OĞUZLAR (TÜRKMƏNLƏR)
7
dini inamları, islamı qəbul etmələri, adət-ənənələri barədə söz açır. Bundan
əlli il əvvəl təqdim olunan bir çox maraqlı məlumatlar, ilk dəfə açıqlanan
faktlar elm aləminə böyük bir alimin qədəm qoyduğunu göstərirdi.
Oğuzların qurmuş olduqları böyük və möhtəşəm Səlcuqlu imperiyasının
Yaxın və Orta Şərq xalqlarının taleyində oynadığı misilsiz rol, eşsiz türk
qəhrəmanı Alparslanın 1040-cı ildə Dandənəkan meydan müharibəsində İra-
nı, 1071-ci il Malazgirt meydan müharibəsində isə Bizansı məğlub etməsi,
oğuzların Orta Asiyada və Qafqazda, İranda və Anadoluda, İraqda və Suri-
yada gerçəkləşdirdikləri fütuhatlar, səlib yürüşlərinə və monqol istilasına
son qoymaları, Osmanlı, Ağqoyunlu, Qaraqoyunlu dövlətlərini meydana gə-
tirmələri, daha sonra Misiri, Hicazı, Əlcəzairi, Mərakeşi, Balkanları ələ ke-
çirmələri, Vyana qapılarına qədər getmələri, bir sözlə, üç qitəyə hakim ol-
maları ilkin mənbələrin dili ilə inandırıcı bir şəkildə göstərilmişdir.
Kitabın “Boy təşkilatı və boylar” adlanan II hissəsində Kaşğari, Yazıçı-
oğlu və Rəşidəddinə görə oğuz boylarının adları, mənaları, hər boyun öz ət
qismi və onqonu, başqa ifadə ilə, sümüyü və quşu, hiyerarxiya içində dəqiq
mövqeyi tək-tək təsvir edilmişdir. Kayı, bayat, alka bölük, qara bölük, yazır,
döyər, dodurğa, yaparlı, əfşar, kızık, bəydili, karkın, bayındır, peçeneq, ça-
vuldur, çəpni, salur, eymür, ala-yundlu, yürəgir, iğdır, büğdüz, yıva və kınık
olmaq üzrə 24 oğuz boyunun ucsuz-bucaqsız bir coğrafiyada yayılması, kö-
çəri və ya oturaq şəkildə yaşaması, onların adını daşıyan yer adları və sair
məsələlər sistemli bir şəkildə tədqiq edilmişdir.
Kitabın dastanlardan bəhs edən son hissəsində onların mövzusu, yazıldı-
ğı zaman və yer, dastan qəhrəmanları və onların müsəlmanlığı, iqtisadi hə-
yatı, siyasi fəaliyyəti, ordaları, ailə həyatı maraqlı faktlar əsasında göstəril-
miş, oğuzlarda ordu, minicilik, geyim, ovçuluq, əyləncələr ayrı başlıqlar al-
tında araşdırılmışdır. Oğuzların davranışlarına xüsusi bölmə həsr edən Faruq
Sümər onların psixologiyasını, şərəf, ləyaqət və heysiyyət duyğularını, ülvi
ruhunu, daim zəiflərin və gücsüzlərin tərəfində olmalarını, oğuzlara xas olan
dərin humanizmi, sonsuz mərdlik, cəsarət və cəngavərliyi, bir sözlə, saysız-
hesabsız müsbət məziyyətləri dastanların özündən gətirdiyi faktlar əsasında
çox böyük ustalıqla gözlər önünə sərmişdir.
F.Sümər bu kitabı yazarkən ərəb və fars dillərindəki qədim mənbələrə, o
cümlədən Bəlazuri, ibn Dəvadari, ibn Tağrı-Birdi, ibn ül-Əsir, Məkrizi, Tə-
bəri, Mərvəzi, Cüveyni, Beyhaki, Gərdizi, İstəxri, Biruni, Müqəddəsi, Hafiz
Əbru, ibn Bibi, Həmdulla Müstövfi, Rəşidəddin, Mirxond, Ravəndi, türk
müəlliflərindən Yazıçıoğlu, Ruhi, Şikari, Nəşri, Peçevi, qərb səyyahlarından
Marko Polo, Rubruk, Nibur, Klavixo kimi şəxsiyyətlərin əsərlərinə, eləcə də
çağdaş tarixçilərin bu dövr və mövzu ilə bağlı araşdırmalarına, təqribən 400
adda elmi ədəbiyyata müraciət etmişdir.
Müəllif kitabın sonuna dolğun və məzmunlu bir xülasə də əlavə etmişdir.
FARUQ SÜMƏR
8
Faruq Sümərin kitablarından biri «Qaraqoyunlular: başlanğıcdan Cahan
şaha qədər» adlanır (1967, 167 səhifə; 1984 və 1992-ci illərdə təkrar nəşr
edilmişdir). Bu kitab bizə «Oğuzlar» qədər vacibdir, çünki 1387-1468-ci il-
lərdə Şimali və Cənubi Azərbaycan ərazisində mövcud olmuş böyük və mil-
li dövlətimizin tarixi haqqında ən yaxşı monoqrafiyadır.
Ünlü tarixçinin «Səfəvi dövlətinin quruluşu [qurulması] və gəlişməsində
[inkişafında] Anadolu türklərinin rolu (Şah İsmayıl ilə xələfləri və Anadolu
türkləri)» kitabının (1976, 265 səhifə, təkrar nəşri 1992) adı bizə çox şey de-
yir. Dərin ehtiyacı nəzərə alaraq alimin qaraqoyunlular və səfəvilər haqqın-
dakı kitablarını tezliklə ana dilimizə tərcümə etmək lazımdır.
«Türklərdə atçılıq və minicilik» kitabı da (1983, 132 səhifə) çox dərin
və gərgin axtarışların məhsuludur. Burada tarixi bilgilərlə yanaşı etnoqrafik
məlumat, sərraclıq və qoşqu ləvazimatı ilə bağlı terminlər nəzərə çarpır.
Faruq Sümərin «Əski türklərdə şəhərçilik» kitabı (1994, 112 səhifə) qə-
dim türklərdə şəhərsalma mədəniyyətinin tarixinə həsr olunmuş, burada bir
çox qədim türk şəhəri haqqında maraqlı faktlar və xəritələr verilmişdir.
Qısa adı «Yabanlu bazarı» olan başqa bir kitabı (1985, 132 səhifə) türk
iqtisad tarixinin unudulmuş bir dönəmini işıqlandırır. XIII əsrdə Zamantı
qalası çevrəsində mövcud olan ilk beynəlxalq yarmarkadan bəhs edən bu
əsərin mətni türk və ingilis dillərindədir.
«Əshabül-Kəhf» kitabı (1989, 92 səhifə) islam aləmində məşhur olan
əfsanəvi bir mağara və onun əsrlərcə yuxuda olmuş sakinləri haqqındadır.
Qədim tarixi qaynaqları araşdıran müəllif bu qənaətə gəlmişdir ki, həmin
mağara Maraş vilayətinin Afşin rayonunda yerləşir. Kitab bizim üçün də
maraq kəsb edir, çünkü Naxçıvanda da belə bir mağara vardır.
«Səlcuqlular dövründə Doğu Anadoluda türk bəylikləri» adlı həcmcə ki-
çik, lakin fakt baxımından çox zəngin kitabı (1990, 100 səhifə, təkrar nəşri
1998), adından da göründüyü kimi, Anadoludakı bəzi kiçik dövlətlərin
(məngücəklilər, saltuqlular və axlatşahlar) tarixindən bəhs edir.
Faruq Sümərin ən gözəl kitablarından biri də «Çəpnilər» kitabıdır (1992,
144 səhifə). Burada oğuzların 24 boyundan biri olan, Anadolunun fəthində
və türkləşməsində müstəsna rol oynayan çəpnilərin tarixi işlənmişdir. Ali-
min «Tirəbolu tarixi» bu kitabın davamı kimi yazılmışdır (1992, 255 səhifə).
Bu əsərdə çəpnilərin Qara dəniz bölgəsində mövcud olmuş Trabzon yunan
dövlətinə qarşı qəhrəmanlıq mübarizəsindən söz açılır.
«Türk cümhuriyyətlərini meydana gətirən ellər və türk dastanları» kitabı
alimin ölümündən iki il sonra işıq üzü görmüşdür. Faruq Sümər bu əsərini
həyatda ikən bitirmiş, lakin nəşrini görmək ona qismət olmamışdır.
«Türk dövlətləri tarixində şəxs adları» kitabı da müəllifin ölümündən
sonra çap olunmuşdur. Kitabın birinci və ikinci (1999, 450 və 428 səhifə)
cildlərinə ön sözü mərhum Turan Yazqan yazmışdır. Burada göytürklər