Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə57/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   53   54   55   56   57   58   59   60   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

117 


 

masından sonra həm qəznəvilərdən, həm də deyləmilərdən böyük miqdarda 

türk məmlükünün səlcuqluların xidmətinə girdiyi şübhəsizdir. Toğrul bəy və 

Alparslan itaətli, tərbiyəli, mühitə alışmış bu məmlükləri tez hirslənən, sərt 

xarakterli  eldaşlarından  üstün  hesab  edərək  onları  bacarıqlılarını  mühüm 

vəzifələrə qoyurdular. M.H.Yınancın dediyi kimi

1

, Toğrul bəyin və Alpars-



lanın məmlük sistemini mənimsəmələrində başda vəzirlər olmaq üzrə iranlı 

dövlət ərkanının mühüm rolu olmuşdur. 1058-ci ildə Toğrul bəyə qarşı üs-

yan edən İbrahim Yınalın başına çoxlu oğuz yığılmışdı.  

İbrahim Yınal hökmdar olacağı təqdirdə onların aşağıdakı arzularını ye-

rinə yetirməyi qəbul etmişdi:  

1.  İraqi-Ərəbə  yürüş  etməmək.  Oğuzlar  Toğrul  bəyin  komandanlığı  al-

tında İraq səfərlərində çox sıxıntı çəkmişdilər, əvəzində əllərinə heç nə keç-

məmişdi.  

2. Sultanla, yəni Toğrul bəylə sülh bağlamamaq. Bu ikinci şərt oğuzların 

Toğrul bəyə qarşı necə hikkə bəslədiklərini göstərir. Toğrul bəy kimi müd-

rik bir hökmdarın bütün uğurlarının yeganə rəhni olan öz qövmünü özündən 

iyrəndirməsi doğrudan da çox təəccüblü haldır.  

3.  Məsləhətsiz  heç  kimi  vəzir  qoymamaq.  Bu  xüsus  göstərir  ki,  Toğrul 

bəyin oğuzlara qarşı davranışında vəzirlər əhəmiyyətli rol oynamışlar. Xəli-

fə tərəfindən məğribin və məşriqin hökmdarı elan edilən Toğrul bəy İbrahim 

Yınalın  qarşısında  təhlükəli  günlər  keçirdi.  Əvvəlcə  Həmədanda,  sonra  isə 

hökumət mərkəzi Reydə ağır vəziyyətlərə düşdü. Qardaşı uşaqları Alparslan, 

Kavurd  və  Yakuti  öz  qoşunları  ilə  köməyə  gəlməsəydilər,  çox  ehtimal  ki, 

hökmdarlığını itirəcəkdi. Toğrul bəyin əsir alınan İbrahim Yınalı öldürtmə-

sində  məmlük  əmirlərindən  Xumar  Təgin  də  mühüm  rol  oynamışdı.  Bir 

müddət  sonra Yınalın oğulları  əmilərinn başqa  bir məsələ üstündə hirslən-

dirən  bu  əmiri  onun  icazəsilə  öldürdülər.  Toğrul  bəyin  hakimiyyətinin  son 

illərində onun başlıca əmirləri Ərdəm, Gövhər-Eyn, Xumar Təgin, Ay Təgin 

Süleymani  idi.  Onların  hamısı  məmlük  mənşəli  idilər.  Onlardan  Gövhər-

Eyn səlcuqlular tərəfinə büveyhilərdən keçmişdi.  

Belə çıxır ki, Toğrul bəy eldaşlarını məmnun edəcək əsaslı tədbirlər gör-

mürdü, çünki türkmənlərin narazılığı davam edirdi. Hətta Arslan yabğunun 

oğlu Qutalmış da üsyan edərək 10.000 atlı ilə Gird-Kuh qalasına çəkilmişdi.  

Toğrul bəy öldükdən sonra qaladan çıxan Qutalmışın başına türkmənlər-

dən çox qələbəlik bir ordu (deyilənə görə 50 min atlı) toplandı. Bu türkmən-

lərin çoxu Rey ilə Həmədan arasındakı bölgədə yaşayırdı. Qutalmış belə bö-

yük  orduya  sahib  olduğu  halda  Alparslanla  vuruşmada  qalib  gələ  bilmədi. 

456-cı ilin məhərrəm ayında (dekabr, 1064) baş verən vuruşda məğlub oldu, 

özü isə döyüş meydanından qaçarkən öldü. Bir mənbənin məlumatına görə, 

Alparslan  öz  eldaşlarından,  yəni  türkmənlərdən  çoxlu  adam  öldürmüşdür. 

                                                           

1

 Anadolunun fəthi, s. 99. 




FARUQ SÜMƏR 

118 


 

Bu  vuruşmada  Alparslanın  yanında  Kül-Sarığ,  Pəhləvan,  Altun  Tağ,  Sav-

Təgin, Buldacı, Sundacı, Sunqurca, Ağacı kimi əmirlər vardı ki, onların ha-

mısı və ya əksəriyyəti məmlük mənşəli idi. Həm Toğrul bəyin, həm də Alp-

arslanın  böyük  əmirləri  arasında  bir  neçə  türkmən  bəyinin  görünməməsi, 

həqiqətən təəccüblü haldır. Bu adlar məmlük sisteminin hələ səlcuqlu dövlə-

tinin  qurucuları  dövründə  necə  də  qüvvətlə  mənimsənilmiş  olduğunu  gös-

tərir.  


Alparslan türklüyü nə qədər öysə də, eldaşları olan türkmənləri məmnun 

edən əsaslı tədbir görməmişdir. Belə anlaşılır ki, nə Toğrul bəy, nə Alpars-

lan, nə də onun xələfləri məsələnin əhəmiyyətini başa düşməmişlər. Onların 

fəaliyyətində  iranlı  vəzirlərlə  məmlük  əmirlərin  fikirlərinin  daha  üstün  rol 

oynadığı  açıq  bir  həqiqətdir.  Alparslan  məmlük  əmirlərə  mühüm  vəzifələr 

tapşırarkən öz qövmündən olan bəylər Suriyada ərəb hökmdarların xidməti-

nə girməyə başlamışdılar ki, belə bir hadisə heç bir xalqın tarixində görün-

məmişdir.  

Türkmənlər ancaq Bizans hüduduna göndərilir, orada onlara bir səlcuqlu 

şahzadəsi  başçı  təyin  olunur,  yaxud  da  onlar  bir  məmlük  əmirinin  buyru-

ğuna verilirdilər. Belə əmirlərdən biri olan Gümüş Təgin 1069-cu ildə türk-

mən bəylərindən Bəgçi oğlu Afşin tərəfindən öldürülmüşdü. O biri il səlcuq-

lu  xanədanının  üzvü  və  eyni  zamanda  Alparslanın  kürəkəni  Ər-Basğanın 

Azərbaycandakı  hüdud  bölgəsində  yaşayan  navəkiyyə  türkmənlərinin  bir 

qismi ilə Bizans imperiyasına sığındığını bilirik. Ər-Basğanın nə üçün Alp-

arslana asi olduğu məlum deyil. Halbuki Ər-Basğan Toğrul bəy öldüyü za-

man Alparslanın taxta çıxmasını istəyən ən hərarətli tərəfdarlarından biri idi. 

Bu  xüsus  nə  olursa-olsun,  göstərilən  misallar  həll  edilə  bilməyən  türkmən 

probleminin doğurduğu yeni böhranlardır. Ər-Basğanla birlikdə Bizans tor-

paqlarına girən navəkiyyələr həmin il oradan Suriyaya getmiş və burada iş-

ğal hərəkətlərinə girişmişdilər. Malazgird zəfəri türkmən məsələsinin dövlət 

üçün qismən də olsa, yeni böhranlar yaratmasının qabağını aldı. Türkmənlər 

xüsusilə Qutalmış oğullarının idarəsində Anadoluya yayıldılar. Ana yurddan 

İrana gələn türkmən elatları sonra oradan Anadoluya keçirdilər.  

Alparslan  1072-ci  ildə  öldükdə  qardaşı,  Kirman  məliki  Kavurd  böyük 

sultan olmaq üçün təşəbbüsə başladı. Bundan xəbər tutan Məlik şah və və-

ziri Nizamülmülkün ilk işi Rey-Həmədan arasındakı böyük düzənlikdə  ya-

şayan türkmənlərin yanına getmək olmuşdur. Bu surətlə onlar xeyli pul sərf 

edərək türkmənlərin Kavurdun ətrafında toplanmasının qarşısını aldılar. Bu 

tədbir Kavurdun məğlubiyyətində mühüm amil oldusa da, türkmənlər zəfə-

rin  nəticəsindən  köklü  bir  qazanc  əldə  edə  bilmədilər.  Məlik  şah  dövründə 

dövlət xidmətində ancaq bir neçə türkmən bəyi vardı ki, onlara da mühüm 

vəzifələr verilmirdi. Bu bəylərin ən tanınmışları soylu bir ailəyə mənsub və 

eyni  zamanda  ağıllı  komandan  olan  Artuq  bəy  ilə  Çabuq  (Çubuq)  və  An-




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə