OĞUZLAR (TÜRKMƏNLƏR)
5
18 iyun 1974-cü ildə Prof. Dr. Əqdəs Nemət Kuratın vəfatı ilə əlaqədar
Ankara Universiteti dil və tarix-coğrafiya fakültəsində orta əsrlər tarixi ka-
fedrasının müdiri vəzifəsi boşalmış, Faruq Sümər müdir seçilmişdir. Bu və-
zifədə 8 il çalışdıqdan sonra həmkarlarının və tələbələrinin təkid və israrları-
na baxmayaraq, elmi tədqiqatlara daha çox vaxt ayırmaq məqsədilə 10 iyul
1982-ci ildə 58 yaşında ikən təqaüdə çıxmış və İstanbula köçmüşdür. Halbu-
ki həmin vaxt onun rəsmi təqaüd yaşına tam 10 il qalırdı.
Faruq Sümər zahirən çox sağlam görünsə də, səhhətində bəzi problem-
lər yaşamışdır. Əski mətnləri zərrəbinlə oxumaqdan sağ gözü zəifləmiş və
1958-ci ildə baş verən iltihab nəticəsində tam tutulmuşdur. 1977-ci ildə isə
mədəsindən əməliyyat olmuşdur. Üstəlik, ekiz uşaqlarından Əli Qutlunun
25 yaşında nəqliyyat qəzasında həlak olması onu hədsiz dərəcədə sarsıtmış-
dır. Bir müddət İstanbul Universiteti Cərrahpaşa tibb fakültəsi xəstəxanasın-
da müalicə olunsa da, qara ciyər xərçəngindən 21 oktyabr 1995-ci ildə 71
yaşında haqqın rəhmətinə qovuşmuşdur. 26 oktyabr günü Türk Dünyası
Araşdırmaları Vəqfində düzənlənən mərasimdən sonra Fateh camisində qı-
lınan namazın ardından Qozludakı ailə məzarlığında dəfn edilmişdir.
Faruq Sümər dörd oğul atasıdır, iki dəfə ailə qurmuşdur. Özü kimi ta-
rixçi olan birinci eşi Prof. Dr. Minə Ərol xanımdan Səlcuq adlı bir oğlu,
ikinci eşi Cəmilə Nuray xanımdan Əli Qutlu, Cavad Mutlu və Zəki Gültəkin
adlı üç oğlu olmuşdur.
Ərəb, fars, ingilis və fransız dillərini mükəmməl bilən Prof. Dr. Faruq
Sümər təqribən 400 elmi əsər müəllifidir. Bunlardan bir qismi kitab və dis-
sertasiya, bir qismi elmi məqalə və məruzə, bir qismi isə ensiklopediya mad-
dəsi, rəy və tərcümədir. Onun qələmindən 22 kitab çıxmışdır ki, bunlardan
19-u nəşr olunmuş, 3-ü isə işıq üzü görməmişdir.
Müəllifi (daha doğrusu, həmmüəllifi) olduğu ilk kitab ingiliscə çıxan
«Turkishe Archtecture» («Türk memarlığı») kitabıdır (1965, 190 səhifə).
Özü ilə birlikdə altı professor tərəfindən yazılan bu kitab üç dəfə işıq üzü
görmüş, xarici ölkələrdə mütəxəssislərin dərin marağına səbəb olmuşdur.
Ünlü tarixçinin şahəsəri «Oğuzlar (Türkmənlər). Tarixləri-Boy təşkilatı-
Dastanları» kitabı cüzi əlavələrlə 5 dəfə (1967, 1972, 1980, 1992, 1999)
nəşr edilmişdir. Bütün dünyada oğuzlar haqqında yazılmış bu ən gözəl kita-
bı 1988-ci ildə Sabir Rüstəmxanlının tövsiyəsi ilə çox qısa müddətə (iki aya)
tərcümə edərək çapa hazırladım. 1989-cu ildə İstanbulda olarkən mərhum
Turan Yazqanın rəhbərlik etdiyi Türk Dünyası Araşdırmaları Vəqfində Fa-
ruq Sümərlə tanış oldum və əsəri tərcümə etmək üçün ondan icazə istədim.
Hələ SSRİ tərkibində olan Azərbaycanla Türkiyənin ayrı-ayrı müəllif hü-
quqları cəmiyyətlərinə üzv olduqları üçün ona honorar verilməyəcəyini bil-
dirdim. O, honorar-filan istəmədiyini, nəşriyyatın onu bir neçə günlüyə Ba-
kıya dəvət etməsinin yetərli olacağını söylədi. Sonra «Bunlar tamam da, siz
FARUQ SÜMƏR
6
azəricə biliyormusunuz?» deyə soruşdu. «Nasıl bilməm, hocam, bən azəri-
yim» dedim. Tezliklə məsələnin məğzi bilindi. O məni ərzurumlu-filan san-
mış, ədəbi Azərbaycan dilini bilib-bilmədiyimi anlamaq istəmişdi: «Türkçə-
niz o kadar güzəl ki, bəni şaşırttınız» dedi.
Kitab 1989-cu ildə Sabir Rüstəmxanlı tərəfindən «Yazıçı» nəşriyyatının
planına salındı, 1992-ci ildə Kamil Vəliyevin ön sözü ilə 8.500 nüsxə tirajla
nəşr edildi və bir-iki həftə ərzində satılıb qurtardı. Onun bəlkə də 500 nüsxə-
sini müxtəlif mağazalardan mən özüm alıb qohum-qardaşa, dost-tanışa ba-
ğışladım. O dövrdə şiddətli inflyasiya olduğu üçün mənə çatacaq 4.300 ma-
nat honorar artıq qəpik-quruşa çevrilmişdi. Nəşriyyat indeksasiya tətbiq et-
məkdən boyun qaçırdı, mən də onu almaqdan vaz keçdim (o vaxt Sabir Rüs-
təmxanlı «Yazıçı»dan getmişdi). Təbii ki, nəşriyyat Faruq Süməri Bakıya
dəvət etmədi (onun elə bir səlahiyyəti də yox idi). Beləliklə, nə müəllif, nə
də mütərcim bu kitabdan heç bir qazanc əldə etmədi. İrihəcmli bu əsərin
tərcüməsinə sərf etdiyim zəhmət, korrekturanın oxunmasına itirdiyim vaxt,
təxminən min səhifəlik mətnin makinada yazılmasına xərclədiyim pul, hər
gün nəşriyyata ayaq döyməyim türklüyə halal olsun. Sonra Faruq Sümərlə
görüşmək qismət olmadı. Mən tərcümədən (sanıram) 5 ədəd Turan Yazqana
verdim ki, müəllifə çatdırsın. Kitablar xocaya çatmış və onu hədsiz dərəcədə
sevindirmiş, hətta duyğulandırmışdı. Bunu sonra öyrəndim.
«Oğuzlar» 1999-cu ildə Məhəmməd Aydoğduyev tərəfindən türkmən di-
linə çevrilmişdir. Türkmənistanın o vaxtkı rəhbəri Səfərmurad Türkmənbaşı
Faruq Sümərə böyük iltifat göstərmiş, onu bir neçə dəfə Aşqabada dəvət et-
miş, türkmən pasportu vermiş, ordenlə təltif etmişdi. Alim Türkmənistan
Elmlər Akademiyasının fəxri üzvü seçilmişdi.
Kitabın azərbaycanca nəşrindən 21 il ötmüş, ölkəmiz latın əlifbasına
keçmiş, kiril əlifbasını bilməyən yeni bir nəsil yetişmişdir. Milli dövlət qu-
ruculuğunda, milli şüurun inkişafında «Oğuzlar» kimi bir əsərin oynayacağı
müsbət rolu nəzərə alaraq onu yenidən nəşr etməyi qərara aldım. Bu dəfə
texniki səbəblər üzündən birinci nəşrdə nəşriyyatın ixtisara saldığı xəritələri
və cədvəlləri də veririk. Kitaba digər və yeganə «düzəlişimiz» haşiyələrdə
dahi Mahmud Kaşğarinin «Divanü lüğat-it-türk» kitabına dair iki istinada
(Kilisli və Atalay) üçüncü istinadı əlavə etməkdir. Burada «Divan»ın Azər-
baycan dilinə tərcüməsinin (2006-cı il) müvafiq yerləri göstərilir.
«Oğuzlar» haqqında geniş məlumata lüzum yoxdur. Oxucular onun necə
dərin, əhatəli və milli əsər olduğunu görəcək, sevə-sevə oxuyacaqlar. Yalnız
onun bir neçə özəlliyini qeyd etmək istərdim.
Kitab üç hissədən ibarətdir. İlk hissə oğuzların tarixindən bəhs edir. Mü-
əllif burada «Oğuz» adının etimologiyası, qədim dövrdə Barlıq çayı sahilin-
də, Tula boyunda, göytürklər və uyğurlar dövründə yaşayan oğuzlar haqqın-
da bilgilər verdikdən sonra onların vətəni, həyat tərzi, iqtisadi həyatı, əski