Dönükdür üzü bu namərd fələyin,
Gah şəfqət göstərir, gah həsədlə kin.
Çərx ikicanlıdır yaxşı-yamandan,
Ulduz gah dost olur, gah qaü düşman.
Əkilməmiş ağac göyərmiş Reydən,
Söyləyir: Keykavus nəslindənəm mən!
Yırtıcı bir divdir, dəhşət yaradır,
Ölümə əndaha kimi can aür.
O ceyran otaran çobanlar belə
Çomağın yerinə ox almış ələ
208
.
Bel ilə işləyən götürmüş kaman,
Belçilər olmuşdur silah daşıyan.
Bu azğın özünü samr Əhrimən,
Hər yerə çatırsa qoparır şivən.
Söyləyir: mənimdir bu tac, bu ölkə,
Namusa rəng ilə vurur bir ləkə.
Başında yığıntı saysız əskər var,
Dənizin suyundan toz çıxarırlar.
Bəxtinə güvənib, olmuş qəhrəman,
Meydanda bir nəfər yox qarşı çıxan.
Özünü kim tutsa şaha bərabər,
Başıyla sərvəti əlindən gedər.
Ona yüyən çəkir Xorasan xalqı,
Döyüşə apanr bu üsyan xalqı!
Bəlx ilə Nişabur boyu hər yerdə
iştirak edirlər bu şurişlərdə.
Bu fitnə başçısı hazırlıq görür,
Taxümn durduğu yerə yürüyür.
Kini qızğın olan belə fitnəyə
Baxma çox yüksəkdən, alçaqdır, deyə.
Kiçikdən ən böyük bir fitnə doğur.
Hər qurdun sümüyü ayağa oxdur
209
.
Bu fitnə yaşasa uzun bir zaman,
Padşahlıq işinə əl atar, inan.
Buludtək ayımn almasan üstün,
Taxüm qılıncla alacaq bir gün.
Bir tərlan qayışı açsa ayaqdan,
261
Kəklik qol-qanaddan düşər o zaman.
Qüvvətli ordum yox ki, dava günü
Çıxanm düşmənin xain gözünü.
Ölkədə qalmamış adlı igidlər,
Hamı şah yanında bəndəlik edər.
Odur ki, artdıqca tamahı, öcü,
Qolu qüvvətlənir. Yox olsun gücü!
Yalmz şəhriyarın yel kimi qopan
Ordusu götürər bu tozu yoldan!"
Qasid öz sözündə hünər yaratdı,
Məktubda olam sözlə anlatdı.
Ən gizlin əsrardan, yaxşı, yamandan
Məktubda nə varsa, elədi bəyan.
O aslan ürəkli, o fil gövdəli
Çəkdi öz-özünə bu xoş məsəli:
"Burda Keyxosrovun taxtı ahımda,
Orda bir başqası mənim taxtımda.
Bənzər o dastana bu tac, taxt, ordu:
"Hindudən sərvəti çalar bir hindu
210
.
Bu yerdə dayanmaq yaramaz daha,
Gecikmək düşməm edər ə əndaha."
Padşahın ordusu göymüdür, nədir?
Durmadan hər zaman hərəkət edir.
O karvanbaşıdır, dünya bir karvan,
Artırdı karvanın yükü hər yandan.
Yük ilə dolmuşdu hər yer, hər guşə,
O yerdə qanşmış bu iş o işə.
Yalmzca edərdi hər işə çara,
Böyük bir arxaydı sığınanlara.
Hər kimi öz bəxti etsə cahangir,
Elə bir ayağa yaramaz zəncir.
Şəhriyar yerindən hərəkət etdi,
Sahillər boyunca yol alıb getdi.
Aydan da yuxan ucaldı bayraq,
Bisütun kimi bir sütun vuraraq.
Həm gözəl ov vardı, həm gözəl ovlaq,
Getdi yol uzunu ov ovlayaraq.
262
Salxımlar əyilmiş ağırlığından.
Köklükdən tərpənə bilməyir ceyran.
O qədər sel axdı çayın gözündən,
Silindi toz, torpaq dünya üzündən.
Coşmuşdu şimşəkli neysan buludu,
Ildınm salmışdı müdhiş gurultu.
Göyərti kök salmış qara torpağa,
Rəqs üçün baş əyir yarpaq yarpağa.
Kəskin naləsiylə yırtdı bülbüllər
Gülün köynəyim göbəyə qədər.
Sədbərgin üstündə duran qızıl gül
Yaqut nallı ata minmiş elə bil.
Tut ilə yarpağı, bu iki novbər
Halvadan, inəkdən verirdi səmər.
Yer san, sular göy geyinmiş, demək,
Yan göy, yansı san bir ipək.
Çöldə çöl xalqına şeyda bülbüllər
Sazdan da incə, xoş bir şərqi söylər.
Hər arpa bir düyün vurmuş kəmərə,
Biçin salamı var əkinçilərə.
Qarnını böyüdür dağda ceyranlar,
Qurdlarsa dişini etmişdir mişar.
Budunu doldurmuş ətli marallar,
Çöldə dağ öküzü dağlara qalxar.
Yenicə doğan şux ceyranlar belə
Çölləri doldurmuş öz balasiylə.
Şah ovla, çalğıyla, qədəhlə yekdil
Yollan biçirdi hey mənzil-mənzil.
Ay yeni doğmuşdu gülpic şəklində.
Getdikcə xalxaltək olunca girdə,
Halqa pərganndan çıxdı İskəndər,
O yerə indi "Zər-xalxal" deyirlər.
Buludtək Gilana atıldı ordan,
Sanki bir meşəyə girdi bir aslan.
Önünə çıxarkən bir atəşkədə,
Ondan buz yaratdı atəşpərəstə
211
.
Elə ki, hirbüdün qırdı belini,
263
Ortadan silindi Zərdüşt ayini.
Əzm etdi düşmənə yolu kəsməyə,
Gilandan birbaşa tərpəndi Reyə.
Hər atəşpərəstə verdi çox cəza,
Qalın tüstülərlə doldu göy, fəza.
Eşitdi: gəlmişdir o qızmış aslan,
Tülkütək oldu bir deşikdə pünhan.
Qaçaraq Xorasan səmtinə getdi,
Rey padşahının gözündən itdi.
Padişah eşitdi: o azğın düşman
Aslandan qorxaraq qaçmış meydandan.
At saldı, düşmənin ardınca getdi,
Yolunu bağladı, tez basqın etdi.
Üstünü alaraq, kin boğa-boğa
Başım bir anda saldı torpağa.
Elə ki, düşməm torpağa atdı,
Qaçqınlar içində qorxu yaratdı.
Düşmənin başım saldığı yerdə
Bir təpə vardı o yaşıl çöllərdə.
Müzəffər və sağlam dövlət adma
Təpənin başında saldı bir bina.
Qızıldan vurdurdu şux bəzəkləri,
Ona pəhləvicə ad qoydu "Həri".
Binamn işləri bitdikdən soma
Ordunu yeritdi şah Nişabura.
Gördü ki, ikilik çıxmış meydana:
Şəhərin yansı dost idi ona,
Yansı Daraya təbil vururdu,
Dostluqdan açıqca boyun bumrdu.
Bir bayraq var idi Daradan nişan,
Samrlar Daradır altında duran.
Bu uca bayrağı "namusdur" deyə,
Daranın adından ucaltmış göyə.
Nə qədər kin ilə coşdu İskəndər,
Daranın eşqindən əl çəkmədilər.
Bu kinə tapmışdı yalnız bir çara:
Köməklik göstərsin doğru dostlara.
264
Dostları ilə paylaş: |