Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə42/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   38   39   40   41   42   43   44   45   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

87 


 

Mahmud Qəznəvinin valinin bu sözlərindən canı sıxılsa da əsgər toplayaraq 

419-cu ildə  (1028) Qəznədən  yola çıxdı,  Bust  yolu  ilə Tusa getdi və  orada 

Arslan Cazibdən baş vermiş hadisələr və hazırkı vəziyyət haqda məlumat al-

dıqdan sonra məiyyətinə bir neçə sərkərdə verərək onu oğuzların (türkmən-

lərin) üstünə yolladı. Arslan bu dəfə Fəravə karvansarası (rabat) yaxınlığın-

dakı vuruşmada onları darmadağın etdi. Mənbəyə görə (Gərdizi) oğuzlardan 

4.000  adam  öldürülmüş,  bir  çoxu  əsir  alınmış,  qalanları  isə  Balxan  və  De-

histan tərəfə qaçmışdılar

1

.  



Bu hadisəni bir il sonra, yəni 420-ci ildə (1029) qələmə alan ibn ül-Əsir 

amillərin  (vergi  məmurlarının)  oğuzlara  (əl-ğuzz)  zülm  etdiklərini,  onların 

mallarını, çoluq-çocuqlarını əllərindən aldıqlarını söyləməklə

2

 oğuzların ca-



maata qarşı təcavüzünün səbəblərini göstərir. Dövlətə itaət edib vergi verən 

köçəri ünsürün hər yerdə əksərən vergi məmurları və o bölgənin idarəçiləri 

tərəfindən sırf öz mənafeləri naminə təzyiqə məruz qaldığını bilirik. Bunun 

əvəzində  köçərilərin  əllərinə  kiçicik  bir  fürsət  düşən  kimi  oturaq  xalqın 

əkinlərini mal-qaraya yedirtməsi, heyvanlarını qəsb etməsi, hətta onlara hü-

cum etməsi də faktdır. 

 

Bu  hadisədən  sonra  oğuzların  (türkmənlərin)  hücumları  xeyli  azaldı



3

Salnaməçilərin  söylədiyi  kimi,  oğuzların böyük  əksəriyyəti Balxan  dağları-



na  getmişdilər

4

.  Ertəsi  il  (420-1029)  büveyhilərin  zəif  bir  vəziyyətdə  ol-



duqlarını  görən  Mahmud  Qəznəvi  Rey  şəhərini  aldı  və  oranı  idarə  etməyi 

oğullarından Məsuda tapşırdı. Bir il sonra isə dövrün bu ən qüdrətli hökm-

darı vəfat etdi (421-1030).  

Mahmud Qəznəvinin ölümü oğuz türklərinin tarixi baxımından çox mü-

hümdür. Çünki o, göründüyü kimi, oğuz türklərinin hərəkət və fəaliyyətinin 

qabağını ala biləcək və onlardan gələcək təhlükəni önləyə biləcək qüdrətdə 

bir hökmdar idi. Oğlu və xələfi Məsud isə eyni qüdrəti göstərə bilməmiş və 

oğuz türklərinin dünya miqyasında böyük bir dövlət qurmalarına mane ola 

bilməmişdir.  

Mahmud Qəznəvinin ölümündən sonra oğlu Məhəmməd taxta çıxarıldı. 

İsfahanda  olan  Məsud  qardaşının  hökmdarlığını  tanımadı  və  taxtı  əldə  et-

mək  üçün  Reydən  Xorasana  yürüş  etdi.  Ordusunun  sayını  artırmaq  üçün 

Məsud  oğuz  bəylərindən  Yağmuru  da  xidmətinə  götürdü.  Asanlıqla  hökm-

dar olunca Yağmurun xahişi üzrə Balxandakı oğuzların Xorasana qayıtma-

larına icazə verdi, onların bəyləri Qızılı, Gök-Taşı və Bukanı da öz xidmə-

                                                           

1

 Gərdizi, s. 70-71; Beyhaki, s. 68. 



2

 IX, s. 157, 197. 

3

 Gərdizi, s. 71. 



4

 İbn-ül-Əsir  (IX,  s.  157) oğuzlardan  2.000  çadırlıq  bir  elatın  İsfahana  getdiyini,  Mahmud 

Qəznəvinin  İsfahan  hakimi  deyləmli  Kakuyə  Əlaüddövlədən  (1007-1041)  oğuzları  və  ya 

onların başlarını ona göndərməyi tələb etdiyini, bunu öyrənən oğuzların oradan uzaqlaşaraq 

Azərbaycana getdiklərini yazır. 



FARUQ SÜMƏR 

88 


 

tinə qəbul etdi. Ancaq Qəznəvi hökmdarı bu bəylərin üstünə öz adamların-

dan  Xumar-Taşı  rəis  təyin  etməyi  də  unutmadı.  Atasının  ölkədən  çıxardığı 

bu oğuzları Məsudun təkrar xidmətə qəbul eləməsi dövlət adamları tərəfin-

dən xatalı bir hərəkət kimi qiymətləndirilmişdir

1

.  



Məsud taxta çıxar-çıxmaz Mərkan hakimi asi İsanın yerinə Əbül-Əsgəri 

keçirmək üçün oraya bir ordu göndərdi. Bu ordunun tərkibində Xumar-Ta-

şın  ümumi  sərkərdəliyi,  Qızıl  Buka  və  Gök-Taşın  komandanlığı  altında 

oğuzlar  (türkmənlər)  də  vardı.  Qəznəvi  ordusu  İsanın  qoşunlarını  məğlub 

edərək özünü öldürdü və Əbül-Əsgər Mərkan hakimi oldu (421-ci ilin sonu 

- 1030)


2

Gərdiziyə görə



3

, ertəsi il (422-1031) oğuzların xalqa zülm etdiyi barədə 

Səraxs və Abivərddən şikayətlər gəlmişdi. Əbu Sə‘d Əbdüsün komandanlığı 

altında Məsud bir ordu yolladı. Oğuzlar (türkmənlər) Fəravədə bu ordu ilə 

vuruşdular.  Çoxlu  adam  öldü.  Oğuzlar  (türkmənlər)  arvad-uşağı  Balxana 

göndərərək vuruşmaqda davam etdilər. Hər gün bölük-bölük gəlir və qəznə-

vi ordusu ilə döyüşürdülər. Gərdizi bu çarpışmaların nəticəsi barədə heç nə 

yazmır.  Beyhaki  isə  bu  hadisədən  ümumiyyətlə  söz  açmır.  Ehtimal  ki,  bu 

türkmənlər Yağmur bəyin adamları idilər. Çünki aşağıda bəhs ediləcəyi üzrə, 

Nişapurda adlarını bildiyimiz böyük bəylərdən yalnız o öldürülmüşdür. Üs-

təlik, Mərkana gedən bəylər arasında da Yağmurun adına rast gəlmirik.  

Sultan Məsud 423-cü ildə (1031/1032) öz əmiri Taş-Fərraşı Rey valiliyi-

nə təyin etmişdi. Ona verdiyi buyruqlar arasında oğuzların başçıları Yağmur, 

Qızıl, Buka və Gök-Taşın yaxalanması əmri də vardı. Oğuzları yenə Xumar-

Taş  idarə  edəcək  və  onlar  yenə  Reydə  dövlətə  xidmət  edəcəkdilər.  Ancaq 

gerçəkdən çox ağıllı və dərrakəli bir vəzir olan Xacə Əbu ün-Nəsr Əhməd 

hökmdarın bu qərarına açıq şəkildə etiraz etsə də, Məsud ona qulaq asmadı 

və türkmənlərin də şəxsən öz bəyləri haqqında bu cür ölçü götürülməsini is-

tədiklərini iddia etdi. Ancaq bu xüsusda ona qərar verdirən əsil səbəb həmin 

bəylərin beynində fəsad daşıdıqları fikrində olması idi

4

.  


Həm  Beyhakinin,  həm  də  ibn  ül-Əsirin  sözlərindən  anlaşıldığına  görə

5



bu bəylərdən ancaq Yağmur öldürülmüş, Qızıl, Buka və Gök-Taş haqqında 

əmr  naməlum  səbəbdən  tətbiq  edilməmişdir.  Yağmur  Nişapurda  50  nəfərə 

yaxın  digər  əsilzadə  ilə  birlikdə  öldürülmüşdü  (423-1031/1032).  Onların 

Yağmurun məiyyəti, ikinci və üçüncü dərəcəli digər rəislər olduqları anlaşı-

lır,  öldürülmələrinə  isə  oğuzların  422-ci  ildə  (1031)  Səraxs  və  Bavərd  ca-

                                                           

1

 Beyhaki, s. 68. 



2

 Beyhaki, s. 69, 242-245. 

3

 S. 78. 


4

 Beyhaki, s. 266. 

5

 Beyhaki, s. 372, 397; ibn ül-Əsir, IX, s. 158. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə