~ 180 ~
Cədvəl 11
Dişi qametlərində A və a
allellərinin
tezliyi
Erkək qametlərində A
və a allellərinin tezliyi
pA
qa
pA
pA∙pA=p
2
AA
pA∙qa
qa
pA∙qa
qa∙qa=q
2
aa
Deməli iki cür erkək və dişi qametlər arasında 4 cür kombinasiya
meydana gəlir.
p
2
AA + pqAa + pqAa + q
2
aa = p
2
AA + 2pqAa + q
2
aa
Əgər qametlərin sıxlığını p+q=1 götürsək, onları əmələ gətirən
fərdləri belə ifadə edə bilərik:
p
2
AA + 2pqAa + q
2
aa = 1
Misal üçün belə təsəvvür edək ki, müəyyən bir sahədə yaşayan
10000 kürən rəngli tülkü populyasiyası içərisində 9 albinos vardır. Başqa
sözlə 10000-dən 9991-i kürən və 9-4 albinosdur.
Hardi-Vaynberq qanununa görə dominant
A allelini həm homoziqot
AA, həm də heteroziqot
Aa formalar daşıyacaqdır. Bunlar birlikdə 99,91%,
resessiv homoziqot aa fərdlər isə 0,09% təşkil edəcəkdir. Əgər
populyasiyada genotiplərin cəmi vahidə bərabər olursa, onda dominant
genotipləri (
AA+
Aa) 0,9991, resessiv genotiplər isə (
aa) 0,0009 sıxlıqda
olacaqdır. Burada albinos tülkülər
aa=q
2
=0,0009 olarsa, onda bir allelin
sıxlığı q=
= 0,03 olacaq. p+q=1 düstüruna görə p=1 - q=1 - 0,03
= 0,97. p və q mılum olduqdan sonra heteroziqot fərdlərin sıxlığı pq =
0,03∙0,97 = 0,0582, homoziqot fərdlərin sıxlığı isə AA = p
2
= 0,97
2
=
0,9409 olacaqdır. Alınan rəqəmləri faiz ilə ifadə etsək populyasiyanın
genetik tərkibini belə təsəvvür edə bilərik.
AA = 94,09 % Aa = 5,82 %
aa = 0,09 %
Deməli populyasiyada müəyyən fenotipləri hesaba almaqla onda
genotiplərin və allellərin sıxlığını hesablamaq olar.
Populyasiyanın genetik sturukturuna miqrasiyanın və təcrid
faktorlarının təsiri
Təbii populyasiyalarda və həmçinin ayrılıqda ev heyvanları və
mədəni bitkilərin cins və sortlarının fərdləri arasında allellərin miqrasiyası,
yəni fərdlərin bir populyasiyadan digər populyasiyalara keçmələri baş verə
bilər. Əgər bu proses həmişə davam edirsə, buna genlərin axını deyilir. Bir
populyasiyadan başqa populyasiyaya keçən allellər onun genotipində
~ 182 ~
Çarpazlaşmanın populyasiyanın genetik strukturuna təsiri
Hər bir çarpazlaşma heteroziqot genotiplərin əmələ gəlməsinə və
populyasiyaya yeni allellərin və genotiplərin daxil olmasına səbəb olur:
bunun nəticəsində allellərin tezliyi genotiplərin strukturunu dəyişir, gen
tarazlığını pozur. Bu hal xüsusən kəskin fərqlənən heyvan cinsləri və bitki
sortları arasında aparılan çarpazlaşmada və növlərarası çarpazlaşma
zamanı yüksəkdir. Çarpazlaşmalar nəticəsində yeni əlamət və
xüsusiyyətlər meydana gəlir və insan seleksiya prosesində faydalıları ayırır
və artırır.
Çarpazlaşma heteroziqotluğa gətirib çıxarır. Çox zaman birinci
nəsildə orqanizmlərdə heterozis hadisəsi baş verir. Alınan hibridlərin
genotipləri əksər lokuslarına görə heteroziqot vəziyyətdə olurlar. Birinci
nəsildə hibridlərin heteroziqotluğu, xüsusən heyvanlarda həyat
qabiliyyətinin və məhsuldarlığın artmasına səbəb olur. Heteroziqot
orqanizmləri çoxaldanda gələcək nəsillərdə heterozis effekti zəifləyir,
çünki populyasiyada və yaxud cins və sortlar arasında heteroziqot fərdlərin
sayı azalır, homoziqot fərdlərin isə sayı çoxalır.
Qeyd olunan kompleks faktorlar: seçmə, mutasiya prosesi, təcrid,
genlərin dreyfi, miqrasiya, çarpazlaşma, populyasiyanın strukturuna,
allellərin və genotiplərin nisbətinə öz təsirini göstərir. Genlərin tarazlığı
pozulur, populyasiyanın fərdlərinin fenotipik xüsusiyyətləri dəyişir.
Beləliklə, populyasiyanın genetik strukturuna bir sıra faktorların
təsiri nəticəsində onların formalaşması prosesi gedir. Populyasiya
genetikası əsasında alınan nəticələr, elementar təkamül hadisələrini
anlamaq üçün müasir təkamül təliminin ayrılamz hissəsi olub böyük
əhəmiyyət kəsb edir.
Populyasiyanın genetik strukturuna mutasiya prosesinin təsiri
Əgər genlər mutasiyaya uğramırsa, populyasiyada onların tezliyinin
nisbi olaraq daimi qalması mümkündür. Lakin təkamüldə irsi
dəyişkənliyin ilkin mənbəyini mutasiyalar təşkil edir. Doğrudur, gen
təbiətdə nadir hallarda mutasiyaya uğrayır, lakin genofondda çoxlu
miqdarda mutasiyalar baş verə bilər. Yeni mutant genin meydana gəlməsi
başlanğıc genin tezliyini dəyişir. Məs., A geni mutasiyaya uğrayaraq a
geninə çevrilə bilər (A→a). Bu qayda üzrə baş verən hər yeni mutasiya
nəticəsində populyasiya öz sabitliyini saxlaya bilmir. Mutant genlər
orqanizmə müxtəlif təsir bağışlaya bilər, onlar faydalı, zərərli (letal) və