Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə33/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   29   30   31   32   33   34   35   36   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

69 


 

də  saqqallarını  istisnasız  təraş  etmələri  bu  qədim  adətin  davamıdır.  Bunun 

əvəzində bütün türklər kimi oğuzlar da saçlarını uzadırdılar. XI əsrdə oğuz-

larla qarşılaşan ermənilərin diqqətini ən çox onların uzun saçları və  yayları 

cəlb etmişdi

1

.



  

Oğuzların  qiyafəsinə  gəlincə,  bu  barədə  demək  olar  ki,  heç  nə  məlum 

deyil.  1038-ci  ildə  Nişapura  gedən  Toğrul  bəyin  qiyafəsinin  təsviri  bu  xü-

susda  bəlkə  də  faydalı  ola  bilər;  onun  başında  kətandan  bir  sarıq  (əsabehi-

tuzi),  əynində  gözəl  növ  qumaşdan  tikilmiş  uzun  qollu,  uzun  ətəkli  və  qa-

baqdan  düymələri  olan  paltar  (qəbayi-mülhəm),  ayağında  keçə  çəkmələr, 

qolunda gərilmiş bir yay, kəmərində üç ox vardı

2

.  



Əbu Düləf öz səyahətnaməsində oğuzların kürk və kətan paltarlar gey-

diklərini  yazsa  da,  ikincini  qəbul  etmək  mümkün  deyil.  İslam  ölkələrində 

emal  edilən  geyim  əşyaları  oğuzlarını  rəğbətlə  qarşıladığı  ərməğanlar  idi. 

Ancaq onlar ümumən  yun və keçə paltarlar  geymişlər.  İrana hakim olduq-

dan sonra Toğrul bəyin ağ rəngli pambıq paltarlar geydiyi bildirilir

3

.  



Oğuzların  xasiyyət  və  xarakterinə  gəlincə,  məlumat  azlığı  üzündən  bu 

xüsusda tam və qəti hökmlər vermək o qədər də asan deyil, ancaq onu söy-

ləmək mümkündür ki, oğuzlar sürdükləri həyat tərzi və  yaşadıqları mühitin 

çətin şərtlərinin təsiri ilə olduqca tündməcaz idilər. Vuruşqan olmaq onların 

başlıca fəzilətlərindən biri idi. Bununla bərabər, onlar namuslu, doğrucul və 

qonaqpərvər insanlardı

4

. Türklər son zamanlaradək bu xüsusiyyətlərini mü-



hafizə  etmişlər.  XIX  əsrdə  də  səyyahlar  Anadolu  türklərini  bu  cəhətlərinə 

görə yüksək qiymətləndirmişlər. Oğuzlar öz başçılarına (dini və siyasi) son 

dərəcə  bağlı  və  hörmət  edən  insanlardı.  Xurafata  inandıqları  və  hisslərinə 

əsir olduqları da məlumdur.  

Oğuzların danışdığı türkcə hələ Anadoluya gəlməzdən əvvəl, Türküstan-

da ikən türk ləhcələrinin ən incəsi və kübarı (zərifi) sayılırdı. Kaşğari bu cə-

həti  xüsusi  qeyd  edir

5

.  Yenə  həmin  müəllif  ancaq  oğuz  ləhcəsində  işlənən 



bir  çox  sözləri  göstərmişdir

6

.  Bunun  nə  üçün  belə  olduğunu  ancaq  həmin 



sözlərin etimologiyasını tədqiq etdikdən sonra bilmək olar.  

Oğuzlar eyni zamanda Sır-Dərya sahillərindəki şəhərdə birlikdə yaşadıq-

ları soğdlardan (sukak) da çoxlu kəlmələr almışdılar. Onlar bu sözlərin ço-

xunu Anadoluya gətirmişlər.  

 

                                                           



1

 Matyö d'Edesin xronikası. E.Dülorye tərcüməsi. Paris, 1958, s. 41. 

2

 Tarixi-Beyhaki, s. 533. 



3

 Əbül-Fərəc. Türkcə tərcümə, s. 229. 

4

 İbn Fədlanın müsəlman tacirlərlə oğuzların münasibətlərinə dair sözləri. Z.V.Toğan nəşri, 



s. 12; s. əd-Dehxan nəşri, s. 95-96. 

5

 Kilisli, I, s. 30, 361; Atalay, I, s. 30, 432; [Ramiz Əskər, I, s 104, 425]. 



6

 Bu kəlmələr haqqında: Təhsin Banquoğlu. Oğuz ləhcəsi haqqında. Türk dili araşdırmaları 

illiyi, 1960, s. 23-48. 



FARUQ SÜMƏR 

70 


 

6. OĞUZLARIN İSLAM DİNİNİ QƏBUL ETMƏSİ  

  

X  əsrin  ilk  rübündə  Süd-Kəntdə  müsəlmanlığı  qəbul  etmiş  mühüm  bir 



türk icmasının yaşadığı müşahidə edilir ki, onların oğuzlardan olmasına şüb-

hə  yoxdur

1

.  Süd-Kəntin  XI  əsrin  sonlarında  bir  oğuz  şəhəri  olduğu  da  mə-



lumdur. Yenə X əsrin ilk rübündə Fərab-Kəncədə və Şaş (Daş-Kənd) arasın-

da islam dinini qəbul etmiş oğuz və karluqlardan ibarət min çadıra yaxın bir 

elat yaşayırdı

2

. Bunlar müsəlman olmayan türklərin axınlarına qarşı müdafiə 



hərəkatlarında mühüm rol oynayırdılar. İbn Fədlanın 921-ci ildə Bulğara ge-

dərkən görüşdüyü oğuz başçılarından Yınalın bir dəfə müsəlman olduğunu, 

lakin xalqın «Müsəlman olsan, bizim başçımız ola bilməzsən» şəklində eti-

raz etməsi üzündən təkrar köhnə dininə qayıtmaq məcburiyyətində qaldığını 

bilirik

3

.  



İslam hüdudları  xüsusilə samanilərin cəhdi  sayəsində Sır-Dərya arxası-

nın şərqi istiqamətində genişlənmiş və Balasağuna qədər uzanmışdı. IX əsr-

də samanilərdən Nuh ibn Əsəd İsfacab bölgəsini fəth etmiş, bu xanədanın ən 

böyük hökmdarı İsmayıl ibn Əhməd 893-cü ildə Talas şəhərini alaraq orada-

kı möhtəşəm kilsəni məscidə çevirmiş, Nəsr ibn Əhməd isə (913-943) Şav-

qar  şəhərinə  səfər  etmişdi

4

.    İsmayıl  ibn  Əhmədin  Talas  səfəri  və  İsficab 



bəylərinin fəaliyyəti nəticəsində Balasağunun qərbindəki Ordu şəhərində ya-

şayan türkmən məliki  müsəlmanlığı qəbul  etmiş və  İsficab bəylərinə vergi 

ödəməyə başlamışdı.  

Beləliklə,  türk  qövmləri  arasında  müsəlmanlığı  hamıdan  əvvəl  əsasən 

Balasağunla Talasın şərqindəki Mirki qəsəbəsi arasında yaşayan türkmənlər 

qəbul etmişlər. Şübhəsiz ki, bu, X əsrin birinci yarısında baş vermişdir. La-

kin, dediyimiz kimi, müsəlman şəhəri olan Balasağun 942-ci ildə müsəlman 

olmayan türklərin əlinə keçmişdir

5

. Onların qaraxanilər xanədanının başçılıq 



etdiyi  yağmalar  olduğu  şübhəsizdir.  Bu  hadisə  əsil  yurdu  Kaşğar  bölgəsi 

olan qaraxanilər sülaləsinin Talas vadisini öz hakimiyyəti altına aldığı tarixi 

göstərir.  

Salnaməçilər 349-cu ildə (miladi 960) 200.000 çadırlıq bir türk elatının 

müsəlmanlığı  qəbul  etdiyini  bildirirlər

6

.  Bu  türklərin  qaraxani  xanədanının 



hökmranlıq etdiyi  yerlərdəki türk qövmləri (yağma, karluq, çigil, tuxsı) ol-

duğuna heç bir şübhə yoxdur. Həmin əsrin ikinci yarısında oğuzlar arasında 

da müsəlmanlığın xeyli yayıldığını söyləmək mümkündür. Son samani şah-

zadəsi Əbu İbrahim (Müntəsir) Mavəraünnəhri qaraxanilərin əlindən almaq 

                                                           

1

 İbn Hövkəl, s. 511; Hüdud ül-aləm, s. 117; Minorski, s. 118. 



2

 İbn Hövkəl. Göstərilən yer; Hüdud ül-aləm; s. 118; Minorski, s. 119. 

3

 Z.V.Toğan nəşri, s. 13; S. əd-Dehxan nəşri, s. 97-98. 



4

 Barthold. Türkestan, s. 211, 224, 256. 

5

 Yenə orada, s. 256. 



6

 Yenə orada, s. 255. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə