Nuklein turşularinin kimyəvi quruluşU



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/82
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#2228
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   82

 
~ 121 ~ 
biri  isə  Y-xromosomu  daşıyan  nüvə  ilə  mayalanır.  Nəticədə  iki  nüvəli 
yumurtadan əmələ gəlmiş ziqota iki blastomerə bölünəndə onlardan birinə 
XX xromosomları, o birinə isə XY-xromosomları düşür. XX xromosomları 
düşən  blastomerdən  orqanizmin  dişi  tərəfi,  XY  xromosomu  düşən 
blastomerdən  isə  erkək  tərəfi  inkişaf  edir.  Beləliklə,  kinandromorf 
orqanizm  meydana  gəlir.  İstər  intersekslərin  və  istərsə  də 
kinandromorfların öyrənilməsinin cinsiyyətin genetik cəhətdən izahı üçün 
müəyyən əhəmiyyəti vardır. 
Nəticədə  belə  deyə  bilərik  ki,  cinsiyyətin  təşəkkülündə, 
formalaşmasında  cinsiyyət  xromosomlarının  çox  hallarda  X  və  bəzən 
hallarda isə Y-xromosomlarının böyük rolu vardır. Buradan məntiqi yol ilə 
belə  bir  sual  meydana  çıxır:  cinsiyyətin  formalaşmasında,  meydana 
çıxmasında autosom xromosomlarının heç bir rolu yoxdurmu? 
 
Cinsiyyəti izah edən balans nəzəriyyəsi 
 
Yuxarıdakı bəhslərdən bizə məlum oldu ki, cinsiyyət də orqanizmin 
başqa  əlamət  və  xassələri  kimi  müəyyən  faktorlarla  –  genlərlə  meydana 
gəlir.  Deməli,  genlər  orqanizmin  ikinci  dərəcəli  əlamətlərinin  də, 
inkişafında  böyük  rol  oynayır.  Genetikada  belə  bir  mülahizə  yaranmışdır 
ki,  dişi  cinsiyyəti  idarə  edən  genlər  X  xromosomunda.  Erkəyinki  isə  Y-
xromosomunda yerləşmişdir.  
Lakin bununla belə autosom xromosomlarının da cinsiyyətdə rolunu 
müəyyən  etmək  üçün  cinsiyyət  xromosomları  ilə  autosom  xromosomları 
arasındakı  nisbətlər  öyrənilmişdir.  Bu  baxımdan  dişilərdə  2  X-
xromosomuna  qarşı  2  A  (autosom)  xromosomları  olur,  dişi  cinsiyyətin 
formalaşmasında  2X:2A=1  olur.  Deməli,  bu  nisbət  bərabər  olanda  dişi 
cinsiyyət formalaşır. Lakin erkəklərdə 1 X-xromosomu olduğundan burada 
X-in  A-ya  nisbəti  1:2  nisbəti  kimi  olur.  Deməli,  X:2A=0,5  olanda  erkək 
cinsiyyət formalaşır. Lakin Bridcesin təcrübələrində olduğu kimi meyozda 
xromosomların  düzgün aralanmaması nəticəsində cinsiyyət  xromosomları 
ilə  autosom  xromosomları  arasındakı  nisbətlər  (X:A)  pozulur. 
Xromosomların  aralanmaması  halları  həm  cinsiyyət  və  həm  də  autosom 
xromosomlarında  baş  verə  bilər.  Bəzən  elə  dişilər  meydana  çıxır  ki, 
onlarda  2  deyil  3  X-xoromosomu  olur  və  X-in  A-ya  nisbəti  dəyişir: 
3X:2A=1,5  olur.  Bu  cür  dişilər  üstün  dişi  adlandırılır.  Meyozda 
xromosoların aralanmaması hallarında cinsiyyət xromosomları ilə autosom 
xromosomları arasındakı nisbət müxtəlif dərəcədə dəyişilə bilər. 
Bridces 1919-cu ildə drozofil milçəkləri arasında triploid dişilər, yəni 


 
~ 122 ~ 
hər  tip  xromosomu  (3  X,  3  A)  olan  dişi  milçəklər  tapmışdı.  Bridces  bu 
triploid milçəkləri normal erkəklərlə çarpazlaşdırdıqda cinsiyyətcə bir sıra 
müxtəlif formalar meydana çıxmışdır.  
Qeyd  edilən  çarpazlaşmada  aşağıdakı  nəsillər  əmələ  gəlmişdi:           
1. Normal diploid dişilər; 2. Autosom xromosomları diploid olan yalnız bir 
X-xromosomu artmış olan üstün dişi; 3. Həm autosom xromosomları, həm 
də  cinsiyyət  xromosomları  üç  kompleksdən  ibarət  olan  triplod  dişilər;       
4. İki X-xromosomu, üç kompleks  autosom xromosomu olan və əlavə  Y-
xromosomu  daşıyan  interseks  milçəklər;  5.  Bir  X-xromosomu  və  bir  Y-
xromosomu  və  3  kompleks  autosomu  olan  üstün  erkək  milçəklər;             
6. Normal diploid erkəklər. 
 
 
 
 
 
 
 
 
 
 
   
Cədvəl 6 
Balans nəzəriyyəsinə görə drozofil milçəyində cinsiyyətin təyini 
Cinsiyyət tipləri 
X-xromo-
somların sayı 
Autosom yığımı 
sayı (A) 
X:A cinsiyyət 
indeksi 
Üstün dişilər 


1,5 
Normal 
dişilər 
4n tetraploid 


1,0 
3n triploid 


1,0 
2n diploid 


1,0 
n haploid 


1,0 
İntersekslər 


0,67 
Normal erkəklər 


0,5 
Üstün erkəklər 


0,33 
 
Bridcesin  balans  hipotezinə  görə  orqanizm  cinsiyyətcə  biopoten- 
sialdır,  yəni  o,  özündə  həm  dişi,  həm  də  erkək  cinsiyyətin  imkanlarını 
daşıyır.  Cinsiyyət,  fərdin  inkişaf  prosesində  erkək  və  dişiliyi  təmin  edən 
genlərin  –  cinsiyyətin  determinatorlarının  balansından  asılıdır.  Əslində 
cinsiyyətin formalaşması həm cinsiyyət xromosomundan, həm də autosom 
xromosomlarından  asılı  olur.  X-xromosomu  dişi  cinsiyyətin  və  autosom 
xromosomları  isə  erkək  cinsiyyətin  inkişafını  təmin  edən  genlər  daşıyır. 
Ziqotdan  hansı  cinsiyyətin  inkişaf  edəcəyi  X  və  autosom  xromosomların 
balansından asılıdır.  
Bridcesə  görə  interseksuallığın  dərəcələri  şəraitdən  də  asılıdır. 
Yüksək  temperaturda  interseks  ziqota  dişiliyə  doğru,  aşağı  temperaturda 
isə  erkəkliyə  doğru  meyl  göstərir.  Deməli,  bir-birinə  əks  olan  cinsiyyət 
genlərinin  qarşılıqlı  təsiri  xatici  amillərdən  də  asılıdır.  Bu  nəticəyə  görə 
seçmə vasitəsilə intersekslərdə cinsiyyətə doğru meyli gücləndirmək, daha 
doğrusu; dişi və ya erkək cinsiyyətə doğru tənzim etmək. 
Drozofil milçəyində elə genlər aşkar edilmişdir ki, onlar homoziqot 
vəziyyətə  cinsiyyət  nisbətinin  kəskin  surətdə  dəyişməsinə  səbəb  olur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə