Gördü daş köksündə köhnə bir yanq,
Ensiz bir yolu var, dar və qaranlıq.
Köhül sahibindən tapmaqçın nişan
Köhülə zəhmətlə girdi hökmüran.
Bir qədər keçmədi, od qalxdı birdən,
Alışıb yamrdı içəri girən.
Soruşdu: "Bəlinas, nədir bu odlar?
Dansqal köhüldə hardandır buxar?"
Bəlinas diqqətlə baxdı bir zaman,
Bilsin ki, neçin od fışqırır daşdan.
Gördü bir parlayan dərin quyu var,
içində qaynaşır əlvan işıqlar.
Kimsə o işıqdan tutmamış xəbər,
Arayan tapmamış ondan bir əsər,
işığa nə qədər aradı yol, iz,
Bir işıq tapmadı, qaldı səmərsiz.
O igid belinə bağladı kəndir,
Bilsin ki, quyuda bu atəş nədir?
Parlayan günəşdən tapdı bir nişan,
Anladı od necə çıxır quyudan.
Toplu bir alovdu, deyil dağımq,
Gördü ki, kükürddür bu yanan işıq,
işarət verincə çıxdı quyudan,
Dualar edərək dedi: "Hökmüran,
Tələsmək lazımdır, göstərin tədbir,
Su deyil, quyudan çıxan atəşdir.
Kükürd mədəmdir bu, alovlanır,
Kükürddən dörd yam alışıb yamr.
Bu sirri bilirmiş köhüldə yatan,
Özünü kükürdlə məhv etmiş, inan."
Padşaha, köhülə etdi çox dua,
Çıxarkən üzərlik səpdi alova.
Köhüldən çıxınca axtardı yolu,
Tapmadı, qəlb oldu kədərlə dolu.
Eşitdim, dənizdən bulud qalxaraq
Şiddətli qar səpdi, doldu hər bucaq,
Dünyam sarsıtdı qarlı bir tufan,
257
Dərələr, təpələr doldu o qardan.
O qarda sərgərdan qaldı İskəndər,
Qarlı kipriyindən axdı qətrələr.
Qala xalqı xəbər tutunca bundan
Köməkçin axdılar ora hər yandan.
Təpiklə, kürəklə yolu açdılar,
Çox zəhmət çəkdilər, hiylə saçdılar,
Şah yolu tapmaqçın ətrafa baxdı,
Köhülün küncündən zirvəyə qalxdı.
Yaşıl donlu tovuz humay quşundan
Ağ, parlaq sümüyü qapdığı zaman
205
Şəriri taxtına səadət verən
Sərir qalasından enincə şən-şən,
Döndü öz çadın qurulan yerə,
Yemdən yar oldu bəxt İskəndərə.
Dincəldi dəhşətli zəhmət çəkməkdən.
Mağara yolunu gedib, gəlməkdən.
Düşdü sıxıntıya, düşdü qorxuya,
Özünü ovdurub, daldı yuxuya.
Yatdı, vücuduna rahatlıq çökdü,
Dan yeri ağardı, al şəfəq sökdü.
Yemdən baş vurdu səhər göylərə,
Şəfəq mey camım vurunca yerə.
Bu saxsı torpağa lacivərd fələk
San reyhanlarla vurunca bəzək,
Əmr etdi, şahanə məclis bəzəndi,
Noğulla, şərabla süfrə şənləndi.
Şəririn şahım dəvət elədi,
Hörmətlə oturtdu, şəfqət elədi.
Onunla qədəhi aldılar ələ,
Hamı sərxoş oldu o gülgün meylə.
O bəxşiş əlləri açıldı yenə,
Xəzinə axıtdı ev sahibinə.
Həmayil, təxtü tac verdi hökmüran,
Taxü fil sümüyü, tacı qızıldan,
ipəkdən don verdi, üstü zər, gövhər,
Sanki bir pərvindir, cavahir çəkər.
258
içinə yanmca portağal sığan
Portağal biçimli firuzə fincan.
Yansı tutulmuş qızıla, lələ,
Nar kimi dolmuş nar danələrilə.
Zümrüddən nərd verdi - üstü əl-əlvan,
Bəzəyi qırmızı, san yaqutdan.
Büllurdan bir xonça, günəş kimi şən,
Sanki göy budaqda açmış yasəmən.
Yorğa at, başında qızıldan yüyən.
Yüyənin bəzəyi əlvan gövhərdən.
Ağır yük ahında tərləmiş yüz lök,
Tükləri tər-təmiz, həm sağlam, həm kök-
Yük vurmuş o bağlı şeylərdən hələ,
Cavahir batmanla, qızıl xəmrənlə.
Rütbəyə münasib verdi hər kəsə
Hər çeşid qəba və zərli əlbəsə.
Verildi o qədər xələt və sərvət.
Sərirli taxtım parlatdı zinət.
Öpdü şah əlini o dönə-dönə,
Sevinclər içində döndü evinə.
İskəndər oradan köç təbli çaldı.
Bayraqlar işıqlı göyə ucaldı.
Səhraya endi o dağlıq yerlərdən,
Dəniz sahilində eylədi məskən.
O çöldə bir həftə ov etdi, artıq
Köçmək məqsədilə gördü hazırlıq.
İSKƏNDƏRİN REY VƏ
XORASANA GETMƏSİ
Dur, saqi, o qızıl camı qoyma boş
Ki, Cəmşid, Firidun yadigar qoymuş.
Ver bu saf aşiqə o saf şərabdan,
Məstliklə keçsin bu rəyalı dövran.
259
Ey könül, nədir bu oyunun hələ?
Hər dəfə çıxırsan yeni bir rənglə.
Nəfsinin ağacı yamyaşıl durur,
Başım burmadan, başım sən bur!
206
Şərabı içməmiş, gözüm, məst olma!
içsən də, dönərək bütpərəst olma!
indi ki, zəfəran yemədən şadsan,
Yemə zəfəram, ölərsən, inan!
207
Olma şahlar kimi yemək düşgünü,
Qorx, səni yaxalar fəlakət günü.
Bu ev ki, qızğın od fışqınr hər an,
Tək laqeyd olanlar qurtulur ondan.
Bərkliklə hər bərklik bir muma dönmüş,
Neft ilə, kükürdlə hansı od sönmüş?
Keçmişi nəql edən o qoca sərvər
Vurur öz nəqşinə belə bir zivər:
Keyxosrov taxtından Xosrov dönüncə
Ordunun içinə getdi ilk öncə.
Bir gün öz taxtında oturdu artıq,
Köçməyə tökürdü tədbir, hazırlıq.
Bir qasid ay kimi girdi içəri,
Qasid adətilə öpərək yeri
Uca şəhriyara açdı çox əsrar,
Anlatdı nə varsa gizlin, aşikar.
"Üzümü qapma sürtmək üçün mən,
Bura at çapmışam Istəxr şəhrindən.
Nayibin var qızğın salamı sizə,
Ixlasla ərz edir xidmətinizə:
- Şərtlər ki, qoymuşdur nayib tikirkən,
O şərtlə yerimdə nayib oldum mən.
O gündən ölkəni almışam ələ,
inciyən olmamış bir nəfər belə.
Əməl etdim şahın dediklərinə,
Şərtləri yetirdim bütün yerinə.
Şükr olsun, alçaqdan və ya ucadan
Ölkəyə tük qədər dəyməmiş ziyan.
260
Dostları ilə paylaş: |