnağını çəmənə çalmış,
Yaşıllıq üstünə müşkin xət salmış.
Tapılmaz boz bir yer, hər tərəf otlaq,
Varsa da boz təpə - daşlıqdır ancaq.
İskəndər görüncə o gözəl yeri,
Hindistan şövqündən çəkildi geri.
Atlan, əmr etdi uca tacidar,
O sulu otlağa boş buraxdılar.
Bir həftə şən həyat sürdü vüqarla,
O yerdə dincəldi pəhləvanlarla.
O biri həftədə gözəl gün seçdi,
Elə ki, uğurlu gün ələ keçdi,
Köç təbli çaldırdı uca tacidar,
O yerdən sürətlə Çinə çapdılar.
Təbilçi dolduqca acığa, qəhrə,
Təbildən qopurdu bağırtı, nərə.
Çinin al güzgüsü şəfəq saçarkən,
Ordunu Çin səmtə çəkdi hökmüran.
O polad və zireh geyimli ordu -
Hər biri yelqanad ata oturdu.
Hava saf, gözəldir, yollar tikansız,
Varsa da tikanlar, ballı, ziyansız,
Dağlann, çöllərin dadlı otundan
Şəkərli süd əmər hər körpə ceyran.
Ovlaqdan keçərkən şanlı İskəndər
Tozundan çöllərə yayıldı ənbər.
Şahın damğasım daşıyan ceyran
Göbək salmış müşkin ağırlığından.
Oxundan torpağa üz qoyan ceyran
Gözündə tiryəktək görünür cahan
222
.
Kükrəyən aslandı ulu cahandar,
Sıçrayan qaplandı altında şikar.
O qədər ov etdi rumlu İskəndər,
Ceyrandan, maraldan boşaldı çöllər.
Atlar dırnağından ipək çöl, çəmən
"Ceyrangöz" olmuşdu ceyran gözündən
223
.
Qabırğa deşən ox çəkirdi nərə,
279
Ceyran da, müşk də düşürdü yerə.
Başdan dırnağadək hər maral, ceyran
Mədənə dönmüşdü qızıl oxlardan.
Padşahın kamam pusquda durur,
Hər oxa bir maral, bir ceyran vurur.
Oxlann etdiyi incə nəqqaşlıq,
Çöllərin rəngini silmişdi artıq.
Ovlaqda ona ov oldu əyləncə,
Vaxtım keçirdi bir gün, bir gecə.
Dünyanın gəlini, dilbər gözəli,
Hasara düşüncə göylər gözəli,
Eşqindən gecə bir hindu qadıntək,
Sehr etdi fəzaya, saçdı min bəzək.
Öz köhlən atından İskəndər endi,
Ordu da onunla bərabər endi.
Rahatlıq etməyə qərar verdilər,
Quş da tərpənmədi səhərə qədər.
Sübhün gözəli zər xalxalı ilə
Göyün xeyməsinə saçarkən şölə
224
,
Dünya hindu kimi tüstü yayardı,
Yəğma və Xülləxtək cahan ağardı.
Gurultu qopunca şahın təblindən,
Yəğmaya, Xülləxə yayıldı şivən.
Dünyam dolaşmaq fikri daşıyan
İskəndər qoşuna verdi bir fərman:
Qoşunu bu yerdə düşərgə salsın,
Bir ayı başa-baş dincim alsın.
Tövlədən, axurdan doldu hər tərəf,
Yaşıl çəmənlərdə biçildi ələf.
Xaqana dedilər: bezdi çöl, orman
Zirehli atlann polad nalından,
irandan kükrəyib axan bu selin
Əlindən qurtular nə xaqan, nə Çin.
Bu bir seldir, tutar bütün dünyam,
Kölgədə buraxar keçmiş tufanı.
Yağmuru xərabə edər hər yeri,
Dənizdə məhv edər zor nəhəngləri.
280
Dostları ilə paylaş: |