|
Nizami GƏNCƏVİ VƏ folklor baki 2013 redaktoru: Muxtar kazimoğlu (İmanov) filologiya üzrə elmlər doktoru
|
səhifə | 14/78 | tarix | 30.01.2022 | ölçüsü | 1,1 Mb. | | #83298 |
| Nizami-folklorOnunla yetmiş düyün açdın.13
6. Yaranışlar. «Sənin varlığın özündədir, Səndən əvvəl heç bir varlıq olmamışdır»14 - deyən Nizamiyə görə, Allah əvvəl göy qatlarını, sonra sudan yeri yaradır, orada insanları yerləşdirib yağış damcıları ilə torpağı cana, bərəkətə gətirir. Maraqlıdır ki, miflərdə olduğu kimi, Nizamidə də suyun günəş istisi ilə qurudulub qatı məhlula, isti məhlulun soyudulub yaş torpağa çevirməsinə işarə olunur:
Sən göyləri qurub ucaltdın,
Yeri isə onların güzərgahı etdin.
Sən bir damcı sudan yaratdın
Günəşdən də parlaq gövhərləri...
Sən «Yağ» deməyincə, göy yağdırmaz,
Sən «Gətir» deməyincə, torpaq məhsul gətirməz...
Dostları ilə paylaş: |
|
|