FARUQ SÜMƏR
30
xana aid hissəsi milli qayə güdən ziyalı bir türkün təxəyyülünün məhsuludur.
Digər tərəfdən, oğuzların 24 boydan ibarət olduqları haqda məlumatlar da
XI əsrdən qədimə getmir.
2. BARLIQ ÇAYI SAHİLİNDƏ YAŞAYAN OĞUZLAR
115-ci ilə yaxın Orxon bölgəsində Hiun-nuların yerini seinpilər tutdular.
Onları isə juan-juanlar əvəz etdikdən sonra 552-ci ildə göytürk imperiyası
yaradıldı. Bu imperiya o vaxtadək Orta Asiyada qurulmuş dövlətlərin ən bö-
yüyü idi. Bugünkü məlumatlarımıza görə, türk dilinə aid xatirələr də göy-
türk imperiyası dövrünə aiddir. Bu xatirələri başlıca olaraq qəbirüstü kitabə-
lər təşkil edir. Bunlar Orxon və Yenisey kitabələri olmaq üzrə iki qismə
ayrılır. Orxon kitabələri VIII əsrin yadigarıdır, Yeniseydəkilərin isə daha əv-
vəl, qüvvətli ehtimala görə, VII əsrdə yazıldığı təxmin edilir. Oğuz adına da
ilk dəfə elə bu Yenisey kitabələrinin birində rast gəlirik. Ulu Kəm çayına tö-
külən Barlıq çayı sahilindəki bu kitabə eynən bu cürdür:
1. Ər ərdəmi atım tabdım ərdəmi (üçün?)
2. Öz Yigən Alp Turan altı oğuz budunda üç yegirmi (yaşımka) adırıl-
dım.
3. Bəg ərikimə sizimə adırıldım.
Müasir türk dilində:
1. Ər ərdəmi adımı tapdım ərdəmi (üçün)
2. Öz Yigən Alp Turan altı oğuz elindən on üç (yaşımda) ayrıldım.
3. Bəylik nüfuzumdan, sizlərdən ayrıldım
1
.
Belə çıxır ki, bu kitabə -əgər düz oxunmuşsa- altı boy halında olan oğuz-
ların kitabənin yazıldığı dövrdə Barlıq yörəsində yaşadıqlarını göstərir. Biz
həmin dövrün VII əsrin (birinci yarısı və ya ortaları) olduğu qənaətindəyik.
«Altı oğuz budunda» ibarəsi isə altı boydan ibarət oğuz eli (qövmü) demək-
dir. Həmin əsrin ikinci yarısından sonra oğuzlar Tula çayı sahillərində ikən
doqquz boydan ibarət idilər. Hətta Kül-Təgin və Bilgə kağana aid kitabələr-
də rast gələn «Üç oğuz süsü» (Üç oğuz qoşunu) ifadəsindən oğuzların o za-
manlar biri üç oğuz, digəri altı oğuz olmaqla iki qola ayrıldıqlarını təxmin
etmək mümkündür. Bəlkə oğuzlar Barlıq çayı sahillərində yaşayarkən doq-
quz boydan ibarət olmuş və kitabədə bunlardan yalnız altı oğuz qolu ifadə
edilmişdir? Zənnimizcə, kitabə yazılarkən (yəni VII əsrin birinci yarısında
və ya ortalarında) oğuzların altı boydan ibarət olduqlarını düşünmək daha
doğru olar. Kitabədəki «budun» sözü hər halda oğuzların hamısını əhatə edir.
Oğuzların VII əsrdə altı boydan ibarət olmaları bizim üçün bu baxımdan
əhəmiyyətlidir: «Cami ət-təvarix»də oğuzların mənşəyi fəslində yazılır ki,
1
Hüseyn Namiq Orkun. Əski türk yazıtları (kitabələri). İstanbul, 1940, III, s. 61. (Bundan
sonra əsərin adı ƏTY şəklində veriləcək - tərcüməçi).
OĞUZLAR (TÜRKMƏNLƏR)
31
24 boy bərabər sayda olmaq üzrə Oğuz xanın altı oğlundan törəmişdir. An-
caq daha diqqətəlayiq cəhət budur ki, damğaları ayrı-ayrı olduğu halda hər
dörd boy bir müştərək onqona malikdir. Bu fakt 24 oğuz boyunun da qədim
zamanlarda altı boy halında yaşadığını göstərir. Bu altı onqonun hamısı me-
şə bölgələrinda yaşayan yırtıcı quşlardır
1
.
Barlıq kitabəsinin altı oğuzlara mənsub bir bəyin qəbirüstu kitabəsi ol-
duğu məlumdur. Öz Yigən Alp Turan adlı bu bəy 13 yaşında, dəliqanlılıq
çağına çatmadan vəfat etmişdir. Turan adı (bugünkü tələffüzlə Duran) Tür-
kiyədə qədimdə ən çox qoyulan adlardan biridir. O, indi daha çox qadınlara
verilir və kəndlərdə qoyulur.
Barlıq bölgəsində bundan başqa daha üç kitabə də aşkar edilmişdir. Bun-
lar Köni Tirig, Bayna Sanqun oğlu Külüg Çur və üçüncüsü adı oxunmayan
bir bəyə aiddir
2
. Onlarda heç bir qövmün adı göstərilməsə də, birinci kitabə
kimi hər üçünün oğuz bəylərinə aid olması ehtimal edilir.
Aşağıda görəcəyiniz kimi, Kutluğ göytürk dövlətini qurmağa girişdiyi
vaxt oğuzlar Tula ayı sahillərində yaşayırdılar. Onların bir kağanı vardı. Bu
səbəblə oğuzların Tula boyuna gəlişinin 630-cu ildə göytürk dövlətinin sü-
qutundan sonra baş verdiyi şübhəsizdir. Kəmçik çayına tökülən Çırğak çayı
boyundakı ədizlər də
3
cənub-qərbə enərək eyni şəkildə oğuzların yanında
yurd salmışlar.
3. TULA BOYUNDA OĞUZLAR
Göytürk şahzadələrindən Kutluğun öz dövlətini qurmasından sonra ke-
çən 80 illik dövr barədə milli qaynaqlarımız var. Bu qaynaqlar Orxon kita-
bələridir. Bu kitabələrdə irqi mahiyyəti və siyasi səciyyəsi nə olursa-olsun,
bütün siyasi və qövmi təşəkküllər budun gəlməsi ilə ifadə edilir: türk budu-
nu, tabqaç budunu, kıtay budunu, oğuz budunu, qırğız budunu. Köçəri bu-
dunlar bir çox boylardan (kitabələrdəki bod?) meydana gəlmişdir. Boylar da
hər halda obalara ayrılırdı.
Türkiyə türkcəsində «budun» və qövm qarşılığı olaraq qədimdən «el»
sözü işlənir. Eli meydana gətirən təşəkküllərə boy, boyu meydana gətirənlə-
rə isə oba deyilir.
İkinci göytürk dövləti qurulduğu əsnada Orta Asiyadakı siyasi və qövmi
vəziyyəti belə idi:
1
Ulu Kəm ilə Ana Kəmin (Yeniseyin) yuxarı yatağının türklərin ana yurdu olan bölgəyə
daxil olduğu həqiqətdir. İssık-kul dolayları və Sır-Dəryanın şimalındakı bozqırlar, şübhəsiz
ki, türklərin əsl ana yurdu olan bölgənin xaricində idi. Türklərin bozqır həyatından əvvəl
meşə həyatı yaşayıb-yaşamadıqları bilinmir. Hər halda bu, xüsusi araşdırma tələb edir.
2
ƏTY, III, s. 62-64.
3
Yenə orada, s. 80.