Başqa bir qapıdan gəlir bu sapan.
İndi ki, göyün də hökmü səndədir,
O qala, o da sən, sənindir əmr."
Baxdı başçılara, dedi İskəndər:
"Duaya bundan xoş kim dəlil istər?
Qırx gündür daş, qılınc yeyir bu hasar,
Sınaqlı igidlər hey çarpışırlar.
Bu qədər qılıncın almaz gücüylə
Qopmadı o dağdan bir kəsək belə.
Yoxsul bir zahidin çəkdiyi ahdan
Dağıldı bir hasar, bürc oldu viran.
Cizcə bu qalaya kim oldu üstün?
Bu dünya zahidsiz olmasın bir gün."
Başçılar bu işə çox heyran oldu,
Öz dediklərindən peşiman oldu.
Yer öpüb dedilər: "Sən ey hökmüran,
Taxündan, tacından ayrılmayasan.
Ölkədə qollann qüvvətə dolsun,
Çəkiyin daşlan əbədi olsun.
Belə nüktələri sənsən tanıyan,
Səni öz kölgəsi etmiş yaradan.
Bu sirri, hikməti biz də anladıq,
O yanlış yollardan çəkildik artıq."
Yenidən bürüdü qoşun hasan,
Yollardan qaldırdı yol vuranlan.
Qalamn yerinə ərazi verdi,
Onlan verdiyi mülkə göndərdi.
Göylərlə öpüşən qalamn bir-bir
Uçulmuş yerləri edildi təmir,
Elə ki, dağınü, uçuqlar bitdi,
Zülmün qalasım ədi evi etdi.
O dağda əhali doymuşdu cana,
Şikayət etdilər o hökmürana:
"Bu qıpçaq xalqı bir dəhşətdir, dəhşət...
Əkin əkməyə də bizdə yox cür ət.
Axma başlarkən açıq dağlardan
Əkindən, biçindən qoymazlar nişan.
245
Axından ölkəmiz çox ziyan edir,
Malımız, canımız məhv olub gedir.
Rahatlıq versəydin bu ölkəmizə,
Böyük bir mərhəmət edərdin bizə.
Bu açıq və uçuq yerləri bir-bir
Daş ilə dağ kimi eyləsən təmir,
Onda çöl xalqının axınlarından
Rahatlıq içində dincələr xəzran”
203
.
Əmr etdi: nə qədər açıq, uçuq var,
Çəksin bu xəzramn xalqı bir hasar.
Gecə də, gündüz də qara daşlarla
Olduqca böyük səd çəkilsin yola.
Iş bilən, sınanmış daş yonanlardan,
Dağlarda açığı sədlə bağlayan
Bilikli ustalar göndərdi ora,
Keçidlər alındı möhkəm hasara.
Hasar işlərindən azad olaraq
Hərəkət qəsdilə ucaltdı bayraq.
Gurlayan təbillər açırdı yara,
Ağaclar abnustək olurdu qara.
İskəndər xeyməni çıxardı çölə,
Yollarda mənzili qatdı mənzilə.
Ata ülkər kimi verdi hərəkət,
Hər bürcə çaünca saçdı səadət,
Gecənin saçlan müşkin həlqədən
Neylufər günbədə saçarkən səmən,
Yolun zəhmətindən padişah, ordu
Azacıq dincəldi, bir məclis qurdu.
"Əfsanə söyləsin" deyə, İskəndər
Çağırdı o yerdən bir neçə nəfər.
Verdi bir çox sual o yerə dair,
Bütün vəqələri öyrəndi bir-bir.
Söz sözü çəkərkən hər yerdən onlar
Açdılar şaha çox maraqlı əsrar:
"Burda bir qala var ki, cənub yeli
Əssə də, o yerə uzanmaz əli.
Minadan bir daşdır, saçar müşk, ənbər,
246
Həm gözəl, həm şəndir bir cənnət qədər.
Sərir adlamr o mübarək məzar,
Orda Keyxosrovun taxtı, camı var.
Keyxosrov mülkündən köçüb gedərkən,
Taxüna, tacma bu yerdir məskən.
Məzan odlu bir köhüldür ancaq,
O yerə olmayıb ayaq da basmaq.
Həm də o məkanda padşahlıq edən
Bir məlikzadə var onun nəslindən,
O şahın yerinə pərəstiş edər.
Taxüm, tacım düşməndən güdər."
O dünya dolaşan uca hökmüran
Gül kimi açıldı bu xoş dastandan.
Harda macəralı bir qala alsa,
Yenilən qüvvətli, ya aciz olsa,
Girərdi qalaya Keyxosrov sayaq
Apaçıq, ya da ki, gizli olaraq.
Qalam dolaşıb dönərdi yenə,
Bəxşişlər verərdi keşikçisinə.
Hər şeyi görməyə marağı vardı,
Hər işin üstündən odtək çapardı.
Elə ki, eşitdi bu keyfiyyəti,
Qalam görməyə artdı rəğbəti.
Qoca Keyxosrovun köhnə canından
Dövlət məclisinə versin yeni can.
İSKƏNDƏRİN SƏRİR QALASINA
GETMƏSİ VƏ KEYXOSROVUN QƏBRİNİ
ZİYARƏT ETMƏSİ
Saqi, dur şərabla könlümü güldür.
Bu işdə səbrinə bir ölçü götür.
Könül çırağının tükənmiş yağı,
Mey ilə parlat bu sönük çırağı.
247
Gündüz qarğa rəngli qara gecədən
Çıxmış Zəngibardan kafur kimi şən
204
.
Uğurlu cənnəttək işıqlı gündüz
Şəfəqlər içində parladırdı üz.
Havada toz, duman yox zərrə qədər.
Lacivərd rənginə boyanmış göylər.
Guşəyə çəkilmiş küləkli xəzan.
Bahann dan yeli əsir hər yandan,
işıqdır dağ, çəmən, bütün yer üzü,
Parlar al çıraqla dünyamn gözü.
Kainat bir cənnət bağına bənzər,
Hər yanda qoxuyar müşk ilə ənbər.
Bəxtiyar İskəndər uğurla yenə
Taxündan oturdu təxti-rəvanə.
Göylərə söykəndi tacının başı,
Ucaldı bayrağı, açıldı qaşı.
Yer yorulmuş idi at nallanndan.
Dağların başına düşdü həyəcan.
Ordunu Şəririn şəhrinə çəkdi,
Keyxosrov taxtım görmək istərdi.
Sərirli eşitdi İskəndər gəlir,
Keyxosrov taxtım görmək istəyir,
işindən, ağlından tutmuşdu xəbər,
Adildir cahangir böyük İskəndər.
Kəyamn nəslinə verməmiş ziyan,
Doğruya köməkdir, arxadır hər an.
Çoxunun başına qoymuş qızıl tac.
Bəxşişlər vermişdir, almamış xərac.
Şahı qarşıladı iki mənzildən,
Xalılar döşədi, yollar oldu şən.
Dəyərli bəxşişlər saçdı o qədər.
Sayım olmadı bilən bir nəfər.
Gül kimi tərtəzə hər çeşid dəri,
Götürmüş həddindən çox bu şeyləri.
Zil qara samur, al tülkü dərisi..
Qaqum, qunduz, vaşak ki, hər birisi
Baharda ilk açan yarpağa bənzər.
248
Dostları ilə paylaş: |