Bu şərtlə: padişah qalsın mənimlə,
istədiyim şeyi gətirsən ələ."
Gərəkli şeyləri yaxşı-yamandan,
Güc ilə, qızılla tapdı hökmüran.
Bəlinas güvəndi bəxtiyarlığa,
Tədbirlə başladı sənətkarlığa.
Qara daşdan qurdu gözəl nazənin,
Dikəltdi bir yeni ayinli gəlin.
Ağ mərmər çadrası heykəl daşında,
Səmən yarpağıydı bidmişk başında.
Hər qadın keçirkən gördüyü zaman
Utanıb üzünü gizlədi ondan.
Üzünü, gözünü örtdü hər göyçək,
Utanıb üzünə çəkdi bürüncək.
O gün ki, çarşablı heykəl quruldu.
Qıpçağa üz örtmək bir adət oldu.
Sənətkar kişidən sordu İskəndər:
"Nə üçün bu xalqa daş etdi əsər,
Etmədi verdiyim əmrə itaət,
Bu cansız Heykəldən aldılar ibrət?"
Bəxtiyar bilici dedi: "Hökmüran,
Qıpçağın ürəyi qatıdır daşdan!
Bu gümüşbədənlər daşürəklidir
Daşürəkliləri onunçun sevir.
Hər biri elə ki, daşa yan alır
Qaü ürəkləri ondan yumşalır.
Üz-gözü bərk daşdan yaranmış dilbər
Utanıb, üzünü yadlardan örtər.
Bizə də gərəkdir belə bir örtük,
Ərlərə hörmətdir, yadlara örük.
Bir də ki, göylərə aid bir sirr var.
Etmərəm o gizlin sirri aşikar."
O tilsim kök saldı durduğu yerdə,
Üzlərə oldu bir ismətli pərdə.
Tilsimli o heykəl yenə ucalır,
Uçmamış, o çöldə indi də qalır.
Çevrəsi oxlardan dönmüş ormana,
327
Çay boyunca bitən ota, tikana.
Ətəkdə qartallar salan oxlardan
Daha çox görünür qartal və tərlan.
O yerdən keçərkən daim qıpçaqlar,
Pir deyib, başım səcdəyə qoyar.
Hər atlı, piyada o yoldan gedir,
Heykələ pir deyə, pərəstiş edir.
Atım sürərkən daşa, pir deyə,
Edir oxluğundan bir ox hədiyyə.
Çobanlar sürüylə keçərkən ordan
Verər o heykələ bir qoyun qurban.
Qartallar ucadan edərkən pərvaz
Qoyundan o yerdə bir tük də qoymaz.
Qorxaraq, o polad pəncə qartaldan
Heykəlin səmtinə gəlməz bir insan.
Bax, bilici necə bir heykəl qurdu,
O sənəm gah açdı, gah düyün vurdu.
İSKƏNDƏRİN RUS ÖLKƏSİNƏ
ÇATMASI VƏ MÜHARİBƏSİ
Saqi, dur, örtülü bakirəm sən
Mənə ver, qorxursa ərə getməkdən.
Əlimi yuyum hər kirdən, murdardan,
Təmiz olmalıdır bikrə əl vuran!
Yemdən bu bülbül girmişdir bağa,
Bu pəri yan almış işıq - çırağa.
Fikrimə can verir bu pəricamal,
Pəriyə döndərmiş məni bir xəyal.
Bu qara Əhrimən mədənindən mən
Bir gövhər alım ki, çıraqdan rövşən.
Minlərcə eşq olsun, zəkalı ərlər
Zülmətdən çıxarır işıqlı gövhər.
328
Keçmişi gözəlcə bilib tanıyan
Tarixdən nəql edir belə bir dastan:
Rum sənətkarına şah verdi fərman,
Tədbirlər tökərək mum alsın daşdan.
O tələb edilən uğurlu heykəl
Firuzə naxşıtək bəzəndi gözəl.
Heykələ vurmuşdu elə bir bəzək,
Türklərin nəqşinə bağladı ipək.
Heykəli dikəltdi mahir sənətkar,
Önündən şövkətlə keçdi hökmüdar.
Keçirkən saçırdı, cəvahir, dövlət,
Dincəlmək fikriylə çəkirdi zəhmət.
Həftədə bir neçə mənzil gedirdi,
Mənzildə həftədən çox dincəlirdi.
Düşmənə olunca yaxın, coşdu kin,
Əbdərlər pəncəni etdilər kəskin.
Qarşıda göründü geniş bir sahil,
Gecəykən o yerdə etdilər mənzil.
O yaşıl çəməndə ordu, tacidar
Yolun zəhmətindən rahat oldular.
Ulduztək bəzədi baş ordugahı,
Göylərə ucaltdı onda dərgahı.
Hər tərəf bayraqla döndü tovusa,
Ordunun ağzım çevirdi rusa.
Bu qorxulu xəbər çatdı ruslara:
Əskərlə yetişdi o rumlu Dara,
O qədər əskər heç gəlməz xəyalə,
Dağlar da dayanmaz etsə bir həmlə,
Zor igidləri var qılınc oynadan,
insanı qıvrılmış ilantək sancan.
Qızmış bir aslandır kəmənd quranlar,
Fillərin başım yerə buranlar.
Çinli qulları var, hərbə girincə
Bir teldən ox atar yüzlər, minlərcə.
İskəndər deyil tək acıqlı aslan,
Bəladır dünya o qan qusduran.
Ardınca dağ kimi bir ordu gəlir,
329
Yer, göy titrəyərək tozlar yüksəlir,
iki yüz fili var üstü poladdan,
Torpağın canına salır həyəcan.
Çölləri tutmayır igidlər, fillər,
Ordusu ordular yaran bir əndər.
Eşitdi ruslann sərdarı Qıntal
Ki, dövran doğurmuş başqa bir əhval,
Yeddi rus soyundan tərpətdi ordu
246
,
Hər qövmə uyan bir yaraşıq vurdu.
Bərtasdan, Alandan, Xəzrandan hədsiz
Sanasan sel kimi axdı dağ, dəniz.
Isudan Qıpçağın çölünə qədər
Hər yeri doldurdu ox, geyim, xəncər.
Hesaba gəlməyən qədər əskər var,
Sayından acizdi böyük hesabdar.
Qarşıda olam saydı bir bilən,
Ziyadə göründü doqquz yüz mindən.
Rusa iki ağac qaldığı zaman,
Atlardan enərək tutdular məkan.
Rus Qıntal söylədi: "Mərdləri yenən
Döyüşdə qorxarım qızdan, gəlindən?
Heç zəhmət görməmiş belə bir əskər,
Xəzinə karvanı, üstü zər, zivər.
Belə bir namuslu nazlı utancaq
Ruslarla döyüşdə tutarmı ayaq?
Cilovu, yəhəri qızıldır, gövhər,
Saf büllur təbəqlər, yaqut qədəhlər,
işləri içməkdir, kefdir hər zaman,
Bir kərə keçməmiş hərbin yanından.
Gecələr alır xoş qoxudan fərəh,
Gündüzlər içkiylə qaldınr qədəh.
Biz ruslar ciyəri yeyərik bol-bol.
Qızlara yaraşır bu şərab, noğul.
Rumlular, çinlilər döyüşə girməz,
Geyinər qırmızı diba, san xəz.
Haqq bizi nemətlə etmiş sərəfraz,
330
Dostları ilə paylaş: |