FARUQ SÜMƏR
16
hətta Misirə də hakim olaraq islam dünyasının başına daha böyük fəlakətlər
gətirməsi hər an gözlənilirdi. Ərəblərin özünü toplayıb Bizansın yeni hü-
cumlarına sinə gərməsi ancaq bəlkə ikinci peyğəmbərin zühuru ilə mümkün
ola bilərdi. Bu səbəblə islam aləmi oğuz türklərinin şəxsində özünü Bizans-
dan qoruya biləcək yeni və gücü tükənməyən bir ünsürə qovuşmuş oldu.
Gerçəkdən də, islam dünyasının bu yeni müsəlman ünsürü yalnız Bizans
təhlükəsini dəf etməklə qalmayaraq ərəblərin heç vəchlə bacara bilmədiyini
də bacarıb Anadolunu fəth etmiş və Bizansı bir daha islam dünyasına təhlü-
kə təşkil etməyəcək bir vəziyyətə salmışdır.
Oğuz türkləri ana yurdlarından gətirdikləri dövlət təşkilatına aid təsisat
və ənənələrini islam dünyasında da davam etdirdilər. Səlcuqlu sultanları və
atabəyləri Orta Asiya bozqırlarında olduğu kimi əsgərlərə və xalqa tez-tez
yağmalı ziyafətlər verir, bəylərini şərəfləndirmək və təltif etmək üçün onlara
şəxsən içki təqdim edir, yerli müsəlman ziyalılarını heyrət və təəccüb içində
qoyan ağır yaslar tuturdular.
Onlar ələlxüsus hərbdə və idarəçilikdə özlərini digər qövmlərdən üstün
hesab edirdilər, milli adət-ənənə, məcaz və səciyyələri ilə siyasi hökmranlıq-
larından doğan qövmi bir şüura da sahib idilər. Səlcuqluların həm İranda,
həm də Anadoluda milli təşkilatda yerli iranlılardan istifadə etmələri, rəsmi
dilin ərəb və ya fars dili olması sadəcə əməli məqsədlərlə əlaqədardır. Çünki
sultanlar öz qövmlərindən (hər yerdə və hər zaman bütün dövlətlər üçün hə-
yati bir əhəmiyyəti olan maliyyə sahəsi başda olmaq üzrə) dövlətin mülki
təşkilatında işləmək üçün kifayət miqdarda mütəxəssis tapa bilmirdilər.
Dövlətlərini öz torpaqlarında qurub gəlmiş ərəblər və monqollar da hər yer-
də yerlilərdən geniş şəkildə istifadə etmişdilər. Hətta əməvi təşkilatını ərəb-
ləşdirən xəlifə Əbdülməlikin «İranlılar min il səltənət sürdülər, bir an bizə
möhtac olmadılar, biz isə bir əsr dövlət idarə etdik, bir an olsun onlarsız ke-
çinə bilmədik» dediyi söylənir.
Səlcuqlu xanədanı təbəələrini ədalət və şəfqətlə idarə etmək, ölkələrinin
abadlığı xüsusunda böyük işlər görmək surətilə hər yerdə unudulmaz xatirə-
lər buraxmışlar. Belə ki, onlar tarix səhnəsindən çəkildikdən sonra XIV əsr-
də tanınmış iranlı bir ziyalı əməvilər və abbasilər də daxil olmaqla bütün is-
lam sülalələinin bir neçə eybi olduğunu, səlcuqluların bu eyblərdən xali,
imanlı, xeyirxah, xalqa qarşı
S
əfqətli hökmdarlar olduqlarını söyləyərək on-
ları nümunəvi bir xanədan kimi qiymətləndirmişdir.
Həqiqətən, bu gün Anadolunu gəzən, tarix və sənət əsərlərinə maraq
göstərən adi bir türk və ya xarici də səlcuqlu sultanlarının xoş niyyətlə bəra-
bər ağlın və elmin işığı altında Türkiyəni abad və xalqını rifahlı etmək üçün
necə çalışmış olduqlarını asanlıqla anlaya bilər. Karvansaralar, xəstəxanalar
və körpülər kimi dini səciyyə daşımayan çoxlu əsərlər tikdirənlər arasında
səlcuqlu xanədanına mənsub xatunların olması da maraqlıdır. Hətta İranda
OĞUZLAR (TÜRKMƏNLƏR)
17
karvansaraların əsasən və ya daha çox səlcuqlu sultanlarının qızları tərəfin-
dən inşa edildiyi sanılırdı.
Türk fütuhatı ərəfəsində Anadolunun çox böyük bir qismi, xüsusilə Orta,
Cənubi və Qərbi Anadolu əhalisi seyrək, hərəkətsiz, bir sözlə, geri qalmış
bir ölkə kimi görünürdü. Şərqi və Cənub-Şərqi Anadolu şəhərlərinə nəzərən
Orta, Cənubi və Qərbi Anadoludakılar sönük qəsəbələr halında idi. Bunun
başlıca səbəbi birinci dərəcəli beynəlxalq ticarət yollarının o vaxt buralardan
keçməsidir. Digər tərəfdən sasani-Bizans və onun ardınca sürəkli və ağır
ərəb-Bizans müharibələri Anadoludakı əhalinin mühüm bir qisminin məhv
olmasına və Çuxurova kimi bir çox bölgələrin isə qorxunc bir şəkildə dağı-
dılmasına səbəb olmuşdu. Hətta əhalinin azlığı, yoxsulluğu və təşkilatsızlığı
ilə Anadolunun qeyd olunan böyük qismindəki yerli əhali öz varlığını hiss
etdirə bilməyəcək bir vəziyyətə düşmüşdü. Bundan dolayı, XI əsrdə Şərqi
Anadoludan gələn ermənilər Orta Anadoluda və Çuxurova bölgəsində asan-
lıqla yerləşə bilmiş və hətta I səlib yürüşündən istifadə edərək bu sonuncu
yerdə bir krallıq da qura bilmişdilər. Yenə eyni səbəblə, oğuz türkləri az bir
qüvvə ilə Orta və Qərbi Anadolunu çox qısa bir zamanda, həm də ciddi bir
müqavimət görmədən asanlıqla fəth etmişdilər. Yerli xalqın sayca çox az ol-
masını göstərən dəlillərdən biri də budur ki, türk sultanları və bəyləri təşkil
etdikləri axınlar zamanı ələ keçirdikləri yerli xalqı köçürərək öz ölkələrində
yerləşdirirdilər. Çünki onların hakim olduqları yerlərdə əhali seyrəkliyi
üzündən əkilməmiş çoxlu torpaq vardı. Səlcuqlu hökmdarlarının Şərqi və
Cənub-Şərqi Anadoluya qarşı fasiləsiz bir fütuhat siyasəti güdmələrinə bax-
mayaraq, ən əlverişli zamanlarda belə Qərbi Anadolu və Mərmərə ətrafını
almaq xüsusunda maraqlı görünməmələri də ancaq oraların iqtisadi cəhət-
dən geri qalmış, əhalisi seyrək, abad olmayan yerlər olması ilə izah edilə bi-
lər. Hətta Anadolunun göstərilən vəziyyətindən dolayı türk fəthinədək o qə-
dər də cazib bir ölkə sayılmadığını da söyləmək mümkündür. Malazgirt mü-
haribəsinin qalibi Alparslanın davranışına baxmaqla onun da eyni düşüncə-
də olduğuna hökm vermək olar. Ərəblərin həm əməvilər, həm də abbasilər
dövründə dəfələrlə şəxsən xəlifələrin komandanlığı altında böyük ordularla
gələrək heç cür ala bilmədikləri Anadolu 1071-ci il Malazgirt müharibəsin-
dən keçən 8-10 il ərzində başdan-başa fəth edilmişdi. Halbuki fəth vahid ko-
manda altında və müntəzəm bir plan daxilində həyata keçirilməmişdi. Fət-
hin ardınca ölkənin hər tərəfi oğuz elatları ilə doldu. Bunlar Türküstan və
İranda yaşayan silahdaşları tərəfindən daim bəslənir və yeni gələnlər hesabı-
na sayları müntəzəm artırdı. Fəthdən sonra Anadolu ilə Türküstan arasında
bir köç kanalı meydana gəlmişdi. XIII əsrin birinci yarısının ortalarına doğ-
ru Türküstan, Xorasan və Azərbaycandan Anadoluya bir-birinin ardınca qə-
ləbəlik türkmən elatları gəlməyə başladı. Bunlar 1220-ci ildə başlayan mon-
qol qasırğasından qaçırdılar. Beləliklə, oğuzların böyük əksəriyyəti Anado-