Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə44/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   40   41   42   43   44   45   46   47   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

91 


 

hökmdar olan Əli Təgin, Beyhakinin açıqca yazdığı kimi

1

, səlcuqluların özü 



üçün böyük dayaq olduğunu bilirdi. Məsələn, xarəzmşah Altun-Taş ilə Ma-

vəraünnəhrdəki Dəbusiyyə vuruşmasında (423-1032) Əli Təginin ordusunda 

səlcuqlular da var idi

2

. Səlcuqlulara gəlincə, onlar da öz düşmənlərinə qarşı 



mübarizədə  qaraxani  hökmdarlarının  köməyinə  güvənirdilər.  Yabğuluğun, 

yəni  oğuz  dövləti  rəisliyinin  Arslandan  sonra  Səlcuq  oğlu  Musanın  oğlu 

Yusifə keçdiyi bilinir. Bu xüsus, yəni atası Musa hələ sağ ikən yabğu olmaq 

 

şübhəsiz ki,  Yusifin şəxsi məziyyətləri ilə bağlı idi. Yusif yabğuluq ünvanı 



olaraq  İnanc adını daşıyırdı. Ancaq 426-cı ilin (1034/1035) qışında Əli Tə-

ginin  ölümü  ilə  vəziyyət  dəyişdi.  Əli  Təginin  kiçik  yaşlı  iki  oğlu  qalmış, 

iqtidar  isə  onun  sərkərdəsi  Konuşun  (yaxud  Tonuşun)  əlinə  keçmişdi.  Bu 

sərkərdə  ilə  səlcuqlular  arasında  düşmənçilik  yarandı

3

.  Səlcuqlular  bu  sə-



bəbdən  Nur  yörəsində  qala  bilməyəcəklərini  başa  düşərək  dostları  xarəzm-

şah Harunun ölkəsinə getdilər. Əslində onlar Harunun atası Altun-Taş döv-

ründən bəri qışlamaq üçün hər il Xarəzmə gedirdilər. Bu dəfə isə onlar geri 

qayıtmamaq üzrə gedirdilər. Sultan Məsudun tabeçiliyindən xilas olmuş xa-

rəzmşah  Harun  Xorasanı  ələ  keçirmək  üçün  səlcuqlulardan  istifadə  etmək 

istəyirdi.  

Səlcuqluların  Mavəraünnəhrdən  Xarəzmə  köçmələrini  Cənd  hökmdarı 

Şah Məlik də eşitmişdi. Daha əvvəl də dediyimiz kimi, nə Beyhakidə, nə də 

digər əsərlərdə Şah Məlikin qövmi mənşəyi barədə heç bir məlumat yoxdur. 

Düzdür,  «Cami  ət-təvarix»  Şah  Məliki  son  oğuz  yabğusunun  oğlu  kimi 

                                                                                                                                                    

xeyli  şübhəlidir.  Hətta  bunun  tamamilə  əfsanə  olduğunu  söyləmək  mümkündür.  Çünki 

mədhiyyə,  yaxud  əfsanə  xarakteri  daşıyan  bu  hadisə  digər  mənbələr  və  əsərlər  tərəfindən 

təsdiq olunmur. Hətta “Əxbar üd-dövlət is-səlcuqiyyə” və ibn ül-Əsir bu hadisədən bəhs et-

mirlər; ehtimal ki, bu hal həmin əsərlərin istifadə etdikləri “Məliknamə” nüsxəsində bu ha-

disənin  olmamasilə  bağlıdır.  Digər  tərəfdən,  İraq  türkmənlərindən  əvvəl  Bizans  sərhəd-

dində başqa türkmənlərin olması barədə əlimizdə qəti məlumat yoxdur və olması da ehtimal 

edilmir. Belə olduğu  halda bəzi tədqiqatçılar bu hadisənin  doğruluğuna  şübhə etməmiş  və 

bu  barədə  əsərlər  yazmışlar  (İbrahim  Kafesoğlu.  Şərqi  Anadoluya  ilk  səlcuqlu  axını  və 

onun tarixi əhəmiyyəti. Körpülü ərmağanı. Ankara, 1953, s. 259-274) və ya araşdırmaların-

da  ona  mühüm  yer  vermişlər  (M.Köymən.  Böyük  Səlcuqlu  imperiyasının  qurulması.  I, 

s.170-178). Mədhiyyə mahiyyətində bir əsər olan “Məliknamə”nin XI əsr səlcuqlu tarixinin 

etibarlı bir qaynağı hesab olunmayacağı qənaətindəyik. Hətta bu vəsilə ilə “Məliknamə”nin 

bizə yanlış təlqinlər aşılamaqdan başqa bir şeyə yaramadığı fikrində olduğumuzu da əlavə 

edək.  Əgər  bu  əsəri  etibarlı  mənbə  saysaq,  ondakı  biabırçı  xətaları  təkrar  etməkdən  başqa 

heç nəyə nail ola bilmərik. 

1

 S. 445. 



2

 Beyhaki, s. 343. 

3

 Beyhaki, s. 470, 682. Səlcuqlularla Əli Təginin oğulları arasında çarpışmalar olduğu haq-



da qaynaq heç nə demir. “Məliknamə”də adı çəkilən İnanc Bəyğu, yəni Yusif ibn Musa bu 

zaman artıq öldürülmüş olmalı idi. Həmin  hadisə nəticəsində bu ünvan atası Musaya keç-

mişdir.  Yəni  orada  səlcuqluların  öldürdüyü  iddia  edilən  Alp  Qara  Beyhakidə  adı  çəkilən 

Konuş (Tonuş) ola bilər. Alp Qara hər halda onun ünvanı idi. 




FARUQ SÜMƏR 

92 


 

göstərir, lakin biz bu xüsusda tərəddüd edirik. Şah Məliklə səlcuqlular ara-

sında  dərin  bir  düşmənçilik  vardı.  Hətta  bir  az  əvvəl  Cənddən  səlcuqluları 

məhz onun uzaqlaşdırdığı fikrində olduğumuzu da bildirmişdik. Ancaq səl-

cuqluların da ona çox böhranlı günlər «bəxş etdiyi» anlaşılır. Buna görə səl-

cuqluların  Xarəzm  torpaqlarına  gəldiyini  eşidən  Şah  Məlik  böyük  bir  ordu 

ilə çöl yolundan sürətlə Xarəzmə daxil oldu və dan yeri ağaranda səlcuqlu-

lara basqın etdi (zilhiccə, 425 - oktyabr-noyabr, 1034). Səlcuqlular bu qəfil 

hücum nəticəsində ağır itkiyə məruz qaldılar. Qaynaq bu basqında 7-8 min 

adamın öldürüldüyünü, çoxlu qadın və uşağın əsir alındığını, xeyli atın ələ 

keçirildiyini  yazır

1

.  Səlcuqlular  acınacaqlı  bir  vəziyyətdə  Ceyhunun  o  biri 



sahilinə keçdilər və Rabati-Nəməkdə düşərgə saldılar

2

. Onların atlarının yə-



həri belə yox idi, özləri də o qədər pərişan vəziyyətdə idilər ki, yaxınlıqdakı 

bir kəndin gəncləri onları az qala öldürəcəkdilər. Dostları xarəzmşah bu ha-

disədən çox mütəəssir oldu və onlara təsəlli verdi.  

Səlcuqlular gerçəkdən böyük fəlakətə uğramışdılar. Şah Məlikin şiddətli 

basqını nəticəsində çoxlu adamları ölmüş, arvad-uşağın bir qismini, kibitka-

larının və davarlarının çoxunu da düşmən alıb aparmışdı. Ancaq buna bax-

mayaraq onlar bu fəlakətin ağırlığı altında əzilmədilər, tez özlərini topladılar. 

Qısa  bir  zamanda  başlarına  çoxlu  adam  yığdılar.  Bunlar  oğuz  yurdundan 

gəlmiş  adamlardı.  Bu  cəhət  şübhəsiz  ki,  səlcuqluların  öz  eldaşları  arasında 

qədimdən bəri nüfuz və etibar sahibi bir ailə olmalarından doğurdu.  

Səlcuqlular bir az sonra dostları xarəzmşah Harunu da itirdilər. Qəznəvi 

hakimiyyətindən xilas olan Harun eyni zamanda Xorasanı ələ keçirmək qa-

yəsini güdürdü. Səlcuqlulara  yaxınlıq göstərməsi də bu məqsədi həyata ke-

çirmək  üçün  onlardan  görəcəyi  kömək  ilə  əlaqədar  idi.  Ancaq  Harun  qəz-

nəvi  dövlətinin  vəziri  tərəfindən  hazırlanan  sui-qəsdin  qurbanı  oldu  və sui-

qəsddən gözlənilən nəticə alınmadı. Harunun yerinə Xəndan ləqəbli qardaşı 

İsmayıl taxta çıxdı. Fəqət səlcuqlular da daha Xarəzmdə qalmayıb Xorasana 

köçdülər (rəcəb, 426 - may, 1035).  

Səlcuqluların  Xorasana  köçmələri  yalnız  Harunun  ölməsilə  Xarəzmdə 

meydana çıxan qarışıqlıqlar və Şah Məlikin qorxusu ilə əlaqədar deyildi. Bu 

işdə Xarəzmdə yaşadıqları yerin əlverişsizliyi və cəzbedici ölkə olan Xora-

sanda daha asanlıqla yurd sala biləcəkləri düşüncəsi də mühüm amil ola bi-

lərdi. Ceyhunu keçən səlcuqlular Mərv yolu ilə Nəsaya gəldilər. Onların 10 

                                                           

1

 Beyhaki, s. 683. 



2

 M.Köymən  (s.  19,  qeyd  3-4)  X  əsr  coğrafiyaşünaslarının  əsərlərində  göstərilən  Seyhun 

(Sır-Dərya) sahilindəki Xuvarə ilə səlcuqluların Şah Məlik basqını səbəbilə qaçarkən Cey-

hunu (Amu-Dərya) keçdikləri yeri eyniləşdirir. Ceyhunun o biri tərəfində oğuzların düşərgə 

saldıqları  Rabati-Nəməkin  isə  Ceyhundan  yüzlərcə  kilometr  uzaqda  -  Kumis  əyalətindəki 

Dihi-Nəmək hesab etməsinin dəlilləri, məncə, məchuldur. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə