Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə41/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   37   38   39   40   41   42   43   44   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

85 


 

nəql  edən  Zahir  Nişapurinin  sözlərindən

1

 bəlkə  də  təxmin  etmək  olar  ki, 



Arslan yabğunun üstündə bir yay və üç ox vardı.  

1038-ci  ildə  Nişapura  girən  Toğrul  bəyin  qolunda  gərilmiş  bir  yay,  be-

lində isə üç ox olmuşdu ki

2

, bunun yabğuluq əlaməti olduğu şübhəsizdir. Bu 



müsahibəyə  görə,  Xarəzmdə  Xəzərə  çox  yaxın  olan  Balxan  dağları  yörə-

sində mühüm bir türkmən elatı yaşayır

3

. Halbuki X əsrdə bu bölgədə oğuz-



ların yaşadığına dair heç bir qeydə rast gəlmirik.  

Arslanın xeyli qüdrətli olduğunu görən Sultan Mahmud hər halda ondan 

öz ölkəsinə dəyə biləcək zərərin qarşısını almaq və Əli Təgini onun kömə-

yindən məhrum etmək üçün yabğunu hiylə ilə tutdu. Arslan əvvəlcə Qəznə-

yə, oradan isə Hindistandakı Multan şəhəri yaxınlığındakı Kalincar qalasına 

göndərilib  dustaq  edildi.  Beləliklə,  heç  gözləmədiyi  bir  hiylənin  qurbanı 

olan Arslan yabğu həyatının sonuna qədər bu qalada qaldı. Bəzi müəlliflərə 

görə


4

, Arslan  yabğu  qardaşı uşaqlarının  Xorasanda  qazandıqları  ilk  müvəf-

fəqiyyətlərə  qədər  yaşamış,  hətta  dustaq  olduğu  qaladan  gizlincə  xəbərlər 

göndərərək  onları  qəznəvilərlə  mübarizəni  davam  etdirmək  xüsusunda  təş-

viq etmişdir

5

.   



Arslan  yabğu bizim üçün Türkiyə səlcuqlularının atası olması baxımın-

dan əlamətdardır. Onun iki oğlunu tanıyırıq: Qutalmış və Rəsul Təgin. Ehti-

mal ki, sonuncu ad qaraxanilərin bir şahzadəsindən iqtibas edilmişdir, çünki 

oğuzların təgin ünvanı daşıdıqları görülməmişdir. Zahir Nişapuri atasını xi-

las etmək üçün Qutalmışın Hindistana qədər getdiyini yazır

6

.  



Arslan yabğunun Mahmud Qəznəvi tərəfindən həbs edilməsinin səlcuq-

lular arasında feli bir etirazla qarşılandığına dair məlumat yoxdur. Bu xüsus 

Zahir  Nişapurinin

7

 dediyi  kimi  girişəcəkləri  hər  hansı  təşəbbüsün  aqibətin-



dən qorxmalarından daha çox aralarında birlik olmaması ilə əlaqədardır. Hər 

halda Arslanın oğulları da bu əsnada yetişkin yaşda deyildilər. Çünki nə on-

lar, nə də  əmisi  uşaqları  Arslan  yabğunun  buyruğundakı  oğuz  bölüyünə  və 

ya  bölüyün mühüm bir  qisminə  hakim ola bilməmişlər. Oğuzlardan Arslan 

yabğuya tabe 4.000 çadırlıq bir elatın başbilənləri onun dustaq edilməsindən 

sonra Mahmud Qəznəviyə öz bəylərindən, yəni səlcuqlulardan zülm gördük-

lərini  və  əziyyət  çəkdiklərini söyləyərək  Xorasana köçmək üçün icazə  ver-

məsini xahiş etdilər. Onlar Xorasanda yurd salacaqları təqdirdə özlərini ora-

da rahat hiss edəcəkləri kimi, bunun sultan üçün də, Xorasan üçün də fayda 

                                                           

1

 Rəşidəddin. Cami  ət-təvarix. Zikri-tarixi-aliyi-Səlcuq, s. 8-9. Bu barədə “Məliknamə”nin 



susması çox mənalıdır. 

2

 Beyhaki, s. 553. 



3

 S. 8. 


4

 Gərdizi, s. 66; Rəşidəddin, II, cüz 5, s. 8-11; ibn-ül-Əsir, IX, s. 157, 197, 199. 

5

 Rəşidəddin, II cüz, 5, s. 10-11; ibn-ül-Əsir, IX, s. 199. 



6

 Rəşidəddin, II cüz, 5, s. 11. 

7

 S. 10. 



FARUQ SÜMƏR 

86 


 

gətirəcəyini,  ordusunun  qüvvəsini  artıracağını  da  söyləməyi  unutmamışlar. 

Oturaq camaata və seçmə qoşuna əsaslanan islam dövlətlərində köçəri ünsü-

rə  zəngin  bir  gəlir  mənbəyi  kimi  baxırdılar.  Mahmud  Qəznəvi  də  məhz  bu 

məqsədlə  vəzir  və  əmirlərin  etirazlarına  fikir  verməyərək  onların  Xorasana 

köçmələrinə icazə verdi. 4.000 çadırdan ibarət bu oğuz elatı çoluq-çocuqları, 

davarları  ilə  Xorasana  köçərək  Səraxs,  Fəravə  və  Abivərd  çöllərində  yurd 

saldılar. Onların başında Yağmur, Buka, Göktaş və Qızıl adlı bəylər vardı

1



Bu oğuzların, qeyd olunduğu kimi, Xorasana öz arzuları ilə köçdükləri şək-



sizdir. Arslanın ölümundən sonra onların səlcuqlulara bağlı qalmaq istəmə-

dikləri də bir gerçəkdir. Çünki onlardan mühüm bir qisminin, daha sonralar 

da  səlcuqlulara  tabe olmaqdan qaçındıqları  görüləcəkdir.  Bunun  səbəbi  nə-

dir?  


Gərdizinin  yazdığı  kimi  onlar  səlcuqlu  ailəsindən  əsla  unuda  bilməyə-

cəkləri  dərəcədə  zülm  görmüşdülərmi?  Bəlkə  sadəcə  müstəqil  yaşamaq 

üçün belə hərəkət etmişlər? Bu barədə qəti bir hökm vermək mümkün deyil. 

4.000  çadırlıq  bir  oğuz  elatının  Xorasana  getməsi,  şübhəsiz,  səlcuqluların 

gücünü azaltdı, onları zəif vəziyyətə saldı. Onların tarixinə keçməzdən əvvəl 

bu 4.000 çadırlıq oğuz elatından bəhs etmək daha münasibdir.  

Mahmud  Qəznəvinin  Arslan  yabğuya  bağlı  4.000 çadırlıq oğuz  elatının 

Xorasana köçməsinə icazə verməsi başda vəzir olmaq üzrə dövlət ərkanı və 

komandanların  etirazına  səbəb  olmuşdu

2

.  Hətta  onlardan  Tus  valisi  Arslan 



Cazib ox ata bilməmələri üçün onların baş barmağını kəsdirməyi Mahmuda 

tövsiyə  etmişdi.  Sultan  Tus  valisinin  bu  sözlərinə  heyrət  edərək  ona  «sən 

mərhəmətsiz, daş ürəkli bir adamsanmış» cavabını vermişdi

3

.  



Mahmud  Qəznəvi  418-ci  ildə  (1027)  Hindistana  səfərindən  qayıdarkən 

(ilin sonunda) Nəsa, Bavərd (Abivərd) və İsfərayi camaatından bir çox adam 

ona  türkmənlərin  təcavüzündən  şikayət  etdi.  Buna  görə  sultan  Tus  valisi 

Arslan Cazibə məktub yazaraq türkmənlərin təcavüzlərinin qabağını almağı 

əmr  etdi.  Tus  valisi  hərəkətə  keçdisə  də  müvəffəqiyyət  əldə  edə  bilmədi. 

Türkmənlər  onun  əsgərlərindən  xeyli  qırıb,  çoxunu  da  yaraladılar.  Arslan 

Cazib bir neçə dəfə onların üstünə getsə də, heç bir şey edə bilməmiş, bu sə-

bəbdən xalqın şikayətlərinin arası kəsilməmişdi. Sultan məktub yazaraq onu 

danladı və acizlikdə ittiham etdi. Tus valisi isə türkmənlərin çox qüvvətlən-

diyini, onların öhdəsindən ancaq sultanın gələ biləcəyini, hökmdar gəlməsə 

fəsadlarının  artacağını  və  qarşısını  almağın  daha  çətin  olacağını  bildirdi. 

                                                           

1

 Gərdizi,  s.  67;  ibn  ül-Əsir,  s.  157,  197;  Cüzcani  (Beyhakidən  nəqlən).  Təbəqati-Nasiri. 



Əbdül Heyy Həbib Qəndəhari nəşri, I, s. 290-292. 

2

 «O gün mən, Altın-Taş və Arslan Cazib və başqaları çox dedik, xeyri olmadı» (Beyhaki, 



s. 266). 

3

 Gərdizi, s. 67. Arslan Cazibin bu təklifi o qədər məşhur olmuşdur ki, onu bütün əsərlərdə 



görmək mümkündür. Gərdizi və Beyhaki kimi Qəznə salnaməçiləri də həmin vaxtdan eti-

barən oğuzlardan artıq sadəcə türkmən deyə bəhs edirlər. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə