OĞUZLAR (TÜRKMƏNLƏR)
81
Əbu İbrahim öz hacibi
*
Arslan Balunu Buxara üstünə göndərdi. Arslan Ba-
lunun qaraxani hökmdarları üzərində qazandığı mühüm qələbələr nəticəsin-
də Əbu İbrahim Buxaraya gəldi və hökmdarlıq ünvanı olaraq Müntəsir adını
aldı. Ancaq o, İlig xanın yürüşü üzündən Xorasana qayıtdı. Orada məğlubiy-
yətlə nəticələnən bəzi vuruşmalardan sonra 391-ci ildə (1001) oğuz türk-
lərinin köməyini əldə etmək üçün onların yanına gedərək bir müddət orada
qaldı. Bu əsnada oğuz yabğusu müsəlmanlığı qəbul etdi və Əbu İbrahim
Müntəsir ilə quda oldu; yabğu hər halda qohumlarından birini ona verdi
1
.
«Məliknamə»nin ifadəsindən belə anlaşılır ki, bu yabğu Səlcuqun oğlu İsrail
imiş. Əgər bu ifadə olmasaydı belə hadisələrin gedişindən də biz bunu başa
düşə bilərdik. Gərdizinin bu qeydi oğuzların xeyli hissəsini öz ətrafında top-
layan səlcuqluların özlərini ğuzların başı saydıqlarını və içlərindən birini
yabğu elan etmiş olduqlarını göstərir. Bu xüsus, daha əvvəl də göstərildiyi
kimi, Yeni-Kənddəki oğuz yabğu dövlətinin ortadan qalxmış olması ilə əla-
qədar olmalıdır. Beləliklə, səlcuqlular oğuz yabğu dövlətini davam etdirmiş-
lər və onun son sülaləsi olmuşlar. Gərdizinin bu qeydi səlcuqluların həmin
ildə islamı qəbul etdiklərini göstərir. «Məliknamə»yə görə, həmin tarixdə
Səlcuq sağ idi.Onun deyil, məhz oğlunun yabğu ünvanı daşıması Səlcuqun
xeyli yaşlı olması ilə izah edilə bilər. Həmin əsərə görə
2
, Səlcuqun dörd
oğlu var idi, lakin onlardan birinin yeniyetməlik çağında öldüyü söylənir və
adı çəkilmir. Onun İbrahim Yınalın atası Yusif olduğu təxmin edilir
3
. Digər
üç oğlunun adları İsrail, Mikayıl və Musa idi. İsrail hər halda qardaşların
böyüyü olmalı idi
4
. Bir çox əsərlərdə İsrailin ikinci adının Arslan olduğu
bildirilir ki, bu da onun yabğu olduqdan sonra aldığı tituldan başqa bir şey
deyil. Türklərdə bunun yayğın bir adət olduğunu bilirik. Biz hətta Toğrul və
Çağrı adlarının da ünvan olduğuna şübhə etmirik. Toğrul bəyin adının Mə-
həmməd, Çağrı bəyin isə Davud olduğu məlumdur
5
.
Arslan samani şahzadəsi Əbu İbrahim Müntəsirə kömək etməyi boynuna
alaraq onunla birlikdə Səmərqənd dolaylarına gəldi. Səmərqənddən 7 fərsəx
(42 km) məsafədə yerləşən Kühəkdə onlar qaraxanilərin sübaşısı Təgin ilə
qarşılaşdılar və onu məğlub etdilər
6
. Belə olduqda İlig xan iqamətgahı Öz-
Kənddən Səmərqəndə gəldi. Oğuzlar onun ordusunu bir gecə basqını ilə tar-
*
Hacib orta əsr türk saraylarında təşrifatçı, seremonmeyster, kamerger, baş dəftərdar, mün-
şi vəzifələrini ifa edən məmur idi. Daha dolğun məlumat üçün bax: Ramiz Əskər. Qutadğu
Bilig. Bakı, Elm, 2003, 320 s. (tərcüməçi).
1
Gərdizi. Zeyn ül-əxbar, Tehran, 1317, s. 50.
2
Mirxond, göstərilən yer.
3
İbrahim Kafesoğlu. Səlcuqun oğulları və nəvələri. Türkiyyat məcmuəsi, XIII, s. 121.
4
Cami ət-təvarix. Səlcuqlular qismi. Əhməd Atəş nəşri. Ankara, TTK, 1960, s. 5.
5
Səlcuqlu dövrünə aid bəzi kitabə və rəsmi sənədlərdə «Toğrul bəy»in bir ünvan olaraq iş-
lədildiyini də bilirik.
6
Gərdizi. Göstərilən yer.
FARUQ SÜMƏR
82
mar etdilər, sursatını talan edərək 18 komandir də daxil olmaqla bir çoxları-
nı əsir aldılar
1
. Oğuzların əlinə çoxlu qənimət keçmişdi. Bu hadisə 393-cü
ilin şəvval ayında (avqust, 1003-cü il) olmuşdu. Ancaq geri qayıtdıqdan
sonra oğuzların İlig xanla vuruşmadan peşman olacaqları, xandan üzr istə-
yəcəkləri və əsirləri azad etməklə onun könlünü alacaqları haqda şayiə ya-
yıldı. Samani şahzadəsi bu şayiədən çox mütəəssir oldu, 600 atlı və 400 pi-
yada ilə oğuzlardan ayrılaraq buz bağlamış Ceyhunu keçib təkrar Xorasana
gəldi. Oğuzlar onu tutmaq üçün dalınca düşdülər, ancaq Ceyhunu keçə bil-
mədilər
2
. Görünür, oğuzların qayəsi ancaq qənimət əldə etmək imiş. İlig xa-
nın axırda qüvvə toplayaraq onları darmadağın edəcəyindən qorxuya düşə-
rək əsirləri buraxmaq və üzr istəmək surətilə barışmaq istəmişlər. Oğuzların
qorxusundan Ceyhun sahilindəki Amulda çox qala bilməyən Əbu İbrahim
Xorasanın orasında-burasında özünə yer etmək üçün bir müddət boş yerə
uğraşdıqdan sonra təkrar Mavəraünnəhrə qayıtdı və Buxara valisini Debusi-
yədə məğlub etdi. Bu qələbə nəticəsində Əbu İbrahimin ətrafına böyük bir
qüvvə yığıldı ki, onların arasında oğuzlar da az deyildi. Bu oğuzların səlcuq-
lular olduğuna dair şübhə yoxdur. Əbu İbrahim onların köməyilə qüvvətlən-
di. Qaraxani hökmdarı samani şahzadəsinin yenidən qüvvətləndiyini və ul-
duzunun parlamaqda olduğunu görərək hərəkətə gəldi. İki ordu Səmərqənd
dolaylarında bir kənddə qarşılaşdılar (394-cü ilin şəvvalında - may, 1004).
İlig xan yenə məğlubiyyətə uğrayaraq öz ölkəsinə qayıtdı. Oğuzların əlinə
çoxlu qənimət və azuqə keçdi.
Döyüşdən sonra onlar Əbu İbrahimdən ayrılaraq öz yurdlarına döndülər
və ələ keçirdikləri qəniməti bölüşdürməklə məşğul oldular. Ölkəsinə qayıt-
maq məcburiyyətində qalan İlig xan yenidən əsgər yığaraq Əbu İbrahimin
üstünə yürüdü. Məniniyə görə, Urşusanada, Dizək ilə Xavəs arasında vuruş-
ma oldu və bu dəfə samani şahzadəsi məğlub oldu, çünki, deyildiyi kimi,
bundan əvvəlki vuruşmada əllərinə saysız-hesabsız qənimət keçən oğuzlar
öz yurdlarına qayıtmışdılar. Bu azmış kimi, döyüşün başlayacağı əsnada
Əbu İbrahim ordusunda xidmət edən və səlcuqlulardan ayrı bir oğuz bölü-
yünün başbuğu olan Əbülhəsən Tak 5.000-ə qədər əsgəri ilə qaraxanilərin
tərəfinə keçmişdi
3
. Döyüş meydanını tərk edən zavallı şahzadə bu dəfə Cey-
hunu sal ilə keçib Xorasana gəldi. Bunu eşidən Mahmud Qəznəvi Əbu İb-
rahimə qüvvə toplamağa aman vermədən onun üstünə ordu göndərdi. Bu
orduya qarşı dayanmağın müşkül olduğunu anlayan samani şahzadəsi əsgər
toplaya bilmək ümidi ilə bəzi yerləri dolaşdıqdan sonra Mavəraünnəhrə də-
1
Gərdizi. Göstərilən yer; əl-Ütbi. Tarix ül-Yəməni. əl-Mənini, əl-Fəth, ül-Vəhbi haşiyəsi,
Qahirə, 1286, I, s. 336.
2
Əl-Ütbi. Göstərilən yer. Gərdizi (göstərilən yer) çayı keçərkən buzun sınması nəticəsində
oğuzların suda batdığını yazır.
3
Əl-Ütbi, I, s. 341 (Carbadakaninin farscaya tərcüməsi). Tehran, 1272, s. 231-232. Gərdizi
(s. 51) döyüşdə oğuzların iştirakı barədə heç nə demir.