OĞUZLAR (TÜRKMƏNLƏR)
115
Səlcuqlu dövrünün türkləri mənsub olduqları islam mədəniyyətinin təsiri
altında qalmaqla birlikdə, göstərdiyimiz kimi, öz dillərini qoruyur, adətlərini
yaşadırdılar. Onlar bu və digər bir çox xüsuslarda ərəblərdən və əcəmlərdən
fərqlənirdilər. Türklərin bu ünsürlərlə birlikdə yaşamaları onlardakı milli şü-
uru zəiflətməmiş, bəlkə də qüvvətləndirmişdir.
Bağdaddakı türk əsgərləri Toğrul bəyin şəhərə girmək arzusundan narazı
olduqları halda, milli hissləri dolayısı ilə oğuzlardan bəzilərinin Mosulun
ərəb hökmdarı tərəfindən kəsilərək göndərilmiş başlarının şəhərdə nümayiş
etdirilməsinin qarşısını almışdılar. Alparslanın türklük şüuruna malik oldu-
ğunu və türklüyü öydüyünü bilirik. Bəzi avropalı müəlliflərin əsərlərində
yarı ərəbləşmiş bir hökmdar kimi göstərilən Suriya hökmdarı Nurəddin
Mahmud Misirdəki fatimi xəlifəsinə göndərdiyi bir məktubda islamın səlib-
çilərdən ancaq türklərin oxları sayəsində xilas olduğunu yazmışdır. Bu bö-
yük hökmdar eyni zamanda tez-tez yağmalı ziyafətlər verməklə bu türk
adətini davam etdirirdi. Bütün cəhətlərilə keçmiş böyük səhabələrə
*
bənzə-
dilən Nurəddin Mahmud həm də ölkəsində bir sıra ictimai təyinatlı əsərlər
yaratmış hökmdarlardandır.
Səlcuqlu hökmdarı Sultan Məsud 1135-ci ildə xəlifə əl-Müstərşidlə vu-
ruşarkən xəlifənin ordusundakı bütün türklər Məsudun tərəfinə keçmiş, xə-
lifə ərəblər və kürdlərlə qalmışdı. Bir salnaməçi türklərin Məsudun tərəfinə
keçməsini onların qövmiyyət duyğusundan doğduğunu bildirir. Həmən
hökmdar bundan sonra xidmətində türk məmlükü saxlamayacağına dair xə-
lifədən söz almışdı. Məlik şahın seçmə ordusundakı 7 min erməni əsgərinin
vəzir Nizamülmülkün etirazlarına baxmayaraq ordudan qovulmasını türk
qvardiyasının nailiyyəti kimi izah etmək lazımdır. Bu bəhsə son vermədən
təkrar edək ki, səlcuqlular milli təşkilat, təsisat və ənənələrini, xülasə, nələri
varsa hamısını özlərilə gətirmiş və onları dövlətlərinin süqutuna qədər da-
vam etdirmişlər. Yağmalı ziyafətləri, yas adətlərini ana yurdda olduğu kimi
davam etdirir, milli xörək olan tutmac yeyirdilər. Səlcuqlu hökmdarları da
monqol xanları kimi bir adamı şərəfləndirmək üçün ona şərab təqdim edir-
dilər.
Qəznəli salnaməçilər Beyhaki və Gərdizi səlcuqlu oğuzlarını türkmən
adilə yad edirlər. Bunun əvəzində Yaxın Şərq müəllifləri onları quz (oğuz)
adlandırırlar. Toğrul bəyin ordusu da bu şəkildə, yəni oğuz adlandırıldığı ki-
mi, 463-cü ildə (1070/ 1071) Suriyaya daxil olan oğuzlardan da eyni adla
bəhs edilir. Məmik şah dövründən etibarən buradakı oğuzlara da türkmən
deyilir. Bu tarixdən sonra oğuz adı ancaq bir dəfə - Səncəri məğlub edən və
əsir alan oğuzlar üçün işlənmişdir. Ancaq oğuzlar öz adlarını uzun müddət
*
İslamın yayılmasında Məhəmməd peyğəmbərə kömək etmiş silahdaşlara verilən addır,
Azərbaycanca əshabə şəklində də işlənir (tərcüməçi).
FARUQ SÜMƏR
116
unutmamış və türkmən adını mənimsəməmişlər. XIII əsrdən etibarən oğuz-
lara artıq hər yerdə türkmən deyilmişdir.
Səlcuqlu dövlətini quran da, onun sərhədlərini genişləndirən də oğuzlar
olmuşlar. Dövlət qurulduqdan sonra ana yurddan bölük-bölük, elat-elat gə-
lən oğuzlar dövlət tərəfindən Bizans hüdudlarına göndərilirdi. Bu, əsasən,
onların qarışıqlıq salmalarının qabağını almaq üçün edilirdi. Bundan başqa,
bu tədbirlər otlaq sıxıntısına yol verməmək üçün də nəzərdə tutulurdu. 440-
cı ildə (1048) Mavəraünnəhrdən qələbəlik bir oğuz kütləsi İraqi-Əcəmə gəl-
mişdi. İbrahim Yınal onlara iqamətləri üzündən çətinlik çəkildiyini, cahad
etmək üçün Rum hüdudlarına getmələrini, özünün də arxadan gələcəyini
söyləmişdi. Doğrudan da, qısa bir müddət sonra İbrahim Yınal onların başı-
na keçərək Bizansla vuruşmada mühüm bir zəfər qazanmışdı
1
. Toğrul bəy
oğuzların sayəsində Qərbi İranda mühüm uğurlar əldə etmiş, Büveyh oğul-
ları dövlətini aradan götürmüş, xəlifəliyə və İraqi-Ərəbə hakim olmuş, oğuz-
ların fəaliyyəti nəticəsində qüdrətini Bizans imperiyasına tanıtmışdı. İbra-
him Yınalın əmrindəki İshaq oğlu İbrahim və Səxt Kaman ünvanlı oğuz
bəyləri Həmədan bölgəsi və Kürdüstanın fəthində mühüm xidmətlər göstər-
mişdilər
2
. Buna baxmayaraq Toğrul bəylə qövmdaşlarının arası dəyməyə
başladı ki, bu da dövlətin inkişaf çağlarının əvvəlində mühüm böhranların
yaranmasına səbəb oldu.
Anlaşıldığına görə, Toğrul bəy və Alparslan öz eldaşları oğuzların əmr-
lərə arzu olunan dərəcədə itaət etməmələri və xüsusən də yağmaçılıq adə-
tindən vaz keçməmələri üzündən şikayətçi idi. Hətta onlara qəznəvilərdən
və deyləmilərdən keçən, yaxşı təlim görmüş türk məmlüklərini öz eldaşla-
rından üstün tutmağa başladıqları da görülmüşdür. Oğuzların öz başbuğları-
na hörmət və itaətləri isə sərhədli və qarşılıqlı idi. Başbuğ da adətə görə bəzi
vəzifələri yerinə yetirməli idi.
Bunlar olmadıqda hörmət və itaət ortadan qalxır, hirslə atlarına minən
oğuzlar həmin ailəyə mənsub bir başqasının başına toplaşırdılar. Oğuzlar
Toğrul bəyin onlara ürəkləri istəyən şəkildə yağmaya icazə vermədiyi üçün
(halbuki o özü tez-tez yağmalı ziyafət verirdi), iranlı vəzirin təsiri altında ol-
duğu üçün və məmlük əmirlərinə ən yaxşı vəzifələr bəxş etdiyi üçün ona
qarşı kin bəsləyirdilər.
Toğrul bəy, Alparslan və başqaları həmişə yanlarında əmrə müntəzir, sa-
diq və itaətkar bir qüvvəyə sahib ola bilmək üçün Türküstandan Əndəlisə
qədər islam aləminii hər bir ölkəsində xanədanlar tərəfindən qəbul edilmiş
məmlük üsulunu mənimsəmişdilər. Hələ qəznəvilərlə mübarizə zamanı bir
çox türk məmlükünün səlcuqlular tərəfinə keçdiyini bilirik. Dövlətin qurul-
1
İbn ül-Cəvzi. əl-Müntəzəm, VIII, s.137; ibn əl-Əsir, IX, s. 226-227.
2
İbn ül-Əsir, IX, s. 224, 248. Səxt Kamanın ünvan olduğu bəllidir, ancaq o hansı türk sö-
zünün tərcüməsidir? «Qatı Yaylı»nın?