OĞUZLAR (TÜRKMƏNLƏR)
77
si ancaq Aralın şimal və şimal-qərb hissəsinin qıpçaqların əlinə keçməsilə
mümkün ola bilərdi. F.Köprülünün də dediyi kimi
1
, Altın-Taşın xidmətində
olan və hıfçax ilə birlikdə xatırlanan küçət və cuğrakların da qıpçaqların ya-
xın qohumları olması ehtimalı güclüdür. Səlcuqlu Çağrı bəy Xorasan hökm-
darı ikən (1040-1060) qıpçaq əmiri onun yanına gələrək müsəlman olmuş və
aralarında qudalıq qurulmuşdur
2
. Rus salnamələri 1054-cü ildə ilk dəfə ola-
raq Qara dənizin şimalında torkların (uz-oğuz) və polovetslərin (qıpçaq) gö-
rünməsindən bəhs edir.
Bu torkların Bizans qaynaqlarının uz adlandırdıqları oğuzların bir elatı,
sarışın mənasına gələn polovetslərin isə qıpçaqlar olduğu qəbul edilmişdir.
Bu oğuzlar elatının qıpçaqların təzyiqi altında İdili keçərək Qara dənizin şi-
malına getdikləri bilinir
3
. Digər tərəfdən, Kaşğarinin xəritəsinin tədqiqindən
görünür ki, qıpçaqlar
oğuz çölünü, hətta Sır-Dəryanın aşağı yatağının demək
olar ki, hamısını işğal etmişdilər
4
. Nasir Xosrovun (vəfatı 1060) bir şeirin-
dən də qıpçaqların oğuzlarla yan-yana yaşadıqları anlaşılır
5
. Alparslanın
Manqışlaq səfəri münasibətilə türkmənlərin qıpçaqlarla qarışıq halda yaşa-
dıqları (şübhəsiz, Üst-Yurdda) və tacirləri soyduqları söylənir
6
. Bütün bu
qeydlər qıpçaqların oğuzları sıxışdıraraq onların torpaqlarının mühüm bir
hissəsini öz əllərinə keçirdiklərini açıqca göstərir.
Oğuz yabğu dövlətinin də bu qıpçaq hücumları nəticəsində yıxıldığını
düşünmək qayət təbiidir. Qıpçaqların bu müvəffəqiyyətlərinin isə oğuzların
daxili çəkişmələr nəticəsində parçalanaraq zəif bir vəziyyətə düşmələri ilə
əlaqədar olduğu şübhəsizdir. Oğuzlar arasında köhnədən bəri çəkişmələr ol-
duğunu və bunun köçlərə səbəb olduğunu bilirik. Bu hadisənin nə vaxt baş
verdiyi məsələsinə gəlincə, bu xüsusda qəti hökm vermək mümkün deyil,
ancaq bunun 392-1002-ci ildən əvvəl olduğunu ən güclü ehtimalla söyləyə
bilərik. Çünki həmin tarixdə Səlcuqun oğullarından İsrail yabğu ünvanı da-
şıyırdı
7
. Səlcuqluların Cənd yörəsinə gəlmələri də daxili mübarizə və ya
684, indeks: s.729). Çünki 86-cı səhifədə hıfçax adının yanında necə küçət və cuğrak adları
gəlirsə, cincağ sözünün yanında da həmən adlar görünür.
1
Kay qəbiləsi haqda yeni notlar. Belleten, № 33, s. 442. Küçətlər və cuğraklar haqqında hə-
mən yazıda ümumi məlumat var (s. 435-444).
2
Əxbar üd-dövlət is-səlcuqiyyə. Məhəmməd İqbal nəşri. Lahor, 1933, s. 28.
3
Minorski. Hüdud ül-aləm haşiyələri, s. 316-317.
4
Kaşğarinin xəritəsi üçün bax: Kilisli, I; Atalay, II; [Ramiz Əskər, II].
5
Divani-Nasir Xosrov. Tehran, 1304-1307, s. 329. Ancaq «Divan»da Bartholdun Brauna
istinadən xatırladığı Dəşti-Qıpçaq sözünə rastlanmır.
6
Səbt ibn ül-Cövzi. Mirat üz-zaman. Türk-islam əsərləri muzeyi kitabxanası, № 2134, və-
rəq 242 b, Topqapı sarayı, III Əhməd kitabxanası, № 2907, XII, vərəq 228 a. Anlaşıldığına
görə, burada türkmənlərə qarışmış «küffar» (kafirlər) qıpçaqlardır. Türkmənlərin köçlərini,
arvad-uşaqlarını və heyvanlarını qoyub qaçdıqları ada isə (cəzirə) Manqışlaq yarımadasıdır.
Bu səfər barədə sonra danışılacaq.
7
Bir az sonra bu məsələyə toxunulacaq.
FARUQ SÜMƏR
78
yabğu dövlətinin süqutu ilə bağlı idi. Xülasə, daxili mübarizə və qıpçaq hü-
cumları nəticəsində oğuz dövlətinin yıxılması oğuzların mühüm bir qismi-
nin köçməsinə səbəb olmuşdur. Beləliklə, onlardan böyük bir qol əvvəlcə
Cəndə, sonra oradan aşağıya-Buxara tərəfə köçmüş, digər mühüm bir elat
isə Cənubi Rusiyaya getmişdi. XI əsrin ortalarında oğuzlar əsasən Sır-Dərya
çayının orta hissəsində, yəni Karaçuk dağları bölgəsində və oradakı şəhər-
lərdə, bir də Manqışlaq yarımadasında kompakt halda yaşayırdılar. Bununla
bərabər, monqol istilası zamanında Cənd və Qaraqumda türkmənlərin də
yaşadığı bilinir.
8. UZLARIN BAŞINA GƏLƏNLƏR
Oğuzlardan mühüm bir elat XI əsrin ortalarında Qara dənizin şimalın-
dakı torpaqlarda göründü. Rus salnaməçiləri bunları tork, Bizans qaynaqları
isə uz adlandırmışdır. Rus salnamələri həmin oğuzlardan və sarışın mənası-
na gələn polovets dedikləri qıpçaqlardan ilk dəfə 1054-cü ildə bəhs etmiş-
dir
1
. Rusların peçeneqləri və qıpçaqları daxil etməyərək yalnız uzlara tork
(türk) deməsinin səbəbi bilinmir. Uzların Qara dənizin şimalına
gəlmələrinə
qıpçaqların onları sıxışdırması səbəb olmuşdur. Qıpçaqlar Qara dənizin şi-
malında da onları sıxışdırmaqda davam etmiş, oğuzların çoxunu Dunay bo-
yuna, oradan da Balkanlara enməyə məcbur etmişlər. 1064-1065-ci illərdə
Dunayı keçən oğuzlar qollara ayrılaraq Balkanlarda geniş bir istila hərəka-
tına başlamışlar. Trakiya, Makedoniya və Səlanik bölgələrini talan etmişlər.
Ancaq birdən-birə düşən soyuqlar onların arasında epidemik bir xəstəliyin
baş verməsinə səbəb olmuşdur. Onsuz da dağınıq halda olan oğuzları bu
epidemiya daha da zəiflətmiş, onlar köhnə düşmənləri peçeneqlərin və yerli
xalqın hücumuna uğrayaraq böyük təlafat vermiş, qüvvə və əhəmiyyətlərini
itirmişlər. Uzların sağ qalanları Bizans tərəfindən Balkanların müxtəlif yer-
lərində, xüsusilə Makedoniyada yerləşdirildilər
2
. Bu uzların həyatı sürüdən
ayrılan quzu kimi belə hüznlü bir şəkildə sona çatmışdır
3
. Bununla bərabər,
Bizans xidmətinə daxil olan bu uzların bir qisminin 1071-ci il Malazgird
müharibəsində öz qardaşları səlcuqlu oğuzlarının tərəfinə keçdiklərini bilirik.
1
Minorski. «Hüdud ül-aləm» haşiyələri, s. 316-317. Yenə onun: Mərvəzi haşiyələri, s. 102.
Ancaq A.N.Kurat rus knyazı St. Vladimirin uzlarla birlikdə Kama bulğarları üzərinə 985-ci
ildə bir yürüş etdiyindən bəhs edir və uzların bu tarixdə (985) Don boyunda yaşadıqlarını
söyləyir (Peçeneq tarixi. İstanbul, 1937, s. 128).
2
Ə.N.Kurat. Peçeneq tarixi, s. 150-152, 187-188.
3
Yenə orada, s. 154-155. Urfalı Matevos (Hrant Andreasyanın türkcəyə tərcüməsi, TTK,
1962, s. 143) Bizins ordusunun sağ cinahında olan uzlarla sol cinahındakı peçeneqlərin
(padzunaq) müharibənin qızğın çağında səlcuqlular tərəfinə keçdiyini söyləyir, Malazgirt
müharibəsində iştirak edən böyük Bizans sərkərdələrindən Tarxanın (Tarxaniat) oğuz baş-
buğlarından olduğunu yazır.