OĞUZLAR (TÜRKMƏNLƏR)
87
Mahmud Qəznəvinin valinin bu sözlərindən canı sıxılsa da əsgər toplayaraq
419-cu ildə (1028) Qəznədən yola çıxdı, Bust yolu ilə Tusa getdi və orada
Arslan Cazibdən baş vermiş hadisələr və hazırkı vəziyyət haqda məlumat al-
dıqdan sonra məiyyətinə bir neçə sərkərdə verərək onu oğuzların (türkmən-
lərin) üstünə yolladı. Arslan bu dəfə Fəravə karvansarası (rabat) yaxınlığın-
dakı vuruşmada onları darmadağın etdi. Mənbəyə görə (Gərdizi) oğuzlardan
4.000 adam öldürülmüş, bir çoxu əsir alınmış, qalanları isə Balxan və De-
histan tərəfə qaçmışdılar
1
.
Bu hadisəni bir il sonra, yəni 420-ci ildə (1029) qələmə alan ibn ül-Əsir
amillərin (vergi məmurlarının) oğuzlara (əl-ğuzz) zülm etdiklərini, onların
mallarını, çoluq-çocuqlarını əllərindən aldıqlarını söyləməklə
2
oğuzların ca-
maata qarşı təcavüzünün səbəblərini göstərir. Dövlətə itaət edib vergi verən
köçəri ünsürün hər yerdə əksərən vergi məmurları və o bölgənin idarəçiləri
tərəfindən sırf öz mənafeləri naminə təzyiqə məruz qaldığını bilirik. Bunun
əvəzində köçərilərin əllərinə kiçicik bir fürsət düşən kimi oturaq xalqın
əkinlərini mal-qaraya yedirtməsi, heyvanlarını qəsb etməsi, hətta onlara hü-
cum etməsi də faktdır.
Bu hadisədən sonra oğuzların (türkmənlərin) hücumları xeyli azaldı
3
.
Salnaməçilərin söylədiyi kimi, oğuzların böyük əksəriyyəti Balxan dağları-
na getmişdilər
4
. Ertəsi il (420-1029) büveyhilərin zəif bir vəziyyətdə ol-
duqlarını görən Mahmud Qəznəvi Rey şəhərini aldı və oranı idarə etməyi
oğullarından Məsuda tapşırdı. Bir il sonra isə dövrün bu ən qüdrətli hökm-
darı vəfat etdi (421-1030).
Mahmud Qəznəvinin ölümü oğuz türklərinin tarixi baxımından çox mü-
hümdür. Çünki o, göründüyü kimi, oğuz türklərinin hərəkət və fəaliyyətinin
qabağını ala biləcək və onlardan gələcək təhlükəni önləyə biləcək qüdrətdə
bir hökmdar idi. Oğlu və xələfi Məsud isə eyni qüdrəti göstərə bilməmiş və
oğuz türklərinin dünya miqyasında böyük bir dövlət qurmalarına mane ola
bilməmişdir.
Mahmud Qəznəvinin ölümündən sonra oğlu Məhəmməd taxta çıxarıldı.
İsfahanda olan Məsud qardaşının hökmdarlığını tanımadı və taxtı əldə et-
mək üçün Reydən Xorasana yürüş etdi. Ordusunun sayını artırmaq üçün
Məsud oğuz bəylərindən Yağmuru da xidmətinə götürdü. Asanlıqla hökm-
dar olunca Yağmurun xahişi üzrə Balxandakı oğuzların Xorasana qayıtma-
larına icazə verdi, onların bəyləri Qızılı, Gök-Taşı və Bukanı da öz xidmə-
1
Gərdizi, s. 70-71; Beyhaki, s. 68.
2
IX, s. 157, 197.
3
Gərdizi, s. 71.
4
İbn-ül-Əsir (IX, s. 157) oğuzlardan 2.000 çadırlıq bir elatın İsfahana getdiyini, Mahmud
Qəznəvinin İsfahan hakimi deyləmli Kakuyə Əlaüddövlədən (1007-1041) oğuzları və ya
onların başlarını ona göndərməyi tələb etdiyini, bunu öyrənən oğuzların oradan uzaqlaşaraq
Azərbaycana getdiklərini yazır.
FARUQ SÜMƏR
88
tinə qəbul etdi. Ancaq Qəznəvi hökmdarı bu bəylərin üstünə öz adamların-
dan Xumar-Taşı rəis təyin etməyi də unutmadı. Atasının ölkədən çıxardığı
bu oğuzları Məsudun təkrar xidmətə qəbul eləməsi dövlət adamları tərəfin-
dən xatalı bir hərəkət kimi qiymətləndirilmişdir
1
.
Məsud taxta çıxar-çıxmaz Mərkan hakimi asi İsanın yerinə Əbül-Əsgəri
keçirmək üçün oraya bir ordu göndərdi. Bu ordunun tərkibində Xumar-Ta-
şın ümumi sərkərdəliyi, Qızıl Buka və Gök-Taşın komandanlığı altında
oğuzlar (türkmənlər) də vardı. Qəznəvi ordusu İsanın qoşunlarını məğlub
edərək özünü öldürdü və Əbül-Əsgər Mərkan hakimi oldu (421-ci ilin sonu
- 1030)
2
.
Gərdiziyə görə
3
, ertəsi il (422-1031) oğuzların xalqa zülm etdiyi barədə
Səraxs və Abivərddən şikayətlər gəlmişdi. Əbu Sə‘d Əbdüsün komandanlığı
altında Məsud bir ordu yolladı. Oğuzlar (türkmənlər) Fəravədə bu ordu ilə
vuruşdular. Çoxlu adam öldü. Oğuzlar (türkmənlər) arvad-uşağı Balxana
göndərərək vuruşmaqda davam etdilər. Hər gün bölük-bölük gəlir və qəznə-
vi ordusu ilə döyüşürdülər. Gərdizi bu çarpışmaların nəticəsi barədə heç nə
yazmır. Beyhaki isə bu hadisədən ümumiyyətlə söz açmır. Ehtimal ki, bu
türkmənlər Yağmur bəyin adamları idilər. Çünki aşağıda bəhs ediləcəyi üzrə,
Nişapurda adlarını bildiyimiz böyük bəylərdən yalnız o öldürülmüşdür. Üs-
təlik, Mərkana gedən bəylər arasında da Yağmurun adına rast gəlmirik.
Sultan Məsud 423-cü ildə (1031/1032) öz əmiri Taş-Fərraşı Rey valiliyi-
nə təyin etmişdi. Ona verdiyi buyruqlar arasında oğuzların başçıları Yağmur,
Qızıl, Buka və Gök-Taşın yaxalanması əmri də vardı. Oğuzları yenə Xumar-
Taş idarə edəcək və onlar yenə Reydə dövlətə xidmət edəcəkdilər. Ancaq
gerçəkdən çox ağıllı və dərrakəli bir vəzir olan Xacə Əbu ün-Nəsr Əhməd
hökmdarın bu qərarına açıq şəkildə etiraz etsə də, Məsud ona qulaq asmadı
və türkmənlərin də şəxsən öz bəyləri haqqında bu cür ölçü götürülməsini is-
tədiklərini iddia etdi. Ancaq bu xüsusda ona qərar verdirən əsil səbəb həmin
bəylərin beynində fəsad daşıdıqları fikrində olması idi
4
.
Həm Beyhakinin, həm də ibn ül-Əsirin sözlərindən anlaşıldığına görə
5
,
bu bəylərdən ancaq Yağmur öldürülmüş, Qızıl, Buka və Gök-Taş haqqında
əmr naməlum səbəbdən tətbiq edilməmişdir. Yağmur Nişapurda 50 nəfərə
yaxın digər əsilzadə ilə birlikdə öldürülmüşdü (423-1031/1032). Onların
Yağmurun məiyyəti, ikinci və üçüncü dərəcəli digər rəislər olduqları anlaşı-
lır, öldürülmələrinə isə oğuzların 422-ci ildə (1031) Səraxs və Bavərd ca-
1
Beyhaki, s. 68.
2
Beyhaki, s. 69, 242-245.
3
S. 78.
4
Beyhaki, s. 266.
5
Beyhaki, s. 372, 397; ibn ül-Əsir, IX, s. 158.