Yozmaqdan camna düşmüşdü qorxu.
Bilirdi: İskəndər olmuş cahangir,
Fələkdir hər işdə onunla əlbir.
Düşmənlik neylədi, bax, o Daraya,
Nə etdi Həbəşə, Rey, Buxaraya.
Məsləhət görmədi üz çevirməyi.
Onun meydanına kinlə girməyi.
Bilmədi, üstünə gəlmişkən düşman,
O necə qurtulsun bu vuruşmadan?
Qorxudan başladı rica etməyə,,
Şahı çox yad etdi "afərin" deyə:
"Bilirəm: zəkidir, həm də çox ayıq,
Tək ona yaraşır bu cahandarlıq.
Taxümn rütbəsi alçaldır ayı,
Böyüklük haqqıdır, yox onun tayı.
Hörmətdən başqa mən nə etdim ona?
Nə üçün çağınr məni meydana?
Xəzinə istərsə, hamısı qurban,
Əmr etsə, ataram tacı başımdan.
Canıma qəsd etsə, xoşdur, nə deyim,
Dişimlə edərəm hüzura təqdim.
Yoldan da bir bəndə göndərsə mana.
Taxümı, tacımı tapşırram ona.
Kiçiklik həddini əsla keçmərəm,
İskəndər ağadır, mən bir nökərəm.
O mənə naz etsə yalvararam mən,
Narazı qalmasın öz bəndəsindən.
Mənimlə döyüşü o lazım görsə,
Atım kin ilə üstümə sürsə,
Axaram o coşğun Nil ayağına,
Ataram canımı fil ayağına.
Başımı qaçırsam kinli döyüşdən
Qınlar inadı, əzmi bu işdən.
Məqsədi mülkümdən salmaqsa itkin,
Minnətlə razıyam, nə gərək bu kin?
Kükrəyib qoşunla çıxsa qarşıya.
Qaçaram, dar deyil başıma dünya.
Əvvəldən mənimlə bağlasa peyman,
269
Söz versə, sözündə dursa hər zaman,
Talandan əl çəksə, dost olsa mana,
Qapımdan kinini atsa bir yana,
Verərəm dörd şey ki, beşincisi yox,
işığı, dəyəri ulduzdan da çox.
Birinci, qızımı göndərrəm şaha,
Nə qız, bir günəşdir, aydır dərgaha,
ikinci, yaqutdan bir camdır, qış-yaz
içdikcə o camdan şərab azalmaz.
Üçüncü, filosof, gizlini görən,
Göylərin sirrini bilən, göstərən.
Dördüncü, təbibdir, hər dərdi bilir,
Ondan hər xəstəyə bir şəfa gəlir.
Hədiyyə verərəm edərsə qəbul,
Təşəkkür edərək deyərəm: sağ ol!"
Elçi baş əyərək dedi: "Bu şeylər
Hədiyyə gedərsə, böyük İskəndər
Mülkündə başım göyə ucaldar,
Qohum olduğundan hörmətin tutar.
Adım adlılar içində çəkər,
Hər bir istəyinə rəğbət göstərər."
Hind şahı gördü var ağlı, anlağı,
Möhkəmdir, büdrəyən deyil ayağı.
Söylənən sözləri - şərti tutaraq,
Sözə bir qədər də yağ, bal qataraq,
Bir qoca hindlini bu işə görə
Elçiylə göndərdi uca hüzurə.
Şahın dərgahına gələrək onlar
Oldular bağçada gül saçan bahar.
Görüncə hindli o sərapərdəni,
Ayparası aydan uca xeyməni,
Torpağa baş vurub içəri girdi,
Əvvəlcə salamı şaha yetirdi.
Rüsumat bitincə o hindu birdən
Söz açdı qəbulə keçən şeylərdən.
Dörd şeydən danışıb söylədi: "Ey şah!
Heç kəsdə tapılmaz belə bir dəsgah".
Bu istək coşdurdu onun qəlbim,
270
Göz görmək istədi eşitdiyim.
Töhfəm tez ələ almaq fikriylə
Bir an da olsa səbr etmədi belə.
Şirindil hindliylə uca hökmüran
Söylənən şərtlərlə bağladı peyman.
Bəlinas və başqa kəslərlə yenə
Göndərdi örtülü, ağır xəzinə.
Göndərdi alması mum edən məktub,
Bütün Hindistam ram edən məktub.
Yazıldı Key də bu bir hökmürandan,
Qızğın əndahaya müdhiş aslandan.
Bu məktub hər katib işinə yarar,
içində nə qədər gözəlliklər var.
Ürək qızğınlığı üz verdi şaha,
Dostluq şərtlərim artırdı daha.
Qələmi o katib alınca ələ,
Məktubu yoğurdu müşkü ənbərlə.
Bəlinas, bir neçə rumlu birlikdə,
Məktubu aldılar hind şahı Key də.
Bəlinas at çapdı bir an durmadan.
Hind qərargahına çatdığı zaman
Keydin saf qəlbim şən, parlaq gördü,
Hindu hiyləsindən çox uzaq gördü.
Baş əydi, çünki o, bir tacidardır,
Hörmətli taxtı, həm qurşağı vardır,
irəli gedərək öpdü naməni,
Hinduyə tapşırdı o xəzinəm.
Məktubu o katib oxudu əzbər,
Qorxudan yerlərə əyildi göylər.
İSKƏNDƏRİN HİNDLİ KEYDƏ
MƏKTUBU
İskəndər məktubu yazmışdı belə,
Daşı mum edirdi şəfəqqətilə.
Ay, günəş yaradan adından soma,
Düşüncə və ağlın yolu yox ora,
271
Odur hökmüranlıq və höküm verən,
Bütün peyğəmbərə vəhy göndərən.
Lacivərd göylərin altından soma
Salamlar söylərəm namdarlara!
Məktubda yazmış: "Ey böyük pəhləvan,
Taleyin gənc olsun, güclənsin arxan!
Fikrim və iradəm bu idi ancaq,
Fil ilə, toppuzla möhkəm çarpışmaq.
Bir qüvvət göstərim titrəsin cavan,
Dağlar parçalansın bu toppuzumdan.
Bu Hində elə bir od vurum, ondan
Qalmasın bir nəfər boyun ucaldan.
Uca fil başına kəmənd atım mən,
Qandan bixi-ruyən çıxarım nildən
217
.
Hindin torpağım qana bələyim,
Suların başına torpaq ələyim.
Sülh üçün təlaşı görüncə səndə,
Bu işdən cilovu çəkmədim mən də.
Can verən bu dadlı sözlərinlə mən
Qul oldum sənə bir tacidar ikən,
Möhkəm bir kiıişlə bağlandı könlüm,
Öz cadu dilində vurdun bir düyüm.
Elə bir iş et ki, bu közəl peyman
Nəslimiz içində qalsın hər zaman.
Dörd adlı gövhəri göndərsən mənə,
Mən dəxi belə söz verirəm sənə:
Bir ordu kəsilsə bu yeddi kişvər.
Mülkünə bir tükcə yetişməz zərər.
Hər yaxşı, yamanda kömək verərəm,
Bu dediklərimdə duraram möhkəm."
Qasid bu məktubu oxudu Key də,
Yetirdi salamı, baş vurdu bir də.
Bu sevimli sözlər bir füsun saçdı,
Üzünə sehirli qapılar açdı.
Hiyləgər cadunun etdiyi əfsun
Etdi cadugəri özünə məftun.
"Bilirəm ki, Hinddə çoxdur cadugər,
272
Dostları ilə paylaş: |