OĞUZLAR (TÜRKMƏNLƏR)
105
Ç. SƏLCUQLULAR DÖVRÜNDƏ OĞUZLAR
(TÜRKMƏNLƏR)
«Səlçuklılar türkmən bolub karıntaşımız
tegib ilgə və xalqğa faidəsi tikmədi».
(Şəcəreyi-tərakimə, s. 64).
Dəndanəkan vuruşmasından sonra Davud Çağrı bəy Mərvdə qalmış, qar-
daşı Məhəmməd Toğrul bəy Nişapura və onların əmisi Musa Bəyğu isə He-
rata getmişdi. Çağrı bəy qəznəvilərə qarşı müvəffəqiyyətli döyüşlər apararaq
onların gözünü Xorasandan tamamilə kəsdi. Qaraxanilərə də qalib gəlib bu
xanədanla əlverişli sülh bağladı. Üsyan etmiş Xarəzm hakimini cəzalandırdı,
o tərəfdəki qıpçaq bəyinə müsəlmanlığı qəbul etdirdi və onunla düngür oldu.
Toğrul bəyin Reyə getməsindən sonra bütün Xorasan Çağrı bəyə qaldı. Bun-
dan başqa, Kirman Qara-Aslan ünvanlı oğlu Kavurt bəyin əlində idi. Görün-
düyü kimi, Çağrı bəy birinci dərəcəli komandan, siyasi məsələlərdə isabətli
rəy və fikrə sahib ağıllı bir siyasət adamı olmasına baxmayaraq hökmdarlığı
dövründə çox da qəsbkar olmamışdır. Halbuki nailiyyətlərini daha da artıra
bilərdi. O, bozqırlardakı sıxıntılı həyatını daim xatırlayaraq yüksəldiyi möv-
qedən razı qaldığını bildirirdi. Dövlətin qurulmasından əvvəl xeyli yağma
etdiyi Xorasanı yenidən qurmuş, təbəəsini ədalətlə idarə edərək özündən ra-
zı salmışdı, hətta qardaşı Toğrul bəyi idarə elədiyi yerləri dağıntı halında
qoymaqda və xalqı mühacirətə məcbur qılmaqda ittiham etmişdi. Toğrul
bəy ona verdiyi cavabda: «Ay qardaşım, sən Xorasan kimi abad bir ölkəyə
sahib olduğun halda onu xarabazara çevirdin, indi hakimiyyətində olduğu
üçün oranı abadlaşdırmalısan. Halbuki buralar məndən əvvəl başqaları tə-
rəfindən təxrib olunmuş, xaraba qoyulmuşdur. Buna görə ölkəmi hələ abad-
laşdıra bilməmişəm. Digər tərəfdən, bu ölkənin ətrafı düşmənlərlə dolu ol-
duğundan yollara əsgər qoymaq zərurəti ortaya çıxır ki, onlardan dəyən zə-
rərin qarşısını almaq da mümkün olmur» demişdi. Çağrı bəyin bu cavaba
etirazını təsəvvür etmək çox çətindir. Yağma və qənimət ümidi olmadan
oğuzları döyüşə sövq etməyin çətin bir iş olduğunu, şübhəsiz, o da çox gö-
zəl bilirdi. Çünki Toğrul bəyin cavabında işarə vurulduğu kimi, Çağrı bəy
FARUQ SÜMƏR
106
dövləti qurmazdan əvvəl əsgərlərini razı salmaq üçün yağma hərəkətlərinə
girişən, Nişapurun yağmalanması üçün Toğrul bəyə israr edən o deyildimi?
Bu iki qardaş ömürlərinin əvvəlindən sonuna qədər bir-birinə bağlı qal-
mışlar. Dövlətin inkişafında, onun bir imperiya halını almasında bu bağlı-
lığın çox mühüm rolu olmuşdur. Qardaşların hər ikisi uzun ömür yaşadılar.
Çağrı bəy 70 yaşlarında vəfat etdiyi zaman başda Alp Arslan olmaqla bir
neçə oğlu, xəlifə və hökmdarlarla evli bir neçə qızı vardı. Səlcuqun yaşayan
yeganə oğlu Musa Bəyğuya gəlincə, Dəndanəkan vuruşmasından sonra He-
rata gedərək, oranı və Sistan bölgəsini idarə etmişdir. Dövlətin qurulmasın-
da qardaşı uşaqlarından sonra gəlsə də xeyli xidməti vardı, lakin qüvvətli bir
şəxsiyyət olmadığı
şübhəsizdir. Toğrul bəy müdaxilə etməsə, Sistan da əlin-
dən gedirdi. Salnaməçilər bizə onun ölüm tarixini bildirmirlər. 456-cı ildə
(1064) Alp Arslana qarşı səltənət davasına qalxışan Fəxr ül-müluk Bəyğu-
nun həmin şəxs olduğu sanılır
1
.
Səlcuqlu ailəsi tərəfindən ulu başçı qəbul edilən Toğrul bəy Dəndanəkan
vuruşmasından sonra Nişapura qayıtmışdı. Müharibə münasibətilə bu şəhər-
də ortadan qalxmış nizam və asayışi bərpa etdikdən sonra 433-cü ildə (1041/
1042) Cürcan və Təbəristanı fəth etdi və ertəsi il (434-1042/1043) Xarəzm
üzərinə səfərə çıxdı. Xarəzmdə səlcuqluların barışmaz əski düşməni Şah
Məlik vardı. Buranın hakimləri olan Altun-Taş oğullarının üsyanı nəticəsin-
də Sultan Məsud vəzirinin tövsiyəsinə görə Xarəzmi 432-ci ildə (1041) özü-
nü vassal hesab etməsi şərtilə Cənd məliki Şah Məlikə vermişdi. Şah Məlik
Cənddən gələrək xarəzmşah Altun-Taş oğlu İsmayılı məğlub edib bu ölkəyə
hakim oldu. İsmayıl səlcuqlulara sığındı və onlardan yardım istədi. Çağrı
bəy və İsmayıl birlikdə Xarəzmə yürüş etsələr də, Şah Məlik onları məğlu-
biyyətə düçar etdi. Ancaq Toğrul bəy eyni talesizliyə uğramadı, ailəsinin bu
güclü düşməninə zəfər çaldı. Şah Məlik ailəsi və sursatı ilə Dehistana qaçdı.
Oradan Tabəsi, Kirman bölgəsindən əl-Tizi keçib 500 fərsəxlik yol gedərək
(3000 km-dən çox) tənha bir bölgə olan Mərkan ətrafına gəldi. Buraya gə-
lincə, artıq xilas olduğuna inanmışdı. Şah Məlik bu uzun yolu süzereni yeni
Qənzə hökmdarı Məsud oğlu Məvduda sığınmaq qayəsilə qət etmişdi. Onun
köhnə ölkəsi Cəndə getməməsi orada vəziyyətin əlverişli olmaması ilə izah
edilə bilər.
Ancaq Şah Məlikin Mərkanda səlcuqluların əlindən qurtulmaqdan duy-
duğu fərəh uzun sürmədi. Onun yerini öyrənən İbrahim Yınalın qardaşı Ər-
Taş Yınal 4.000 atlı ilə basqın edərək Şah Məliki, arvad-uşağını tutdu və
var-yoxunu ələ keçirdi. Ər-Taş Şah Məliki Çağrı bəyə təhvil verdi və o,
1
Musa haqqında bax: İ.Kafesoğlu. Səlcuqun oğulları və nəvələri. Türkiyyat məcmuəsi,
XIII, s. 119-120.