Odlar yurdu universiteti


Tələbələrin biliklərinin qiymətləndirilməsi və nəzarətin formaları



Yüklə 223,5 Kb.
səhifə6/7
tarix02.03.2023
ölçüsü223,5 Kb.
#101781
1   2   3   4   5   6   7
a rafiq sillabus

11. Tələbələrin biliklərinin qiymətləndirilməsi və nəzarətin formaları

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 100 ballıq qiymətləndirmə sistemi tətbiq olunur. Hər bir fənn üzrə semestr ərzində 2 dəfə aralıq imtahanı keçirilir.


Aralıq imtahanı yazılı və ya test şəkildə, fənni tədris edən müəllimlər tərəfindən aparılır. Aralıq imtahanından (midterm) tələbə maksimum 30 bal toplaya bilər.
Bundan əlavə tələbə semestr ərzində təqdimat (sərbəst işə) görə 10 bal (semestr ərzində 2 dəfə aralıq imtahanı arası), davamiyyətə və davranışına görə 5 bal, konspekt yazmağa görə, elektron kitabxanadan istifadəyə və müəllimlə tələbə arasında elektron yazışmaya və ya telefondan dərsdə(mühazirə,seminarda) istifadə etmədiyinə görə daha 5 bal qazana bilər. Beləliklə, tələbə imtahana qədər ən çoxu 50 bal toplaya bilər.
Kafedrada sistematik olaraq fənn müəllimi və ya digər ixtisas müəllimləri tərəfindən tələbələrə məsləhət verilməsi təşkil edilir.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində semestr imtahanları imtahan üçün nəzərdə tutulmuş, kompüterləşdirilmiş, yerli şəbəkəyə qoşulmuş xüsusi otaqlarda, kafedraların təqdimatı ilə müəyyən fənlərdən beş suallı təsdiq olunmuş biletlər əsasında yazılı-şifahi, yaxud yazılı formalarda keçirilir, tələbə imtahan zamanı ən çoxu 50 bal toplaya bilər.
İmtahan otağında ancaq texniki işçilərdən ibarət xüsusi nəzarətçilər olur. Tələbə imtahana şəxsiyyət vəsiqəsi və tələbə bileti ilə buraxılır və heç bir vasitədən istifadə etməklə köçürmə aparmamalıdır,yalnız şifahi imtahanda məllimin icazəsilə bir dəfə öz yazdığı konspektə baxa bilər. İmtahana ayrılan vaxt 120 dəqiqədir.
Tələbə biletdəki sualların düzgün hesab edib vaxt tamam olduqda onu nəzarətçiyə təhvil verir və ya əgər imtahan testlə aparılarsa, biletdəki sualların düzgün hesab edib onda etdiyi cavablarını təsdiq etdikdən sonra imtahanı yekunlaşdırdığını bildirən düyməni basdıqda aralıq imtahanlarının nəticələri də nəzərə alınmaqla (imtahan suallarından ən azı 17 bal toplamaq şərti ilə) onun aldığı qiymət monitorda görünür. Yazılı-şifahi imtahanda tələbə 1 saatdan sonra müəllimə cavab verə bilər. İmtahanların nəticələri ADNSU-nin saytında (www.adnsu.lms.az),elektron sistemə yerli şəbəkə vasitəsi ilə İTD mərkəzinə, fakültə dekanlıqlarına ötürülür.
Qiymətləndirmə sistemi aşağıdakı kimidir:
-51 baldan aşağı - «qeyri-kafi» - F
-51-60 bal - «qənaətbəxş - E
-61-70 bal - «kafi» - D
-71-80 bal - «yaxşı» - C
-81-90 bal - «çox yaxşı» - B
-91-100 bal - «əla» - A
Tələbə imtahanın nəticəsi ilə razı olmadıqda, imtahandan sonrakı 3 gün ərzində Universitetin Apelyasiya komissiyasına yazılı şəkildə müraciət edə bilər.
Fənn üzrə akademik borcu qalan tələbələrin sayı az olduqda bir kurs aşağı qruplarla həmin fənləri yenidən mənimsəyir, sonra imtahana buraxılır.
Fənn üzrə akademik borcu olan tələbələrin sayı çox olarsa yeni tədris qrupu təşkil edilir, yaxud tədris yay semestrində həyata keçirilir.



Yüklə 223,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə