Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə27/113
tarix25.06.2018
ölçüsü3,36 Mb.
#51422
1   ...   23   24   25   26   27   28   29   30   ...   113

● Ayə 107:


﴿قُلْ آمِنُواْ بِهِ أَوْ لاَ تُؤْمِنُواْ إِنَّ الَّذِينَ أُوتُواْ الْعِلْمَ مِن قَبْلِهِ إِذَا يُتْلَى عَلَيْهِمْ يَخِرُّونَ لِلأَذْقَانِ سُجَّدًا﴾

De ki, Qurana iman gətirin, ya gətirməyin (Allah üçün fərqi yoxdur). Şübhəsiz, bundan öncə elm verilənlərə tilavət olunarsa, səcdə edən halda üzü üstə yerə düşərlər.”


Nöqtələr


● “Xərir” sözündən olan “yəxirrun” sözü yüksəklikdən tökülən su səsi mənasını bildirir. Eləcə də özündən ixtiyarsız Allah qarşısında səcdəyə düşən, təsbih dediyi halda səsi ucalan kəs belə adlanır.

● “Üzü üstə” (“çənəsi üstə”) ifadəsi təvazönün son həddini göstərir. Belə bir səcdədə alından əlavə, üz və çənə torpağa toxunur.


Bildirişlər


1. İnsanların iman və küfrünün Quranın haqq olmasına təsiri yoxdur.

2. Elm ilahi hədiyyədir.

3. Cəhalət kafirlərin nəzərində Allaha iman səbəbidirsə, Quran nəzərində imansızlıq səbəbidir. Quran elm və biliyi imanın kökü sayır.

4. Kitab əhli alimlərindən bir qrupu Qurana iman gətirdilər, Quran onların ruhunda dərin iz qoydu.

5. Gerçək elm insanı həqiqət qarşısında itaətə vadar edir.

6. Müxaliflərin əziyyətlərinin ruhumuzu sarsıtmaması üçün bir qrupun haqq qarşısında inadkarlığı zamanı itaət əhlini xatırlamaq lazımdır.

7. Quran o qədər uca və dəyərlidir ki, onun tilavəti alimlərin diqqəti ilə izlənilir.

● Ayə 108:


﴿وَيَقُولُونَ سُبْحَانَ رَبِّنَا إِن كَانَ وَعْدُ رَبِّنَا لَمَفْعُولاً﴾

Deyirlər ki, bizim Rəbbimiz pak-pakizədir. Həqiqətən, Rəbbimizin vədi yerinə yetəsidir.”



● Ayə 109:


﴿وَيَخِرُّونَ لِلأَذْقَانِ يَبْكُونَ وَيَزِيدُهُمْ خُشُوعًا﴾

Ağlayaraq üzü üstə (səcdəyə) düşərlər mütilikləri daim artar.”



Nöqtələr


● “Yəxirrunə” təbirinin təkrarlanmasının bir neçə səbəbi ola bilər: onların səcdəsinin təkrarına görə, uyğun kamilliyi dəyərləndirməyə xatir, birinci mərhələdə Tövrat və İncilin vədinə çataraq Quran ayələrinə mərifət üçün səcdə, ikinci mərhələdə mütilik ruhiyyəsinə görə səcdə.

● Tövrat və İncildə son Peyğəmbərin (s) gəlişi ilə bağlı dəfələrlə vəd verilmişdir. Ayədə işarə olunur ki, kitab əhlindən bəziləri ilahi vədin gerçəkləşməsini görüb Allaha təsbih deyir, müti halda səcdəyə düşürdülər.


Bildirişlər


1. Yaxşı insanların və möminlərin danışıq və rəftarlarının təkrar bəyanı başqalarının tərbiyəsinə müsbət təsir göstərir.

2. Alimlər Allahı istənilən növ eybdən pak sayırlar. (Allahı nöqsanlı saymaq cəhalətdən qaynaqlanan əqidədir.)

3. Quran tilavəti bəzilərinə bir neçə baxımdan təsir göstərir: əməl, bəyan və qəlb.

4. Quran tilavəti insanı daim yüksəldir.

5. Mərifət və mütiliyin məhdudiyyəti yoxdur. İnsanın mərifəti, həqiqətlə tanışlığı artdıqca onun mütiliyi də artır.

6. İbadət və səcdə halında ağlamaq dəyərlidir.

7. Səcdədə Allah zikri səcdənin dəyərini göstərir.

8. Göz yaşı elmin bərəkət və təsirlərindəndir.

9. Bir anlıq yox, daimi göz yaşı dəyərlidir.

● Ayə 110:


﴿قُلِ ادْعُواْ اللّهَ أَوِ ادْعُواْ الرَّحْمَـنَ أَيًّا مَّا تَدْعُواْ فَلَهُ الأَسْمَاء الْحُسْنَى وَلاَ تَجْهَرْ بِصَلاَتِكَ وَلاَ تُخَافِتْ بِهَا وَابْتَغِ بَيْنَ ذَلِكَ سَبِيلاً﴾

De ki, ya Allah adını çağırın, ya da Rəhman. Hər hansını dilə gətirirsinizsə gətirin. Çünki ən gözəl adlar Onundur. Namazını çox hündürdən ya çox ahəstə qılma, orta halı gözlə. (Orta yolu seç.”



Nöqtələr


● Bəzi təfsirlərdə bildirilir: həzrət Peyğəmbər (s) Məscidül-Həramda dua oxuyur və deyirdi: “Ya Allah, ya Rəhman.” Bəziləri elə güman etdilər ki, Peyğəmbər (s) birinin adı “Allah”, o birinin adı “Rəhman” olan iki Allahı çağırır. Ayə nazil oldu, uyğun şübhələrə cavab verildi.1

● Bəzi adlar sadəcə əlamət və nişanədir. Bu adlarda hər hansı məna yoxdur. Məsələn, fərdləri səsindən, libasından, avtomobilindən tanımaq və ya ölkəni bayraq və ya gerbi ilə müəyyənləşdirmək. Bəzən isə adlar nişanə olmur, mahiyyət daşıyır. Məsələn, Allahın mübarək adları. Bu adların hər biri Onun zatının kamalından danışır.

● Peyğəmbər (s) namaz qıldığı vaxt kafirlər şer oxumaqla ona mane olurdular. Həzrət namazı yavaşdan qıldıqda isə səhabələr eşitmirdi. Bu ayədə namazı orta səslə qılmaq göstəriş verildi.2

● Şiə və sünni rəvayətlərində deyilir: Allahın doxsan doqquz adı var və duada Allahı bu adlarla çağıran nicat tapıb qalib gələr.3


Bildirişlər


1. Peyğəmbər şübhələri aradan qaldırmalıdır.

2. Allahın bütün adları eyni bir həqiqətə qayıdır və Onun zatının eynidir.

3. Gözəl adlar və üstün sifətlər Allaha məxsusdur.

4. Allah və Onun kamillikləri sonsuz, insanın ağıl və nitqi məhdud olduğundan Allahı Ondan və Qurandan öyrəndiyimiz adlarla çağırmaq yaxşıdır. Əks-təqdirdə insan yanlışlığa düçar olub, Allaha qeyri-münasib adlar aid edə bilər.

5. İnsan dua oxumaqda azaddır. Allahı istənilən bir adı ilə çağırmaq olar.

6. Allahın hər bir adında ən üstün məna, ən müqəddəs məfhum mövcuddur.

7. İslam orta dindir. Hətta namazı orta səslə qılmaq lazımdır.

8. İslam niyyət və əməldən əlavə üsul və keyfiyyətə də diqqət yetirir. Namaz xüsusi bir qayda ilə qılınmalıdır.



● Ayə 111:


﴿وَقُلِ الْحَمْدُ لِلّهِ الَّذِي لَمْ يَتَّخِذْ وَلَدًا وَلَم يَكُن لَّهُ شَرِيكٌ فِي الْمُلْكِ وَلَمْ يَكُن لَّهُ وَلِيٌّ مِّنَ الذُّلَّ وَكَبِّرْهُ تَكْبِيرًا﴾

De ki, həmd-sitayiş özünə övlad götürməmiş, hökmündə şərik olmayan, zəifliyinə görə yardımçı tutmayan Allaha aiddir. Onu layiqincə böyük tut.”




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə