OĞUZLAR (TÜRKMƏNLƏR)
67
lərindən çıxarmırdılar
1
. Oğuzlar müsəlmanların əksinə olaraq qoyunu başın-
dan
vurmaqla öldürürdülər
2
.
Oğuzlar xəstələrin yanına (hətta qohumları olsa da) yaxınlaşmırdılar.
Xəstələrə qul və qarabaşlar (cariyələr) xidmət edirdi. Yoxsullar isə büsbütün
taleyin hökmünə buraxılırdı
3
. 186 Bu xüsus, şübhəsiz ki, yoluxucu və epide-
mik xəstəliklərə tutulmaq qorxusundan doğurdu.
5. OĞUZLARIN DİGƏR ADƏT VƏ ƏNƏNƏLƏRİ
X əsrdə oğuz elində qadınlar digər türk ellərində və cahiliyyə dövrü
ərəblərində olduğu kimi, kişilərdən uzaq gəzmir, üzlərini örtmürdülər. Bu
hal Türkiyədə oymaq və kəndlərdə bu gün də davam edir. Hətta XIX əsrdə
Cənubi Anadoluda səyahət edən V.Lanqlois bu münasibətlə türkmənləri Ya-
xın Şərqin ən mədəni insanları kimi təqdir etmişdi. Bununla bərabər, oğuz-
larda fahişəlik və uşaqbazlıq halları yox idi
4
.Türk qadınları islam dünyasın-
da iffətli qadınlar kimi
məşhur idilər
5
.
Oğuzlarda öldürülənin qisasını almaq, yəni qan davası adəti də vardı
6
.
Onlarda da cahiliyyə dövrü ərəblərində olduğu kimi, atası öləndə oğlu ögey
anası ilə evlənirdi. İbn Fədlanın gördüyü oğuz sübaşısı Ətrək atası öldükdən
sonra ögey anasını almışdı
7
.
Evlənmə adətində kalım və ya başlıq vermək adəti geniş yayılmışdı
8
.
Oğuzların toyları və oyunları haqqında əlimizdə məlumat yoxdur. Yalnız
Toğrul bəyin 1063-cü ildə xəlifə əl-Qaim Biəmrullahın qızı ilə evləndiyi za-
man bir otaqda kürsü üstündə oturan gəlinə baş çəkdikdən sonra həyətə çıx-
dığını, orada bəyləri ilə birlikdə sevinc içində rəqs etdiyini və bu əsnada
türkcə mahnılar oxuduğunu bilirik
9
. Toy edərkən Toğrul bəyin 70 yaşı vardı.
1
Göstərilən əsər, Z.V.Toğan nəşri, s.16; S. əd-Dehxan nəşri, s.103.
2
Göstərilən əsər. Z.V.Toğan nəşri, s. 12; S. əd-Dehxan nəşri, s. 95.
3
Göstərilən əsər. Z.V.Toğan nəşri, s. 14; S. əd-Dehxan nəşri, s. 99.
4
Göstərilən əsər. Z.V.Toğan nəşri, s. 13, əd-Dehxan nəşri, s. 93-96.
5
Gərdizi, s. 81; Z.V.Toğan. İzahlar qismi, s. 127-128.
6
Onlar islam diyarında ölən bir qohum və ya eldaşlarının əvəzində bir müsəlman tapıb öl-
dürürdülər (ibn Fədlan. Z.V.Toğan nəşri, s. 13; s. əd-Dehxan nəşri, s. 96).
7
İbn Fədlan. Z.V.Toğan nəşri, s. 15; s. əd-Dehxan, nəşri, s. 102.
8
Göstərilən əsər. Z.V.Toğan nəşri, s. 11; S. əd-Dehxan nəşri. s. 93-94.
9
İbn ül-Cəzvi. əl-Müntəzəm. Heydərabad, 1359, VIII, s. 229. Sibt ibn-ül-Cəzvidə də (Mirat
üz-zaman. Türk-islam əsərləri muzeyi kitabxanası, № 2134, vərəq 226 a-b) bu ifadə olduğu
kimi verilməklə kiçik bir fərq və əlavə vardır. Əbülfərəcin (Tarix. O.R.Doğrulun türkcəyə
tərcüməsi, Ankara, 1945, I, s. 315) sözləri eynən belədir: «Rəvayət edildiyinə görə, qız evi-
nə göndərildiyi zaman sultan ilə türk bəyləri ayağa qalxaraq öz adətlərinə görə rəqs etmişlər,
sonra diz üstə oturaraq qalxmışlar və türk mahnıları oxumuşlar. Gəlin üçün qızıldan bir taxt
düzəldilmişdi. Sultan içəri girərək yerə doğru əyildi, arvadını salamladı və içəridə qalmayıb
bayıra çıxdı. Sultan 7 gün bu şəkildə hərəkət etdi və qadının üzünü görmək üçün duvağını
qaldırmadı».
FARUQ SÜMƏR
68
Əbül Fərəc vasitəsilə bu məlumatdan xəbərdar olan Barthold
1
ruslarda
«plyaska prisyadki» adlı rəqsin türklərdən alına biləcəyi ehtimalını irəli sür-
müşdür. Zənnimizcə, Toğrul bəyin ifa etdiyi bu rəqs bu gün Anadoluda kol-
lektiv şəkildə oynanan və adına halay deyilən rəqs olmalıdır.
Digər türk ellərində olduğu kimi, oğuzların da milli yeməkləri tutmac idi.
Tutmac tarix boyu bir sıra mənbələrdə türklərin milli yeməyi kimi qeyd olu-
nur. Toğrul bəyin Xorasanda bir dəvətdə yediyi badam haqqında «yaxşı tut-
macdır, ancaq sarımsağı çatişmır»
2
dediyi söylənir
3
. Bu yeməyin Türkiyə
səlcuqluları və osmanlı saraylarında da yeyildiyini bilirik. Tutmac türklərin
hakimiyyət sürdükləri İran və ərəb ölkələrində də tanınmışdır
4
.
X əsrdə oğuzların sifət quruluşunun digər türk qövmlərindən nə dərəcə-
də fərqli olduğu məlum deyil. Bildiyimizə görə, bu məsələ ilə əlaqədar ən
qədim qeyd «Cami ət-təvarix»dədir. Bu əsərdə oğuzların üz şəkillərinin əv-
vəlcə digər türklərinki kimi olduğu, Mavəraünnəhrə gəldikdən sonra yerli
iqlim və suyun təsiri altında sifətlərinin tədricən taciklərinkinə, yəni iran-
lılarınkına bənzədiyi yazılır
5
. Bu ifadədən türkmənlərin üz şəklinin XVI əsr-
də əsas türk qövmləri və monqollarınkı kimi deyil, iranlılarınkı kimi düz ol-
duğu, yəni monqoloid xüsusiyyətləri daşımadığı faktı meydana çıxır. Türk-
mənləri görən Avropa səyyahları onların qadınlarının xüsusilə gözəl olduq-
larını bildirirlər.
Oğuzlar üzlərini təraş edir, yalnız bığ saxlayırdılar
6
. Bu adətin Türkiyə-
də də uzun müddət davam etdiyi, ruhanilərdən başqa xalqın və əsgərlərin
üzlərini qırxdıqları, yəni təraş etdikləri məlumdur. Qızılbaş türklərin bu gün
1
Orta Asiya türk tarixi haqqında dərslər, İstanbul, 1928, s. 97.
2
İbn ül-Əsir. Misir, IX, 1301, s. 201.
3
Bu rəvayətin açıq-aşkar uydurma olduğu şübhəsizdir. Rəvayətə görə, oğuzlar Mərvdə ka-
furu görərək ona «bu, Mərv duzudur» demişlər (ibn ül-Əsir, göstərilən yer). Halbuki həmən
müəllif (II, s. 153) bunu İraqı fəth edən ərəblərə istinad edir. Guya ərəblər Mədaində gör-
dükləri kafura «bu, Mədain duzudur» demişdilər. Bunlar fatehləri mədəniyyətsiz göstərmək
və istehza etmək üçün uydurulmuş qəliblərdir.
4
Tutmac haqda məlumat üçün III hissəyə bax.
5
«Oğuz eli öz yurdundan çıxıb Mavəraünnəhr şəhərlərinə və İrana gələrək burada doğulub-
böyüyəndə su və iqlim səbəbilə çöhrələri yavaş-yavaş taciklərinkinə bənzədi. Onlar xalis
tacik olmadıqları üçün taciklər onlara «türkman», yəni «türkəbənzər» dedilər. Ona görə də
bu ad bütün oğuz boylarına verilmiş, onlar bu adla tanınmışlar» (Cami ət-təvarix. Berezin
nəşri. Ptb, 1861, s. 26). B.Brokye. Dəniz arxasına səyahət. Şefer nəşri. Paris, 1892, s. 92.
Çuxurovada gördüyü türkmənlərə «gözəl insanlar» deyir. Babur (Xatirat. R.R.Arat tərcü-
məsi. Ankara, 1943, s.72). Sultan Mahmud oğlu Baysunqur Mirzə haqqında: «böyük gözlü,
yuvarlaq üzlü, orta boylu, türkmən çöhrəli və gözəl bir igid» sözlərini işlədir. [Bax: Babur.
Baburnamə. Ramiz Əskər tərcüməsi. Bakı, 2011, s. 86.]. Baburun bu sözləri türkmənlərin
çağatay türklərindən fərqli üz quruluşuna malik olduqlarını bildirir. Baysunqur Mirzənin
türkmən çöhrəli olması çox təbii idi, çünki həmin müəllifin məlumatına görə Baysunqurun
anası məşhur qaraqoyunlu türkmən boyu baharluların başçısı Əli Şəkər bəyin qızı idi.
6
İbn Fədlan. Z.V.Toğan nəşri, s. 15; S. əd-Dehxan nəşri, s. 100-101.