OĞUZLAR (TÜRKMƏNLƏR)
149
qədər istifadə olunurdu. Çünki bu təqvim günəş ili əsasında tərtib edildiyin-
dən maliyyə ilinə uyğun gəlirdi. Bu divanda yazı dili kimi monqol dili ilə b-
ərabər türk dilinin də işləndiyinə hökm vermək üçün bəzi dəlillər vardır.
Dövlətin dayağını təşkil edən el (ulus) hakim təbəqə olan monqol ünsürü ilə
onun məiyyətindəki türklərdən ibarət idi. Monqol ünsürü cəlayir, suldus, bi-
suut, sünit, kurulas və i. a. olmaq üzrə əsil monqol ulusuna mənsub boyların
obaları ilə tatar, kereyit, oyrat və s. monqolca danışan qövmlərin qollarından
meydana gəlmişdi. Türklərə gəlincə, onların çox mühüm qismini uyğurlar
təşkil edirdi. Uyğurlar buraya yalnız dövlət məmuru və din xadimi kimi de-
yil, həm də əsgər kimi gəlmişdilər. Uyğurlardan başqa qıpçaq, karluq, küçəy
və b. türk qövmlərinə mənsub çoxsaylı ünsürlər də vardı. Bunların bir qismi
monqol xanları və bəylərinin məiyyətində və əsgərlərinin arasında idi. Belə-
liklə, İran monqolları arasında başlıca iki dil işlədilirdi: monqol və türk dil-
ləri. Getdikcə əhəmiyyətini itirən monqol dilinin XIV əsrin ikinci yarısına
qədər danışıldığı şübhəsizdir. İlk monqol xanları Hülakü, Abakı və hətta Ar-
qunun türkcə bildiyinə hökm vermək olmaz. Qazan və xələflərinin bu dili
öyrənmiş olduğu anlaşılır. Əslində, monqollar arasındakı türk ünsürünün
əhəmiyyət kəsb etməsi də bu hökmdarla başlayır. Monqolların islamı qəbul
etmələri və türkləşmələri arasında yaxın bir münasibətin mövcud olduğu gö-
rünür. Hər halda ikisi bir-birinə təsir etmişdir. Olcaytu (1304-1316) zama-
nında başda uyğurlar olmaqla türklər mühüm mövqelərə yüksəldilər. Uy-
ğurlardan Sevinc Aka bəylərin başı və Əbu Səidin atabəyi idi. Onun qardaşı
Öyrünc də bir uyğur türkməninin komandanı və nüfuzlu əmirlərindən biri
idi. Digər böyük uyğur əmirlərindən biri də nəcabətli bir ailəyə mənsub olan
Əsən (İsən) Qutluğ idi. Elxani dövlətinin süqutundan sonra Anadoluda bir
dövlət quran Ərətnanın da uyğur türkmənlərindən olduğunu bunlara əlavə
edə bilərik. Ərətnanın böyük qardaşı Turumtaz da Qazan və Olcaytunun
əmirlərindən idi. Bu hökmdarın dövründəki Əli Quşçu, qardaşları Bayıtmış
və İlbasmışın, habelə bəzi əmirlərin qıpçaq olduğu bilinir
1
.
Qazan xan islamı dövlətin rəsmi dini elan etməklə bərabər qövmünün
keçmişinə və adətlərinə bağlı hökmdar idi. Monqolların tarixini yaxşı bilən
Pulat Cinsanqın danışıqlarını zövqlə dinləyirdi. Qısa sürən xanlığı zamanı
dövlətini reorqanizə etmək üçün tədbirlər görərkən türklərin və monqolların
tarixinin yazılmasını da əmr etmişdi. İslam müəllifləri, ümumiyyətlə, mon-
qolları türklərdən bir qövm saymışlar, bəzən də onları türk hesab etmişlər.
Ehtimal ki, bunun başlıca səbəbləri zahiri bənzərlik və monqollar arasında
çoxlu türkün olmasıdır. Qazan xanın sarayında da belə bir fikir mövcud idi.
«Cami ət-təvarix»də bu fikrin tam inikasını görürük. Türk və monqol kitab-
1
Bu haqda təfsilat üçün bax: F. Sümər. Azərbaycanın türkləşməsi tarixinə ümumi bir nəzər,
Belleten, XXI, № 83, s. 427-447.
FARUQ SÜMƏR
150
da mənşəcə bir-birindən ayrılmış olsalar da, türk adı altında eyni fəsildə
tədqiq edilmiş, eyni zamanda oğuzların mənşəyinə də geniş yer verilmişdir
1
.
Əbu Səid Bahadır xanın 1335-ci ildə vəfatından sonra monqolların qüd-
rəti azaldı. Bozqırlarda olduğu kimi, monqollar arasında qanlı və uzun bir
mübarizə başlandı. 1277-ci ildə monqollar Anadolunun idarəsini felən əllə-
rinə aldıqdan sonra bu ölkədə xeyli monqol saxlanmışdı. Bu qüvvəyə mər-
kəzdən təyin edilən bir əmir komandanlıq edirdi. İkinci böyük monqol qüv-
vəsi isə mərkəzi Mosul olan Diyarbəkir vilayətində olurdu. Bu qüvvənin
mühüm bir hissəsini qələbəlik monqol oyrat qolu meydana gətirirdi. Əbu
Səid Bahadır xanın ölümündən sonra elxani taxtına çıxarılan Arpaqaunu (qı-
saca: Arpa) Diyarbəkir valisi oyrat Əli Padşah tanımadı, Musa adlı bir şah-
zadəni xan elan edərək Arpaya hücum etdi. Arpa xan məğlub olaraq öldü-
rüldü, yerinə Musa keçdi, Əli Padşah dövlətə hakim oldu. Ancaq onun döv-
ranı uzun sürmədi. Suldus Çoban bəyin nəvəsi və Dəmir-Daşın oğlu Kiçik
Şeyx Həsən böyük bir ordu ilə gələrək iqtidarı Əli Padşahın əlindən aldı
(1337-ci il). Beləliklə, İrana Anadoludan ikinci bir elat da gəlmiş oldu. Cə-
layir şeyx Həsənin də qarşısına güclü bir rəqib çıxdı. Bu, Olcaytu və Əbu
Səidin bəylərbəyisi məşhur suldus Çoban bəyin nəvəsi və Dəmir-Daşın oğlu
Kiçik Şeyx Həsən idi. Kiçik Şeyx Həsən Anadoluda olurdu. Şeyx Həsənin
ortaya çıxması ilə iki böyük və nəsəbli ailə qarşı-qarşıya gəlmişdi. Mübari-
zədə Kiçik Şeyx Həsən qalib gəldi və Böyük Şeyx Həsəni Bağdad ilə kifa-
yətlənməyə məcbur etdi (1339). Anlaşıldığına görə, artıq İranın siyasi mü-
qəddəratına Anadolu hakim olmağa başlamışdı ki, bu, XVI əsrə qədər da-
vam etmişdir. İran da Rumeli kimi qövmi baxımdan Anadolunun davamı
halını aldı. Bu hal monqol istilası səbəbilə Anadoluda çoxlu əhali yığılma-
sından irəli gəlirdi.
Kiçik Şeyx Həsənin ordusunda xeyli miqdarda Anadolu türkməni də var
idi. Onun xələfi və qardaşı Məlik Əşrəfin sevimli əmirlərindən Bəycəgiz
Anadolu türkmənlərindən olub Çoban Salar oğlu Hacı Mehdinin oğlu idi.
Monqolların gəlişi səbəbilə Azərbaycan və Aranda qələbəlik bir halda yaşa-
yan türkmənlərin Andoluya köç etdikləri yuxarıda söylənmişdi. XIV əsrin
ikinci yarısına qədər olan dövrdə bu bölgədə türkmənlərin bulunduqlarına
dair bu günədək heç bir qeydə rastlanmamışdır. Bununla bərabər türkmən-
lərdən bir çox zümrələrin monqol hakimiyyətini qəbul edərək Aran, Muğan
və Azərbaycanda, Şəhrizor-Xilvan-Dinəvər bölgəsində (Kürdüstan) yaşa-
dıqları qəbul edilə bilər. Monqol dövründə Savə və Avə tərəflərində xalaç
türklərinin yaşadıqlarını bilirik. Bunlar orada varlıqlarını dövrümüzədək
mühafizə etmişlər
2
. Savə şəhəri XIV əsrin ortalarına doğru əmir Şeyx Həsən
Karlığın əlinə keçmişdi ki, buradakı karlıq sözü deyəsən eyni adlı türk
1
Bu xüsusda III hissəyə bax.
2
Xalaclar haqda bax: F.Köprülü. Xalaç maddəsi, İ.E., V, s. 109-116.