Öd daşi xəSTƏliyi



Yüklə 174,25 Kb.
səhifə3/3
tarix20.09.2017
ölçüsü174,25 Kb.
#1066
1   2   3

Limon vasitəsi ilə keçirilən müalicə tanınmış amerikalı alimi Xeyqin nəzəriyyəsinin düzgün olduğunu təsdiq edir. Bu nəzəriyyəyə görə, xroniki xəstəliklərin əksəriyyəti bədənin ayrı-ayrı hissələrində həddindən artıq cəmlənmiş və xəstəlik törədən maddələr mübadiləsini məhsullarıdır. Limonla müalicə də bu məhsulların hərəkətə gətirməsi deməkdir. Cəmlənmiş və limon şirəsi ilə əridilmiş sidik turşusu yenidən qana qayıdır və böy rəklər tərəfdən xaric edilir.

Limon müalicəsinin ən faydalı önəmliklərindən birisi də odur ki, o, orqanizmin sidik turşusu ilə zəhərlənən hallarda tez-tez yanaşı təsadüf edən həm ürək çatmamazlığı, həm ürəyin özü mexaniki olaraq müalicə olunurş Sidik turşusundan təmizlənəndə qan və qan təzyiqi azalır, nəbz tezləşir və bu xəstəliklərdən azad olan insan normal və, sözsüz ki, daha xoşbəxt həyat tərzinə qayıtmağa müvəffəq olur.

İMMUNITET

İynənin göz tərəfı ilə xəstənin dərisində xətt keçirin. Əgər dəri kapilyarların qısadılması əlaməti olan zərif qırmızı cızığın yerinə ağ cızıq əmələ gəlib itir, bu kapilyarların mənfı reaksiyasının aşkar-aydm işarəsidir..

Bu da insanın həyati qüvvələrinin son dərəcədə tükənməsindən xəbər verir; və ona təcili və uzunmüddətli istirahət etmək məsləhətdir.

İmmun sistemin düşkünlüyü çox zaman psixoqen amillərlə bağlıdır. Infeksiya xəstəliklərinə düçar olduqda insan orqanizminin sümük toxumasında olan kalsium azalır. Bu kalsium çatmamazlığı özünü siimük ağrıları ilə birüzə verir. Belə hallarda orqanizmə təcili yardım gərəkdir. Qələvi reaksiyadan əmələ gəlmiş maddələrdən istifadə etmək məsləhət edilir.


NORMAN YOKER ÜSULU İLӘ BӘDӘNİN ZӘHӘRLӘRDӘN TӘMİZLӘNMӘSİ

Demәk olar ki, bütün xәstəliklәr vә vaxtından әvvәl ölümün başlıca sәbәbi düzgün qidalanmamaqdır. Uyğunsuz müxtәlif qidaların qәbulu bağırsaqların funk-siyasını pozur, onları deformasiyaya uğradır. Bәdәnin tәmizlәnmәsi üçün çox üsullar mövcuddur. Bunlardan әn başlıcası ac qalmaqdır. Lakin, bundan daһa münasib üsullar da var. Sağamlığın әn әsas sәbәbi bədәnin daxi-linin tәmiz olmasıdır (xarici öz yerindә). Bәdәnini әgәr tәmiz saxlasan, bil ki, daima sәn sağlam olarsan. Qeyri sağlam maddәlәrin, şlakların bәdәndә toplanması sağlamlığa ağır zәrbә vurur. Zәһәrli maddәlәrin bәdәndәn xaric olmasını ağciyәrlәr, beyrәklәr, dәri (tәr vasitәsilә), vә bağırsaqlar һәyata keçirirlər.

Dәri tәr vәzilәri vasitәsilә bәdәndә olan zәһәrli maddәləri xaric edir. Böyrәklәr qida mәһsullarında olan zәһәrli (toksiki) maddәlәri vә mübadilә vasitәsilә һasil olan toksinlәri bәdәndәn xaric edirlәr. Bağırsaqlar isә qida qalıqlarını bәdәndәn xaric edirlәr. Zәһәrli maddәlәr bәdәndәn xaric olmadıqda zülallar parçalanır, dağılır vә zәһәrә çevrilərәk bәdәni zәһәrlәyirlər. Belәliklә qan zәһәrlәnәrәk bәdәndә turş muһit yaranır. Hansı ki, bәdәn-dә, qanda qәlәvi müһit olmalıdır. Belә һalda zәһәrli müһit-dәn azad olmaq üçün tәcili olaraq gündә 2-3 dәfә tәmizlәyi-ci imalә etmәk mәslәһәt görülür (2-3 gün).

Bundan başqa 25 qr (1 xörәk qaşığı) natrium sulfat duzu götürüb. 1 stakan suda һәll edәrәk sәһәr ac qarına içib bağırsaqları tәmizlәmәk lazımdır. Bu mәһlul limfa sistemindә vә orqanizmin digәr yerlәrindәn olan toksiki maddәlәri dә özünә çәkәrәk bәdәndәn xaric edir.

Bu proseduralar zamanı orqanizmdәn 3-4 litrәdәk zәһәrli maddәlәr xaric olur vә bu zaman bәdәn susuzla-şır. Onun yerini tәmiz mayelәrlә doldurmaq üçün 2 litr sitrus meyvәlәrinin tәzә şirәsi vә üzәrinә 2 litr tәmiz su töküb qarışdırıb içmək lazımdır. Bu zaman bәdəndә vә qanda normal qәlәvi müһit yaranır.

Sitrus meyvәsinin şirәsi üçün 4 böyük vә ya 6 orta böyüklükdә qreypfrut, 2 böyük vә ya 3 orta böyüklükdә limon, qalanını isə portağal şirәsilә һesablayıb cәmi 2 litr şirә һasil etmәk təlәb olunur. Ona 2 litr su qarışdırmaq. Bu qarışığı natrium sulfat duzunu qәbul etdikdәn 30 dәqiqә sonra һәr 30 dәqiqәdәn bir 150-200 ml içməyә başlamaq lazımdır - qurtarana qәdәr.

Bu tәmizlәnmә prosedurası zamanı әlavә һeç bir şey yeyib içmәk olmaz. Әgәr axşama yaxın acımış olsa-nız portağal vә ya qreypfrut yeyә bilərsiniz.

Yatmazdan әvvəl 2 litr ilıq tәmiz sü ilә üzәrinә 2 limonun şirəsini sıxmaqla imalә etmәk lazımdır. Bu imaləni etmәkdə mәqsәd bağırsaqların selikli qışalarının büküşlәrindә toplanan bütün qalıqları xaric etmək-

dir.

Bu proseduranı üç gün davam etdirmәk (yәni һәr gün tәkrar etmәk lazımdır). Belәliklә bu üç gün әrzindә bәdәndәn 12 litr zәһәrli maddә xaric olacaq. Eyni zamanda һәmin һәcmdә dә qәlәvilәşdirici mәһlul bәdәndә olan turş müһit (zәһәrli müһt), qәləvi müһitlә әvәz olunmaqla normal müһit yaranacaq.



Dördüncü gün meyvә və tərəvəz şirәsi içib yeyә bilәrsiniz (çiy һalda). Bu proseduradan sonra ümumi zәiflik һiss edә bilәrsiniz. Bunun üçün naraһatçılığa һeç bir əsas yoxdur. Keçib kedәcək vә gümraһlaşacaqsınız.

Bununla sizin orqanizminız bütün zәһәrli maddә-lәrdәn tәmizlәnmiş olacaq.


ÇAY BİR ÇOX DƏRDLƏRİN DƏRMANIDIR

Bizə gəlib çatan yazılı məlumatlara əsasən insanlar eramızdan əvvəl üçüncü əsrdən bəriçaydan bir içki kimi istifadə edirlər.Qiymətli texniki bitkilər içində çay faydalı vitaminlər anbarı hesab edilir. Onun tərkibində 130-a yaxın nadir və qiymətli maddələr var. Çay insanı sağlamlaşdırır, ürək döyüntülərini nizama salır, Əhval ruhiyyəni yüksəldir. Bu qədim dövrün xalq təbabətçilərin fikridir və bu indi də təsdiq olunur.Çay çiçəyi , yarpağı , toxumu və cavan zoğlarından xalq təbabətində və eləcə də elmi təbabətdə geniş istifadə olunur.

İlk dəfə çay Lənkəran , Astara , Şəki- Zaqatala zonalarında 1931-ci ildə əkilib becərilməyə başlanmışdır. Mö’cüzəli tərkibə malik olan çayın yarpağından yaşıl çay kimi istifadə edilirdi. Çünki belə halda çay dəyərli keyfiyyətlərini nisbətən az itirir.Məsələn , yaşıl çay qanlı ishal xəstəliyinin müalicəsində ən tə’sirli vasitələrdəndir.Gün ərzində hər dəfə təzə dəmləməklə 5-6 stəkan yaşıl çay içmək kifayyətdir. Müalicə müddəti xəstəliyin vəziyyətindən asılıdır. Yaşıl çay içmək mə’də bağırsaq sistemində baş verən qanaxmanın qarşısını alır. Revmatizm və xroniki hepatit xəstəliyi olanlar yaşıl çay içməklə özlərini müalicə edə bilərlər. O ateroskleroz və hipertoniya xəstəliyinin müalicə edilməsində mühüm rol oynayır. Yaşıl çay içməklə qan təzyiqini ən geci bir həftəyə normal vəziyyətə gətirmək olar. Yaşıl çayın belə bir sehrli ə’laməti onun tərkibində C vitamininin çoxluğu ilə əlaqədardır. Onun tərkibində olan C vitamini , limon , portağal şirəsində olduğundan 3-4 dəfə çoxdur. Tərkibində zənginliyinə görə yalnız itburnu yaşıl çaydan üstün hesab edilir.

Çay sidik kisəsində, böyrəklərdə daş əmələ gəlməsinin qarşısını alır. Çinlilər çayı çox içdikləri üçün(həm də düzgün dəmləmə bacarığına malik olduqlarından ) onlar sidik kisəsində də böyrəkdə daşın nə olduğunu bilmirlər.

Çaydan sinqa və avtaminoz xəstəliklərinin müalicəsində istifadə edirlər. O , nefrit, qızılca , göy öskürək , qızılca , qrip, günvurma zamanı çox yaxşı təsir göstərən vasitələrdən biridir. Çay həmçinin bədəndə duz mübadiləsinin qaydaya salır, xarici tənəffüsün normallığına xeyli tə’sir göstərir. Çaydan düzgün istifadə etdikdə qan damarlarının spazması asanlıqla aradan qalxır və damarların elastikliyi artır. Çay şua xəstəliyinin müalicəsində də kara gəlir. Belə ki , çay şualanmanı neytrallaşdırır və bu şuaları tədricən bədəndən çıxarır.

Çayın tərkibində olan ortor maddəsi dişləri xəstəliklərdən qoruyur. O bədənin hərarətini 1-2 dərəcə aşağı salmağa qadirdir. Bunun üçün çayı az-az , lakin tez-tez içmək lazımdır.Çay həm də tərlədici vasitədir. Ondan soyuqdəymə , qrip zamanı istifadə etmək məsləhətdir. Çay bütün pəhriz zamanı icazə verilən yeganə içkidir. Onu yemək zamanı içirlər, çünki iştahanı artırır., həzmetməni yaxşılaşdırır. Ən yaxşı cəhət odur ki, insanın kökəlməsinə səbəb olmur.

Çay dərinin elastikliyini artırır , onun rəngini yaxşılaşdırır. Yadda saxlamaq lazımdır ki, çayın tamı və müalicə qabiliyyəti yalnız təzə və düzgün dəmləməklə özünü göstərir. Çay ustası kimi tanınan çinlilər qaynar su ilə (100 dərəcə) çay dəmləməyin əleyhinədirlər. Çünki çayın üzərinə tökülən qaynar su onun tərkibini parçalayır. Odur ki, çayı istiliyi 80 dərəcə olan qaynar su ilə dəmləmək lazımdır. Çin təbiblərinin fikrincə çayı dəm alan kimi içmək məsləhətdir, onu uzun müddət saxlamaq olmaz , bu hətta zərərlidir. Çin təbabəti axşam yeməyindən sonra çay içməyi məsləhət görmür.Onlar hipertoniya ürək və ciyər xəstəlikləri keçirən adamlara , çayı yalnız açıq və az miqdarda içməyi tövsiyyə edirlər.

ÇİYƏLƏK - FRAGARIA VESCA Z.


Bu, qızılgülçiçəklilər - Rosaceae fəsiləsindən olub, Azərbaycanın dağ-meşə rayonlarında çox geniş yayılmışdır. Quba, Xaçmaz, Qusar, Şəki, Zaqatala, Lənkəran rayonlarında bu bitkinin ehtiyyatı çoxdur. Xalq təbabətində çiyələyin meyvəsindən podaqra və böyrəklərdə daş əmələgəlmə xəstəliyində, yarpaqlarında isə sidikqovucu dərman kimi istifadə edilir. Çiyələk eyni zamanda orqanizmin maddələr mübadiləsini yaxşılaşdırır və həzmolmanı asanlaşdırır, qaraciyərin və kisəsinin iltihabını aradan qaldırır. Çiyələk avitaminoz xəstəliyinə qarşı da yaxşı təsir göstərir.
Meşə çiyələyinin meyvələrində bir sıra vacib maddələr vardır. Bunlardan: alma, limon və xinin turşularının [2,5 - 4 %-ə qədər], qlükoza və saxaroza şəkərlərini [6 - 9,5 %], aşı maddələri [0,4 %], C vitaminini [20 - 50 mq %], karotini [3,5 %], pektin maddələri, dəmir duzlarını və efir yağını göstərmək olar. Yarpaqlarında isə 250 - 280 mq % C vitamini, 2 - 3 %-ə qədər aşı maddəsi, üzvi turşular vardır.
Çiyələyin qurudulmuş yarpaqlarını moruq meyvəsilə birlikdə çay kimi dəmləyib, soyuqdəymədən baş verən xəstəliklərə qarşı tərlədici dərman kimi işlədilir.
Elmi təbabətdə çiyələyin meyvələrindən və yarpaqlarından istifadə olunur. Meyvələrini tam yetişəndə quru havalı gündə toplayıb, həmin vaxta günün qabağında və ya çadır altında, yaxud peç üzərində qurudurlar. Yarpaqlarını bitki çiçəkləyən fazada toplayıb kölgəli yerdə və ya quru havalı binalarda qurudurlar. Qurudulmuş meyvələrini və yarpaqlarını havası daim dəyişilən, quru havalı binalarda saxlamaq lazımdır.
Çiyələyin təzə dərilmiş meyvələrindən və onlardan hazırlanan şərbətdən son dərəcə faydalı dietik vasitə kimi istifadə olunur.
Qurudulmuş meyvələrindən və yarpaqlarından çay kimi dəmləyib, öd yolları xəstəliklərində ödqovucu, böyrək xəstəliklərində və böyrəkdə daş əmələ gəlmə zamanı daşı salmaq məqsədilə, eləcə də podaqrada və uşaqlıq qanaxmalarında qankəsici və şəfaverici dərman kimi istifadə edilir.
Xalq təbabətində qurudulmuş yarpaqlarından və meyvələrindən çay dəmləyib, ödem xəstəliyinə qarşı müalicə məqsədilə, eləcə də sidik yollarında daş yığılan zaman daşsalıcı və iltihabı aradanqaldırıcı, həbelə sidikqovucu dərman kimi içirlər.
Xalq təbabətində təzə toplanmış çiyələk meyvələrinin şirəsindən [1:10 nisbətdə, yəni 1 q şirəni 10 q suda həll etməklə] "çiyələk suyu" hazırlayıb, körpə uşaqlarda baş verən sidik ifrazı çətinliyində sidikqovucu kimi işlədilir.
Çiyələyin təzə meyvələrindən, eləcə də qurudulmuş kökümsovlarından sulu bişirmə hazırlayıb ödqovucu dərman kimi qəbul edilir. Kökümsovlarını toplayıb soyuq suda yuyub qurudandan sonra çay kimi dəmləyərək babasil xəstəliyinə qarşı içirlər.
Qurudulmuş meyvələrindən və yarpaqlarından çay hazırlayıb yel xəstəliyi və podaqra xəstəliklərinə qarşı içirlər. Bu məqsədlə qurudulmuş meyvələri və yarpaqları ayrı-ayrılıqda xırdalayıb qarışdırır, sonra ondan 2 xörək qaşığı 1 stəkan qaynar suda çay kimi dəmləyib gündə 2 dəfə, hər dəfə də yarım stəkan qəbul edirlər. Çiyələyin meyvələri qanazlığında və ümumi zəiflikdə eləcə də ağciyər xəstəliklərində qüvvətverici kimi çox faydalıdır.
Çiyələyin sağlamlıq üçün çox mühüm əhəmiyyəti vardır. Ondan daha geniş istifadə etmək zəruridir.

. Mirt- Myrtanceae fəsiləsindəndir. O, çox faydalı, müalicə əhəmiyyətli bitki olub, son illərdə Azərbaycanda da müvəffəqiyyətlə becərilir.


Feyxoanın xoş ətirli, şirəli meyvələri vardır. Meyvələrin qabığı qalın olsa da, lət hissəsi xüsusilə dadlıdır, turşməzədir, sərinləşdiricidir. Feyxoa meyvələrinin ətri ananas və çiyələk meyvələrinin iyini xatırladır. Meyvələrin tərkibində 6,9 %-ə qədər şəkər, 2,5 % üzvi turşular [alma, limon, və s. turşular], pektin maddələr, 280 mq C vitamini, karotin və s. vardır. Bundan başqa, meyvələrin tərkibində üzvi birləşmə şəklində yod da müəyyən edilmişdir. Buna görə də feyxoa meyvələrinin zob və tireotoksikoz xəstəliklərinin müalicəsində mühüm əhəmiyyəti vardır.
Aparılan kliniki təcrübələr nəticəsində müəyyən edilmişdir ki, feyxoa meyvələri və onlardan alınan təzə şirə ateroskleroz, tireotoksokoz və sinqa xəstəliklərinin müalicəsi üçün son dərəcə əhəmiyyətli vasitədir. Bunu nəzərə alaraq son illərdə feyxoanın konservləşdirilmiş şirəsindən daha geniş istifadə edilir.
İftixarla qeyd etmək lazımdır ki, respublikamızın subtropik bitkilərindən biri olan feyxoa son illərdə Lənkəran-Astara zonasında sənaye əhəmiyyətli təsərrüfat bitkisi kimi geniş miqyasda becərilir.
Təqribən 40 - 45 il bundan əvvəl qərbi Gürcüstandan Astaraya becərmək məqsədilə gətirilmiş feyxoa ağacları yerli iqlimə çox tez və yaxşı uyğunlaşmışdır. Bu qiymətli və faydalı bitkinin respublikamızda daha geniş sahədə becərilməsi üçün hər gür imkan vardır.

Quşarmudu qızılgülçiçəklilər - Rosaceae fəsiləsindən olub, Zaqafqaziyada, o cümlədən Azərbaycanda geniş yayılmışdır. Quşarmudunu eyni zamanda bağlarda və parklarda da becərirlər. Dərman məqsədilə meyvələrindən istifadə olunur. Bunu meyvələri şaxta düşəndən sonra toplanır. Tibbdə həm mədəni becərilən, həm də yabanı halda yayılan quşarmudu bitkisinin meyvələrindən çox vaxt təzə dərilən kimi, yaxud qurudandan sonra istifadə olunur.


Quşarmudu qiymətli bitki olduğundan bağlarda və parklarda da becərilir. Meyvələri tam yetişəndə toplanır. Meyvələrinin xoşagələn turşməzə dadı vardır. Təbabətdə quşarmudu mədə-bağırsaq, nəfəs yolları xəstəliklərində istifadə olunur. Çox vaxt təzə dərilən kimi, bəzən isə xüsusi peçlərdə qurudandan sonra işlədilir.
Təzə dərilmiş meyvələri soyuq binalarda və ya dondurulmuş halda bütün qış ayları saxlamaq olur. Meyvələrində çoxlu miqdarda şəkər, üzvi turşular [alma, limon, salisil turşuları] və qatranlı maddələr vardır. Bundan başqa meyvələrinin tərkibində karotin, C, B1, B2, və s. vitaminləri vardır. Ona görə də meyvələrindən vitaminli xammal kimi təbabətdə geniş istifadə olunur. Belə ki, qurudulmuş meyvələrindən çay hazırlayıb, avitaminozlarda daha çox işlədirlər.
Qurudulmuş meyvələri "vitamin yığıntısı"nın tərkibində, yaxud ayrıca çay kimi dəmləyərək avitaminoz zamanı və qaraciyər xəstəliklərində istifadə edilir. Bundan başqa təzə dərilmiş meyvələrindən şərbət, mürəbbə hazırlayıb, qanazlığında və qaraciyər xəstəlikləri zamanı, eləcə də qənnadı sənayesində işlədirlər.
Azərbaycanın dağ-meşə rayonlarında quşarmudunun 11 növü yayılmışdır. Bu qiymətli vitaminli bitkilərin müalicə məqsədilə istifadə olunması məqsədəuyğundur.

FINDIQ - CORYLUS AVELLANA Z.


Fındıq tozağacı - Betulaceae fəsiləsindən olub, Azərbaycanın meşəliklərində geniş yayılmışdır. Tərkibində 70 % piyli yağ, 9, 6 % şəkər, dəmir duzu, B1 vitamini, qabığında isə boyayıcı və aşı maddələri vardır. Fındıq ləpəsindən sidik yolunda daş əmələ gəldikdə ağrıkəsici vasitə kimi istifadə olunur. Revmatizm xəstəliyinin müalicəsində, həmçinin orqanizm qüvvətdən düşdükdə və ya ümumi zəiflik yarandıqda fındığı bala qatıb yemək faydalıdır.

Əllərə qulluq



Əllər ilk baxışda nəzərəçarpan sayılmasa da, əslində, qulluq olunmamış əllər insanın bütün görkəmini korlayır. Odur ki, əllər daimi qulluq tələb edir.
Nəzərə alaq ki, bütün işləri əllərlə görürük. Buna görə də ən çox əllər çirklənir. Tez-tez əllərimizi yumalı oluruq. Əlləri tez-tez paltar sabunu ilə yuduqda quruyur və dəri qabıq verir. Ona görə də əllərini tez-tez yumalı olan peşə sahibləri (həkimlər, ərzaq istehsalında işləyən adamlar, bərbərlər və s.) zərif sabunlara üstünlük verməlidirlər. Əlləri qurulayandan sonra elastikliyini itirməsin deyə, onlara mütləq əl kremi çəkmək lazımdır. Nəzərinizə çatdıraq ki, eyni bərabərdə götürülmüş qliserin, odekalon və naşatır spirti qarışığı da əllərin dərisinə yaxşı təsir göstərir.
Çöldə, tikintidə, geoloji ekspedisiyalarda çalışanlar işə çıxmazdan əvvəl əllərə qoruyucu kremlərdən birini, ya da vitaminləşdirilmiş vazelin çəkməlidirlər. Ev işlərində və ya istehsalatda əllər tez çirklənirsə, onda işə başlamazdan qabaq əllərə qoruyucu krem, turşu və qələvilərlə işlədikdə isə qoruyucu əl kremi çəkmək lazımdır.
Bəzi adamlar əllərində əmələ gələn iltihablı səpgilərdən əziyyət çəkirlər. Xatırladaq ki, belə xəstəliklər ilk növbədə natəmizlikdən yaranır. İltihablı xəstəliklər əmələ gəlməsin deyə, əlləri yuyandan sonra ilıq naşatır spirti məhluluna (1 stəkan suya 1 çay qaşığı naşatır spirti) salmaq lazımdır. Sonra əllərinizi qurulayın və bir qayda olaraq, əl kremi çəkin.
Əllərə qulluq etməyəndə, eləcə də bəzi xəstəliklər ucbatından onlar kobudlaşır və qabıq verir. Əlləri kobudlaşmış və qabıq verən adamlar mütləq gecə vannaları etməlidirlər.
Gecə vannası etmək üçün nə lazımdır? 2 litr ilıq suya 2 xörək qaşığı üzüm sirkəsi əlavə edib əlləri 15 dəqiqə onun içində saxlayın. Yaxud da 1,5 litr suya 1 xörək qaşığı qliserin, yarım çay qaşığı naşatır spirti qatıb, bu məhlulda əlləri 10 dəqiqə saxlayın. Sonra əlləri adi su ilə yuyun, qurulayın və masaj edə-edə yağlı kremlərdən birini çəkin. Kremin təsirini artırmaq üçün gecə əlləri tənziflə sarımaq, gündüz isə kremdən istifadə etmək lazımdır. Bundan başqa, bəzi adamların əllərinin dərisi qırmızı rəngdə, yaxud da göyərmiş olur. Əllərin göyərməsi və ya dərinin qırmızı rəngə çalması ürək və damar sistemi xəstəlikləri ilə bağlıdır. Qan dövranı zəif olan adamların əlləri isə adətən soyuq olur. Belə əlləri kamfora spirti, odekalon, zərif sirkə məhlulu (eyni bərabərdə götürülmüş 6 faizli sirkə və odekalon qarışığı) ilə silib kamfora yağı çəkin. Belə hallarda isti-soyuq vannalar (gah isti, gah da soyuq suya salmaq) da yaxşı təsir edir.
Elə adamlar da var ki, onların əlləri tez-tez tərləyir və dərisi soyuq olur. Düzdür, buna əsas səbəb sinir sisteminin xəstəliyidir, lakin pis gigiyenik qulluq da böyük rol oynayır. Belə hallarda ümumi sağlamlaşdırıcı tədbirlərə diqqət yetirmək, idmanla məşğul olmaq, əmək və istirahət rejiminə riayət etmək, vitaminlə zəngin qidaya, normal yuxuya fikir vermək lazımdır. Bundan başqa, əlləri tez-tez soyuq su və sabunla yumaq, ovucları 1-2 faizli salisil spirti, odekolon, 40 faizli urotropin məhlulu ilə və tərə qarşı məhlullardan biri ilə silmək yaxşı təsir göstərir.
Tərə qarşı vasitələri, adətən, axşamlar, əlləri yuyandan sonra çəkirlər. Pambığı bu məhlullardan birinə batırıb əllərin iç tərəfinə çəkin və qurumağını gözləyin. Səhər isə əlləri soyuq su ilə yaxalayın və zərif sirkə məhlulu (bir az əvvəldə verdiyimiz reseptə uyğun) sürtün.
Tünd çay, palıd qabığı dəmləməsi ilə vanna eləmək də əllərə yaxşı təsir göstərir. Bu məhlulu belə hazırlayırlar: 1 xörək qaşığı əzilmiş palıd qabığını bir neçə qaşıq soyuq su ilə zəif od üzərində 10-15 dəqiqə qaynadır, soyuyandan sonra süzür və qabıqları əskiyə bükərək sıxırlar. Üzərinə stəkan dolana qədər su tökür, sonra 1 stəkan araq və 0,5 stəkan həcmində üzüm sirkəsi ilə qarışdırırlar. Bu məhlulla ovucları silir, quruyandan sonra isə həmin yerə pudra çəkirlər.
Əlləri çox tərləyən adamlara meşin əlcəklər geymək məsləhət görülmür.
Ağır işlərdə çalışan qadınların əllərinin dərisi kimyəvi dərmanların, bitkilərin və günəş şüasının təsirindən kobudlaşır, cadar-cadar olur və çatlayır. Bunun qarşısını almaq üçün qadınlar işdən sonra əllərini aşağıdakı məhlulla vanna etməlidirlər. 2 çay qaşığı kartof ununu 1 stəkan suda bişirməli, 2 litr soyuq su ilə qarışdırmalı, 15 dəqiqə əlləri bu məhlulda saxlayıb sonra yumalı, qurulamalı və qidalandırıcı krem çəkilməlidir.
Əllərdə qabar əmələ gəlirsə, həftədə 2-3 dəfə ilıq sodalı su ilə (1 litr suya 1 çay qaşığı çay sodası) vanna eləmək, sonra isə yağlı kremlərdən birini çəkmək lazımdır. Belə hallarda südlü ilıq kartof püresi və limon qabığı qarışığı ilə kompres də yaxşı təsir göstərir.
Dirsəklərin dərisi bərkiyirsə və qabıq verirsə, səhər və axşam həmin yeri limon dilimi ilə sürtmək lazımdır. 7-10 gündən sonra dəri yumşaq və hamar olacaq. Sonda bəzək əşyaları ilə bağlı bir fikrimizi bildirmək istərdik. Bəzi xanımlar bir neçə üzüyü birdən taxmağa üstünlük verirlər. Onlar hesab edirlər ki, bu, daha yaxşı görünür. Əslində isə cəmi bir bəzək əşyasından istifadə etməyiniz məsləhətdir.

Gözlərə qulluq



Gözlər insan qəlbinin aynası olduğu kimi, simanın da yaraşığıdır. Gözəl gözlər gözəlliyin hamısı olmasa da, tən yarısı deməkdir. Gözlərin yaraşıqlı görünməsi üçünsə ilk növbədə onlar sağlam olmalıdır. Bunun üçünsə onları yorğunluqdan qorumaq lazımdır.
Gözlərin yorğun olmaması üçün ilk şərt sağlam həyat tərzidir. Siz nə qədər sağlam həyat tərzi sürsəniz, gözləriniz də bir o qədər sağlam və aydın görünəcək.
Sağlam həyat tərzi çox geniş anlayışdır. Bu haqda hər kəsin müəyyən təsəvvürü var. Bu gün biz gözlərə qulluq sahəsində təcrübədən çıxan konkret vasitələrdən söhbət açacağıq. Məsələn, gözlərin yorğunluğunu aradan qaldırmaq üçün uzanmaq, üzə cökə çiçəyində isladılmış dəsmal qoymaq lazımdır. Bu zaman nəinki gözlər istirahət edir, eləcə də sifətin dərisi qidalanır. Bəzi adamları göz qapaqlarının şişməsi narahat edir. Göz qapaqları şişərkən, mütləq kompres eləmək lazımdır. Bunun üçün gözün dairəsi boyda tikilmiş balaca torbalara çay və yaxud çobanyastığı, cəfəri töküb 5-10 dəqiqə qaynar suya salın. Bir qədər soyuduqdan sonra gözün üstünə qoyun. Bu kompres həm də gözün ətrafında əmələ gələn qırışların qarşısını alır. Bundan başqa, təzə kartofu süzgəcdən keçirib tənziflə gözünüzün üstünə qoya bilərsiniz. 15 dəqiqə saxladıqdan sonra gözünüzün ətrafına krem çəkin.
Gözləri qorumaq üçün qidanın vitaminli olmasına fikir vermək lazımdır. Gözlər üçün ən çox "A" vitamini tələb olunur. Bundan başqa, "B", "S", "D" vitaminlərinin çatışmazlığı bəzi göz xəstəliklərinin yaranmasına səbəb olur. Sifətin bəzəyi qaşlar və uzun kirpiklərdir. Onlar yaxşı inkişaf etsin deyə, "D" və "A" vitaminlərinin yağla qarışığını, həmçinin balıq yağı, ayıpəncəsi yağı, ya da 5 çay qaşığı gənəgərçək, 3 qaşıq günəbaxan və 1 qaşıq kamfora yağından ibarət qarışığı çəkmək lazımdır. Səhər və axşam qaşlara krem çəkib şotka ilə massaj eləmək məsləhətdir. Belə massaj tüklərin kökünü möhkəmləndirir və inkişaf etməsinə şərait yaradır. Kirpiklərin yaxşı inkişafı üçün isə göz qapaqlarına hər hansı bir yağı çəkib yüngülcə massaj eləmək lazımdır.
Göz ətrafı üçün isə ən gözəl vasitələrdən biri cəfəridir. Belə ki, təzə cəfərini xırda-xırda doğrayıb, sıyıq halına salın. Bu sıyığı gözünüzün ətrafına çəkin. Bu, gözün altında əmələ gələn gölgəni yox edəcək.
Yüklə 174,25 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə