NOYABR NOVEMBER
MİRAS
|
99
xəBər NEWs
On 6-10 November, 2013 an international conference on “Current
trends in archaeological heritage preservation: the national and the
international perspectives” was held in Iaşi City known as cultural capi-
tal of Romania and considered symbol of the country’s history. Main
organizer of the conference is Iaşi branch of Romanian Academy, Insti-
tute of Archaeology. The project is implemented in collaboration with
European Association of Archaeologists; Department of History of
“Alexandru Ioan Cuza” University of Iași; Moldova National Museum
Complex- Union Museum; National Museum of Romanian History,
Bucharest. Azerbaijan was represented at the conference with delega-
tion of MIRAS Social Organization in Support of Studying of Cultural
Heritage. Reports on ‘International developments in archaeological
heritage resource management’ by Professor Willem J.H. Willems,
faculty of Archaeology, Holland; ‘Symbolic Wars’ by Claire Smith,
World Archaeological Congress; ‘Tourism and Economics at Heritage
Sites: Local and Global Perspectives’ by Douglas Comer, ICOMOS
International Scientific Committee on Archaeological Heritage Man-
agement were made at the opening part. The conference was followed
with sessions on these topics: legal framework and management of the
archaeological heritage; access to the information and public archaeol-
ogy; cultural tourism and archaeological heritage preservation; use and
abuse the legislation: looting and trading antiquities. At the conference
teacher of Azerbaijan Teachers‘ Institute, chairman of MIRAS, PhD
Fariz Khalilli and chief department, researcher-translator Shola Bayra-
mova made a report on ‘research and conservation of public buildings in
Medieval Agsu Town’ and deputy chairman, researcher-journalist Arzu
Soltan on ‘access to the information and public archaeology in the Medi-
eval Agsu Archaeological Tourism Complex’. Scholars from Romania,
Czech Republic, Moldova, India, Italy, Russia, Portugal, the Nether-
lands, Great Britain, Brazil, US and other countries made interesting
reports during the conference.
Conference participants carried out study trips to Cucuteni and Cotnari
sites, Monastery Probota, Medieval Fortress Neamt and Cucuteni Mu-
seum in Piatra Neamț.
06-10 noyabrda Rumıniyanın mədəniyyət paytaxtı kimi
tanınan, ölkənin tarixinin simvolu hesab olunan İaşi şəhərində
“Arxeoloji irsin mühafizəsində cari meyllər” mövzusunda beyn-
lxalq konfrans keçirilib. Konfransın əsas təşkilatçısı Rumıniya
Akademiyası Arxeologiya İnstitutunun İaşi filialı idi. Layihə
Avropa Arxeoloqlar Assosiasiyası, İaşi Universitetinin Tarix
fakültəsi, Moldava Milli Muzey Kompleksi, Rumıniya Milli
Tarix Muzeyi ilə tərəfdaşlıq əsasında baş tutub. Azərbaycanı
konfransda iki məruzə ilə MİRAS Mədəni İrsin Öyrənilməsinə
Kömək İctimai Birliyinin nümayəndə heyəti təmsil edib.
Konfransın açılış mərasimində arxeoloji irs mənbələri menec-
menti sahəsində beynəlxalq irəliləyişlər (Willem J.H.Willems),
rəmzi müharibələr (Claire Smith), irs sahələrində turizm və
iqtisadiyyat: lokal və qlobal perspektivlər (Douglas C.Comer)
mövzusunda məruzələr dinlənilmişdir. Daha sonra konfrans
aşağıdakı bölmələrdə işini davam etdirmişdir: arxeoloji irsin
leqal fəaliyyət sahəsi və menecmenti, informasiya təminatı və ic-
timai arxeologiya, mədəni turizm və arxeoloji irsin mühafizəsi,
qanunvericilikdən istifadə və sui-istifadə: əntiq əşyaların
oğurluğu və satışı. Azərbaycan Müəllimlər İnstitutunun
müəllimi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, MİRAS İctimai
Birliyinin şöbə müdiri, araşdırmaçı Şölə Bayramova “Orta əsr
Ağsu şəhərində ictimai binalarin tədqiqi və konservasiyası”,
MİRAS İctimai Birliyinin sədr müavini, araşdırmaçı-jurnalist
Arzu Soltan “Orta əsr Ağsu şəhəri Arxeoloji turizm komplek-
sinin informasiya təminatı” mövzusunda məruzə etmişlər.
Konfransda Rumıniya, Çexiya, Moldova, Hindistan, İtaliya,
Rusiya, Portuqaliya, Niderland, Böyük Britaniya, Braziliya, ABŞ
və başqa ölkələrin alimləri maraqlı məruzələr etmişlər.
Konfrans iştirakçıları İaşi və ətrafındakı Cucuteni və Cotnari
abidələri, Probota monastrı, Neamt qalası, Piatra-Neamt Cucu-
teni Eneolit İncəsənəti Muzeyi ilə tanış olmuşlar.
MİRAS “ARxeoLoJİ İRSİn MÜhAFİzƏSİnDƏ cARİ
MeyLLƏR” BeynƏLxALQ KonFRAnSInDA
MiRAs At iNtERNAtiONAL CONfERENCE ON ‘CuRRENt tRENDs iN ARCHAEOLOGiCAL
HERitAGE PREsERVAtiON: tHE NAtiONAL AND tHE iNtERNAtiONAL PERsPECtiVEs’ s’