Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə52/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   48   49   50   51   52   53   54   55   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

107 


 

dərhal edam edildi (434-1042/1043)

1

. Az hadisə səlcuqluları bu qədər sevin-



dirmiş ola bilərdi.  

Həmin il Toğrul bəy İbrahim Yınalı Reyə göndərmiş, özü də sonra gələ-

rək bu şəhəri qaydaya salıb hökumət mərkəzi eləmişdi. Bir-birinin arxasınca 

gələn  oğuz  elatlarına  Xorasan  artıq  darlıq  edirdi.  Daha  əvvəl  də  dediyimiz 

kimi, Toğrul bəy Sultan Məsudla mübarizəni dayandırıb bu bölgəyə getmək, 

bir ovuc kürd və deyləmi mütəqəllibəsinin hökmündəki bu bölgəni asanlıqla 

ələ  keçirmək  fikrini  irəli  sürmüşdü.

 

Toğrul  bəy  İraqa  gəldiyi  zaman  İraq 



oğuzları  hələ  orada  idilər.  Qızılı  çıxmaq  şərtilə  başlarında  Gök-Taş,  Buka, 

Mənsur və Anasıoğlu dururdu. Toğrul bəyin kürəkəni olan Qızıl ibn ül-Əsi-

rin  verdiyi  məlumata  görə  432-ci  ildə  (1040/1041)  ölmüşdü.  Toğrul  bəyin 

Reyə gəlişi onun vəfatı ilə əlaqədar ola bilər.  

Toğrul bəy elçi göndərib adı çəkilən bəyləri hüzuruna dəvət etdi. Onlar 

elçini Zəncan çayına qədər ötürdükdən sonra onun vasitəsilə Toğrul bəyə bu 

xəbəri  göndərdilər:  «Çağırmaqdan  məqsədinin  bizi  dustaq  etmək  olduğunu 

bilirik.  Səndən  qorxduğumuz  üçün  uşaqlaşdıq  və  burada  yurd  saldıq.  Əgər 

bizim üstümüzə gəlsən Xorasana və  ya Rum ölkəsinə gedəcəyik və səninlə 

heç bir zaman bir araya gəlməyəcəyik»

2

. Onların Toğrul bəy tərəfindən həbs 



ediləcəkləri  barədə  sözləri  bəhanədən  başqa  heç  nə  deyildi.  Onlar  yenidən 

heç bir vəchlə səlcuqluların əmri altına girmək istəmir, əvəzində  yağmaçı-

lıqla  keçən  macəraçı  yaşayışlarını  davam  etdirmək  istəyirdilər.  Buna  görə 

onlar  bir  tərəfdən  Azərbaycan  xalqına  əvvəllər  etdikləri  pisliklərdən,  digər 

tərəfdən,  İbrahim  Yınalın  arxalarında  olmasından  qorxaraq  Cənub-Şərqi 

Anadoludakı müasir Cizrə (Cəzirə) dolaylarına gəldilər.  

Bəylərdən  Mənsur  burda  qaldı.  Buka,  Anasıoğlu  və  yəqin  ki  Gök-Taş 

Diyarbəkirə getdilər və orada yağmaçılığa başladılar. Bir vuruşmada Mosul 

hökmdarı Ükeyl oğlu Kırvaş və Diyarbəkir hökmdarı Mərvan oğlu Nəsrüd-

dövlə Əhmədin qüvvələri ilə Beşnöviyyə kürdlərini dağıtdıqdan sonra yağ-

ma və təxrib fəaliyyətlərini artırdılar. Diyarbəkir hökmdarı Nəsrüddövlə Əh-

məd  bir  hiylə  nəticəsində  əsir  alınmış  Mənsur  bəyi  azad  etmək  və  üstəlik 

xeyli  mal  vermək  şərtilə  buralardan  uzaqlaşmalarını  xahış  etdi.  Bəylər  bu 

şərti qəbul etdilər, lakin sonra sözlərində durmadıqları bir yana, yağmaçılığı 

daha da genişləndirdilər. Oğuzlardan bir bölüyü Mosula hücum çəkib şəhər 

hakimi Kırvaşı məğlub edərək (435-1043) bir müddət buranı əllərində saxla-

dılar. Göründüyü kimi, oğuzlar Toğrul bəyin hüzuruna getməsələr də, zəbt 

etdikləri  Mosulda  xütbəni  onun  adına  oxudurdular.  Az  sonra  mosulluların 

bir hərəkətini oğuzlar sərt bir şəkildə cəzalandırdılar. Belə olduqda Bağdad-

da oturan Büveyhi hökmdarı Cəlalüddövlə və Diyarbəkir hökmdarı Nəsrüd-

dövlə  oğuzlardan  Toğrul  bəyə  şikayət  etdilər.  Toğrul  bəy  Cəlalüddövləyə 

                                                           

1

 Beyhaki, s. 687-691; ibn ül-Əsir, IX, s. 211, X, s. 3. 



2

 İbn ül-Əsir, IX, s. 212. 




FARUQ SÜMƏR 

108 


 

verdiyi cavabda onların  mütləq itaət altına alınacaqlarını vəd edir, Nəsrüd-

dövləyə  göndərdiyi məktubda isə onları Diyarbəkir bölgəsindən uzaqlaşdı-

racağını bildirirdi. Lakin bu ərəfədə Mosul hökmdarı Kırvaş Hillə hökmdarı 

Dübeys ibn Məzyəd ül-Əsədi ilə birləşdikdən, digər ərəblərdən və kürdlər-

dən kömək aldıqdan sonra oğuzların üstünə yürüş etmişdi. Bunu eşidən Mo-

suldakı oğuz bəyləri,  yəni Gök-Taş və Mənsur Diyarbəkirdə olan Buka ilə 

Anasıoğlundan köməyə gəlməyi xahiş etdilər. Baş verən vuruşmada (rama-

zan, 435-aprel, 1044) oğuzlar əvvəlcə qalib gəlsələr də, sonra məğlub oldu-

lar  və  Diyarbəkir  bölgəsinə  getdilər.  İraq  oğuzları  isə  bu  məğlubiyyətdən 

sonra  Diyarbəkir  bölgəsində  qala  ilməyəcəklərini  başa  düşüb  Azərbaycana 

getməyi qərara aldılar. Van gölü ətrafına gəldikdə bu bölgənin Bizans valisi 

onlara keçmək üzrə icazə vermək bir yana, hətta oğuzlara hücum etdi, ancaq 

məğlub  olaraq  əsir  düşdü.  Oğuzlar  Azərbaycana  keçdilər  və  ehtimal  ki,  bu 

dəfə Toğrul bəyə itaət etdilər

1

.  



İbn ül-Əzrağın verdiyi məlumata

2

 görə, Toğrul bəy Buka ilə Anasıoğlu-



nu 10.000 atlı ilə Diyarbəkir bölgəsinə göndərib oranı onlara iqta kimi verdi. 

Onlar  burada  yenə  yağmaçılığa  başlamış,  bir  gecə  sərxoş  ikən  döyüşərək 

bir-birini  yaralamış və hər ikisi aldıqları  yaralardan ölmüşlər. Digər iki bə-

yin (Gök-Taş ilə Mənsur) aqibəti barədə əlimizdə heç bir qeyd yoxdur. Be-

ləliklə, Arslan yabğunun camaatına mənsub olan və sonra İraq oğuzları ad-

landırılan oğuzların tarixi burada sona çatmışdır.  

Toğrul bəy Reyə gəldikdən (434-1042/1043) sonra üç-beş il ərzində ət-

rafdakı hökmdarlar tərəfindən süzeren kimi qəbul edilmişdi. Mavəraünnəhr-

dən  gələn  oğuzlar  bir  qayda  olaraq  Bizans  hüdudlarına  göndərilirdi.  Onlar 

İbrahim Yınalın rəhbərliyi altında Pasin ovalığında Bizans üzərində parlaq 

bir zəfər qazandılar (1048). Bu qələbədən sonra Bizans imperatoru İstanbul-

da  IX  əsrdə  inşa  edilmiş  camini  təmir  etdirərək  orada  Toğrul  bəyin  adına 

xütbə oxutdu, lakin vergi verməyə razı olmadığı üçün sülh bağlanmadı.  

447-ci  ildə  (1055)  Toğrul  bəy  xəlifənin  israrlı  dəvətinə  görə  Bağdada 

hərəkət  etdi.  Onun  cazib  vədlərdə  bulunmasına  baxmayaraq  Bağdaddakı 

türk əsgərləri Toğrulun gəlişini narazılıqla qarşıladılar və bunu açıqca izhar 

etdilər. Bunun səbəbi öz varlıqlarının sona çatacağından qorxmaları idi. Bu 

türk əsgərlərinin başçısı Arslan ül-Bəsasiri özünün bəzi məziyyətləri ilə türk 

əsgərləri və Bağdadın sadə xalqı tərəfindən sevilən adamdı. Sadə xalq ara-

sında əsnaflıqla məşğul olan türklər də vardı. Artıq xeyli müddət idi ki, Ars-

lan ül-Bəsasirinin xəlifə ilə arası dəymişdi. Hətta onun xəlifəni tutaraq Bağ-

dadda və İraqın digər yerlərində xütbəni Misirin fatimilər xəlifəsi adına oxu-

dacağı barədə şayiələr dolaşırdı.  

                                                           

1

 İbn ül-Əsir, IX, s. 161-163. 



2

 Tarixi-Meyyafariqin.  Qahirə,  1959,  s.  160;  M.H.Yınanc.  Türkiyə  tarixi.  Səlcuqlular 

dövrü. Anadolunun fəthi. İstanbul, 1944, s. 39-44. 



Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə