Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə43/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   39   40   41   42   43   44   45   46   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

89 


 

maatına hücumları və Əbu Səd Əbdüsün komandanlığındakı qəznəvi ordu-

suna qarşı döyüşmələri vəsilə olmuşdur.  

Təxmin etmək olar ki, Məsud sonra vəzirinin də müxalifətini nəzərə ala-

raq  öz  qərarının  Mərkan  səfərində  yaxşı xidmətlər  göstərən  Qızıl,  Buka  və 

Gök-Taş barədə tətbiq edilməsindən vaz keçmişdir. Yağmurun öldürülməsi-

nin  bu  bəylərə  ciddi  təsir  etmədiyi  anlaşılır.  Çünki  onlardan  bəziləri  yenə 

Xumar-Taşın idarəsində və Taş-Fərraşın məiyyətində olmaq üzrə Reyə get-

dilər. Onların başında hər halda ayrılmaz dostlar olan Kök-Taş və Buka bəy 

dururdular.  Öldürülən  Yağmurun  oğlu,  hətta  Qızıl  da  bərəkətsiz,  ancaq 

oğuzlar  üçün  hələ  də  təhlükəsiz  yurd  vəzifəsini  görən  Balxan  bölgəsində 

idilər.  Bu  əsnada  bir  bölük  türkmən  də  qəznəvilərin  Hindistan  komandanı 

Yınal-Təginin ordusunda xidmət edirdi

1

.  



Taş  ilə  birlikdə  Reyə  gedən  türkmənlərin  sayı  3-4  min  nəfər  idi.  Səl-

cuqlu oğuzlarından fərqləndirmək üçün Reyə gedən bu oğuzları İraq oğuzla-

rı (və ya türkmənləri) adlandırmışlar. İraq türkmənləri həmən ilin sonların-

da

2



 Qəzvinin  geri  alınmasında  iştirak  etmişlərsə  də

3

,  Balxan  dağında  bulu-



nan  bu  Yağmur  oğlunun  və  digərlərinin  öz  atalarının  qisasını  almaq  üçün 

hərəkətə  gəldiklərinin  öyrənincə  tövrləri  dəyişmiş  və  əndişə  oyadacaq  şə-

kildə  itaətsizlik  göstərməyə  başlamışdılar.  Gerçəkdən  Sultan  Məsuda  Yağ-

murun oğlunun (qaynaqlarda adı heç göstərilmir) və öldürülən digər adam-

ların oğullarının çoxlu türkmən ilə Balxan dağından çıxaraq Xorasanda ca-

maata  hücum  edəcəkləri  xəbəri  gəlmişdi  (424-mart,  1033).  Ona  görə  qəz-

nəvi  hökmdarı  sərhəd  bölgələrini  qorumaq  üçün  Əli  Dayə  və  Hacib  Bilgə 

Təginin komandanlığı altında qoşun göndərmişdir

4

. Bu qoşun Yağmur oğlu-



nun hücumlarının qarşısını, deyəsən, almışdı.  

Sultan  Məsud  İraq  oğuzlarının  rahat  durmadıqlarını  eşitcək  Rey  şəhr-

əmini  Tahirə  məktub  yazaraq  Amid  Əbu  Səhl  Həmdəvi  komandanlığında 

dərhal  qoşun  göndərəcəyini  bildirmiş,  yoxlama  keçirmək  bəhanəsilə  türk-

mənləri  yaxalamağı  əmr  etmişdi

5

.  Lakin  vəzir  və  sahib-divani-risalət  Əbu 



Nəsr  Zəvzəni  Məsudun  ciddi  çaxnaşmalara  səbəb  olacaq  yanlış  tədbirə  əl 

atdığı  fikrində  idilər.  Bu  fikir  Əbu  Nəsr  Zəvzəninin  beyninə  o  qədər  qüv-

vətlə  girmişdi  ki,  türkmənlər  tərəfindən  yağma  ediləcəyi  qorxusu  ilə  Cüz-

ganda  (Cüzcanda)  saxlanan  10  min  qoyununu  dərhal  satdırmışdı

6

.  Ancaq 



Məsudun bu əmri də tətbiq edilmədi, çünki Balxan oğuzları bu əsnada (425-

1034) Xorasanı işğal etdilər. Mərv, Səraxs və Bavərddəki qəznəvi sərkərdə-

ləri onlara heç nə edə bilmirdilər. Xorasanın divan rəisi Suri isə Buşt şəhə-

                                                           

1

 Beyhaki, s. 402, 404, 433. 



2

 Beyhaki, s. 361. 

3

 Yenə orada, s. 397. 



4

 Yenə orada, s. 372. 

5

 Yenə orada, s. 398. 



6

 Beyhaki, s. 399. 




FARUQ SÜMƏR 

90 


 

rindəki hökmdara təcili olaraq Xorasana gəlməyi məsləhət gördü. Suri türk-

mənlərə  Mavəraünnəhr  hökmdarı  Əli  Təginin kömək  göstərdiyini,  xarəzm-

şah Harunun isə onları qızışdırdığını bildirdi

1

. Məsud bu xəbərdən çox mü-



təəssir oldu. Herata varid olanda türkmənlərin əməlləri haqqında yeni xəbər-

lər eşidərək Səraxsa  doğru hərəkət  etdi.  Məsudun  Səraxsa gəlməsilə  əlaqə-

dar  türkmənlərin  çoxunun  müvəqqəti  olaraq  Balxana  doğru  çəkildikləri  bi-

linir.  Ancaq  Məsud  oraya  çatanda  bu  dəfə  Mavəraünnəhr  türkmənlərinin 

Termez və Qubadiyana hücum etdikləri və Termez valisi bəy Təgini öldür-

dükləri xəbərini eşitdi. Beləliklə, oğuzlar üç tərəfdən qəznəvi dövlətinin ba-

şına oyun açırdılar. Məsudun Səraxsa gəlməsi üzündən ürkmənlərin bir bö-

lüyü Mərvə, bir bölüyü isə Fərqanə tərəflərə getmişdi. Mərv tərəfə gedənlər 

oranın valisi Anuş Təgin ilə vuruşdular, ancaq məğlub olaraq çölə qaçdılar. 

Döyüşdə  oğuzlardan  200  nəfər  öldü,  24  nəfər  isə  əsir  düşdü.  Bu  zəfərdən 

çox sevinən Mahmud göndərilən əsirləri fillərə tapdatmaq vəhşətini göstərə-

rək bayram etdi

2

 (səfər, 426-dekabr, 1034). Fərqanədəki türkmənlərə gəlincə



onların üzərinə əmir-axur Piri, Əbdüs və digər bəzi əmirlərin komandanlığı 

altında böyük bir ordu göndərilmişdi. Bu ordunun vəzifəsi türkmənləri Bal-

xana qədər qovmaq idi

3

.  



 

SƏLCUQLULARIN XORASANA GƏLMƏSİ 

  

Sultan Məsud 426-cı ilin rəcəb ayında (may, 1035) Cürcanda olduğu za-



man onu hədsiz dərəcədə mütəəssir edən bir xəbər oldu. Bu xəbər səlcuqlu-

ların Xorasana gəldiklərini bildirirdi. Arslan  yabğu Mahmud Qəznəvi tərə-

findən  1025-ci  ildə  dustaq  edildikdən  sonra  ona  bağlı  4.000  çadırlıq  oğuz 

elatı  sultanın  icazəsi  ilə  Xorasana  gəlmişdi.  Onlar  Arslan  yabğudan  sonra 

səlcuqlu ailəsinə tabe olmaq istəməmiş, Balkan oğuzları ilə İraq oğuzlarının 

bir qismini təşkil etmişlər. Səlcuqlular onlara daim öz üsyankar təbəələri gö-

zü ilə baxmışlar.  

Mavəraünnəhrdə  qalan  səlcuqlu  ailəsi  Arslan  yabğunun  Mavəraünnəhr 

hökmdarı Əli Təginlə qurduğu dostluğu davam etdirdilər

4

. Olduqca ağıllı bir 



                                                           

1

 Yenə orada, s. 431, 433 



2

 Yenə orada, s. 436-440 

3

 Beyhaki, s. 441. 



4

 “Məliknamə”də hələ Arslan yabğunun sağlığında Mavəraünnəhr hökmdarı İligin öz haki-

miyyəti üçün təhlükə hesab etdiyi Çağrı  və Toğrul bəylərin üstünə hücum etdiyi və onları 

öz qövm və qəbilələri ilə birlikdə Buğra xana sığınmağa məcbur etdiyi qeyd olunur (Mir-

xond, IV, s. 85-86; ibn ül-Əsir, IX, s. 187). Bəzi tədqiqatçılar bu münasibətlə Çağrı və Toğ-

rul bəyin bir müddət Talas vadisində yaşadıqları fikrini irəli sürsələr də, bunu qəbul etmək 

qeyri-mümkündür. Çünki bəhs edilən bu hadisə bütün cəhətlərilə mədhiyyə mahiyyəti daşı-

yır. Eləcə də bu hadisədən sonra Çağrı bəyin Mavəraünnəhrdən 30 atlı ilə çıxaraq İranı bu 

başdan o başa  keçib Bizans sərhəddində  bir müddət vuruşduqdan sonra  təkrar Mavəraün-

nəhrə qayıtması barədə əhvalatın doğruluğu Kahenin də dediyi kimi (“Məliknamə”, s. 51) 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə